Düşmənin döyüş mövqelərində olan hərbi texnika və vasitələrə zərbə endirilməsi ilə bağlı əmr verilib

“İyulun 12-dən başlayaraq düşmən tərəfi Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz sahəsində vəziyyəti gərginləşdirərək mövqelərimizə və yaşayış məntəqələrinə hücum etməyə cəhd göstəriblər. Azərbaycan Ordusunun bölmələri tərəfindən həyata keçirilən əks tədbirlər nəticəsində düşmənin fəaliyyətinin qarşısı alınıb və geri otuzdurulub”.

“Report” xəbər verir ki, bunu cəbhə bölgəsində jurnalistlərə açıqlama verən Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib.

Nazirlik rəsmisi bildirib ki, iyulun 13-ü gecədən başlayaraq və bu gün səhər saatlarından şiddətli döyüşlər davam edir. Bölmələrimizin gördüyü cavab tədbirləri nəticəsində böyük itkilər verən düşmən geri çəkilməyə məcbur edilib. Döyüş zamanı müdafiənin ön xətdində olan general-mayor Polad Həşimov və onunla birlikdə digər hərbi qulluqçular ağır döyüşlərdə qəhrəmancasına həlak olublar. Müdafiə Nazirliyinin rəhbərliyi adından ailələrinə başsağlığı verir, ailələrinə səbr diləyirik.

Döyüşlərdə yaralananlar da var və onlar hazırda hərbi tibb müəssisələrində müalicə alırlar. Onların tezliklə sıralarımıza qayıtması üçün həkimlər əllərindən gələni əsirgəmir. Düşmənin aktiv fəaliyyətinin qarşısının alınması məqsədi ilə görülən cəza tədbirləri nəticəsində düşmənə məxsus müxtəlif təyinatlı hərbi texnika, döyüş vasitələri, komanda məntəqəsi, müdafiənin dərinliklərdə yerləşən ehtiyatları və yüzlərlə canlı qüvvəsi məhv edilib. Hazırda bu istiqamətdə vəziyyət gərgin olaraq qalır, ağır döyüşlər gedir.

Qarşı tərəf həmişə olduğu kimi cəbhədə vəziyyəti gərginləşdirdikdə yaşayış məntəqələrimizi atəşə tutmaqda davam edir. Yaşayış məntəqələrindəki mülki əhalini basqı altında saxlamağa cəhd göstərir. Komandanlıq tərəfindən onların döyüş mövqelərində olan hərbi texnikaları və döyüş vasitələrinə zərbə endirilməsi ilə bağlı əmr verilib. Düşmənə qarşı həyata keçirilən cavab tədbirləri davam edir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır. Azərbaycan xalqı bilsin ki, ordumuzun bu istiqamətdə olan bölmələri düşmənin hücumunun qarşısını almağa qadirdir və hazırdır. Heç bir şəhidin qanı yerdə qalmayacaq və onların qisası tezliklə alınacaq”.

635x100

Şərhlər

Mirzə Qafarlı 2020-07-14 16:57:57

Ermənilərin Tovuz, Qazax istiqamətində hücumlarının qarşısını almaq üçün, Qarabağ istiqamətində güclü hücum təşkil etmək, 2016-cı ildə Ağdərə və Füzuli yaşayış məntəqələrini geri almaq lazımdır. Qarabağ istiqamətində hərəkətimizə KTMK heç bir irad bildirə bilməz. Çünki, biz antiterror əməliyyatı aparmış olarıq.

Mirzə Qafarlı 2020-07-14 16:38:29

Ermənilərin Tovuz, Qazax istiqamətində hücumlarının qarşısını almaq üçün, Qarabağ istiqamətində güclü hücum təşkil etmək, 2016-cı ildə Ağdərə və Füzuli yaşayış məntəqələrini geri almaq lazımdır. Qarabağ istiqamətində hərəkətimizə KTMK heç bir irad bildirə bilməz. Çünki, biz antiterror əməliyyatı aparmış olarıq.

Shushali 2020-07-14 15:39:29

Siyavush Novruzovun doshunde medalin sayi yoxdur, o niye ogulu ile on cebheye getmir, bu xalgin butun var dovletinin ustunde oturanlar haradadir? Zaten bunlarin hamsi kokunden ferari olublar ve olaraqda qalacadlar, nece yeni geniral helak olub, burada gorunur dushmen tam keshfiyyatla ishleyir ve onlarin kordinatlarini verirler, bizim veziyyetimiz cetin olaraq qalir, goze goz cixarmaqla muharibe aparmaq olmaz, bu texirbatin berde arxasinda neler var onu edenler bilir. Bashin sag olsun veten senin igid oglanlarini dogan analar helede movcudur.

Müdafiə Nazirliyinə 2020-07-14 15:19:57

Qarabağa girmək lazımdır!

Son yazılar