Ukraynalı deputatlar Azərbaycanı dəstəkləyən bəyanat qəbul ediblər

Ukrayna Ali Radasının Azərbaycan ilə parlamentlərarası əlaqələr üzrə deputat qrupunun üzvləri iyulun 12-dən Azərbaycan-Ermənistan sərhəddində vəziyyətin gərginləşməsi və Ermənistan silahlı qüvvələrinin Tovuz rayonu istiqamətində yaşayış məntəqələrimizi artilleriya atəşinə tutmaları ilə bağlı dərin narahatlıqlarını ifadə ediblər.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Deputat qrupunun həmsədrləri V.Kreydenko və V.Kolyuxun, eləcə də qrupun digər üzvlərinin imzaladıqları məktubda bildirilib ki, hadisələr zamanı Azərbaycanın həlak olmuş hərbçilərinin doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirlər. Ali Radanın deputatları qeyd ediblər ki, beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində Azərbaycan Respublikasının ərazi bütövlüyünün və toxunulmazlığının ardıcıl tərəfdarı olaraq qalırlar.

Ukraynalı deputatlar münaqişə tərəflərini soyuqqanlı və səbrli olmağa, vəziyyətin normallaşdırılması üçün maksimal səylər göstərməyə, beynəlxalq hüquq normalarına və atəşkəs rejiminə əməl etməyə çağırıblar.

635x100

Şərhlər

Bahadır 2020-07-14 19:01:45

Bu imkanı əldən buraxmaq olmaz! Hücumun istiqamətini dəyişdirmək lazımdır!

Xalq 2020-07-14 18:40:39

Sülh yolu qurtardı,ermənidən torpaqları geri almayınca əl çəkmərik.

Son yazılar