Pakistan Ermənistanın təxribatçı hərəkətini pislədi

Pakistan iyulun 12-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətində insan itkisi ilə nəticələnən hücumunu qətiyyətlə pisləyir.

Virtualaz.org bildirir ki, Pakistan Xarici İşlər Nazirliyinin (XİN) yaydığı açıqlamada belə deyilir.

XİN həyatını itirmiş azərbaycanlıların ailələrinə dərin hüznlə başsağlığı verib.

Qeyd edilib ki, Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması regional sülhə və təhlükəsizliyə ciddi təhlükə yaradır: “Son təxribatçı hərəkət Ermənistanın beynəlxalq ictimaiyyəti yayındırmaq cəhdinin təzahürüdür və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrində təsbit edilmiş Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli üçün davam edən danışıqlar prosesinə mane olur.

Pakistan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı prinsipial mövqeyini yenidən təsdiqləyir və Azərbaycan Respublikasının suverenliyinə, ərazi bütövlüyünə dəstəyini bir daha bəyan edir".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar