"HAZIRDA ÖN XƏTDƏ ŞİDDƏTLİ DÖYÜŞLƏR GEDİR" - Müdafiə Nazirliyi bəyanat yaydı

İyulun 12-dən başlayaraq düşmən Tovuz istiqamətində vəziyyəti gərginləşdirməyə cəhd göstərib.

Bunu Müdafiə nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı bildirib.

O qeyd edib ki, Müdafiə Nazirliyi yaranmış vəziyyətlə əlaqədar bəyanat yayır.

Bəyanatda deyilir: “Hazırda ön xətdə şiddətli döyüşlər gedir. Bölmələrimizin gördüyü cavab tədbirləri nəticəsində böyük itkilər verən düşmən geri çəkilməyə məcbur edilib. Döyüş zamanı ön xətdə olan general-mayor Polad Həşimov və digər hərbi qulluqçular qəhrəmancasına şəhid olublar. Düşmənin aktiv fəaliyyətinin qarşısının alınması məqsədi ilə komandanlıq tərəfindən görülmüş cəza tədbirləri nəticəsində düşmənə məxsus müxtəlif təyinatlı hərbi texnika, döyüş vasitələri, komanda məntəqələri, dərinliklərdə yerləşən ehtiyatları və yüzlərlə canlı qüvvəsi məhv edilib. Qarşı tərəf həmişə olduğu kimi cəbhədə vəziyyəti gərginləşdirdikdə yaşayış məntəqələrimizi atəşə tutmaqda davam edir. Yaşayış məntəqələrindəki mülki əhalini basqı altında saxlamağa cəhd göstərir. Azərbaycan xalqı bilsin ki, ordumuzun bu istiqamətdə olan bölmələri düşmənin hücumunun qarşısını almağa qadirdir və hazırdır. Bu istiqamətdə hazırda tədbirlər həyata keçirilir. Düşmənin dərinliyindəki atəş mövqeləri zərərsizləşdirilib və ehtiyatları vurulub”.

635x100

Şərhlər

Vətəndaş 2020-07-14 18:15:30

Müharibəni Qarabağda davam etdirib torpağı almaq üçün çox yaxşı tarixi şərait yaranıbdır. Rusun sözünə bir daha baxıb dayanmaq olmaz

t.ədalət 2020-07-14 15:36:33

Əgər ermənistan tərəf atəşi davam ertdirirsə,bu,o deməkdir ki,Rusiya KTMT adı altında öz qoşunlarını ermənistan ərazisində gücləndirmək istəyir.Yaxın Şərqdəki məğlubiyyətdən sonra Rusiya növbəti səngərlərini ermənistan ərazilərində qurmağa çalışır.Bu müharibə Türkiyə üçün növbəti Suriya ərazisi ola bilər.Allah köməyimiz olsun!

Xalq 2020-07-14 15:09:02

Akişi Qarabağa girin, bax bu sürpriz olar.

Son yazılar