DÜŞMƏNƏ MƏXSUS PUA VURULUB - Artilleriya qurğusu döyüş heyəti ilə birlikdə məhv edilib
Baxiş sayı:
Dərc olunub:
14/07/2020 - 16:07
"Bu dəqiqələrdə Ermənistan silahlı qüvvələrinə məxsus PUA vurulub və düşmənin atəş mövqeyində yerləşən artilleriya qurğusu döyüş heyəti ilə birlikdə bölmələrimizin sərrast atəşi ilə məhv edilib".
"Report" xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib.
"Ermənistan kütləvi informasiya vasitələrində Azərbaycan Ordusunun bölmələrinə məxsus növbəti PUA-nın guya vurulması barədə yayılan məlumata gəldikdə isə bildiririk ki, bu dezinformasiyadır, həqiqəti əks etdirmir və Ermənistan Müdafiə Nazirliyi rəsmisinin öz uydurmasıdır. Azərbaycan Ordusunun bölmələrinə məxsus PUA-lar tam tərkibdə sıradadır və heç bir itki yoxdur", - bildirib.
Son yazılar
18:12
Azərbaycan və Ermənistan sərhədində nəzərdə tutulan işlərin təxminən 35 faizi yerinə yetirilib
17:07
“Rusiya raketləri azı 3 dəfə Polşa sərhədini keçib” - Ukraynanlılar “vurun” deyir, NATO isə...
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.