“Semaşko”ya yeni direktor təyin olunub

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlının əmri ilə “Kliniki Tibbi Mərkəz” publik-hüquqi şəxsin direktoru Dadaşov Ədalət İmamcan oğlu öz xahişi ilə tutduğu vəzifədən azad edilib.

TƏBİB-in İdarə Heyəti sədrinin digər müvafiq əmri ilə Tibb üzrə fəlsəfə doktoru Qafarov İlham Heydər oğlu Xəstəxananın direktoru, Məsimov Hüseyn Məcid oğlu isə direktorun müalicə işləri üzrə müavini-baş həkim vəzifəsinə təyin edilib.

635x100

Şərhlər

t.ədalət 2020-07-15 09:59:23

Bu dava-qırğın prosesində də regionçuluq azarından yaxa qurtara bilmirik.Yenə də vəzifə təyinatları məlum zonadan olanlar arasında aparılır.Bu,erməni təcavüzü qədər təhlükəlidir.Ölkəmizi regionlara bölmə,birliyimizi parçalama əməliyyatı nə vaxtadək davam edəcək?

Miri 2020-07-14 19:12:25

TƏBİB cavan oğlandır göndərmək lazımdeır ön cəbhəyə (dis.bata) vətəni qorumağa bəlkə onda ağıllana öz əminliyinə sadiq qalmaya, pis fikirlərindən əl çəkə.

Son yazılar