TÜRKİYƏ MÜDAFİƏ NAZİRİNDƏN DƏSTƏK - "Azərbaycan Silahlı Qüvvələrinin yanında olacağıq"

Türkiyənin müdafiə naziri Hulusi Akar Ermənistan-Azərbaycan dövlət sərhəddində erməni tərəfinin təxribatlarının qarşısının alınmasında Azərbaycanı tam dəstəkləndiyini bəyan edib.

“Erməni tərəfinin Azərbaycanın Tovuz rayonuna hücumlarını qətiyyətlə pisləyirik. Erməni tərəfinin hücumlarının qarşısının alarkən həlak olan azərbaycanlı hərbçilərin doğmalarına və yaxınlarına başsağlığı verir, yaralananların tezliklə sağalmasını diləyirik”, - Türkiyənin “Anadolu” agentliyi nazirdən sitat gətirib.

Nazirin sözlərinə görə, Türkiyə Müdafiə Nazirliyi uzun illərdir ki, Azərbaycan torpaqlarını, o cümlədən Dağlıq Qarabağı qanunsuz işğal edərək aqressiya siyasəti yürüdən Ermənistanla qarşıdurmada Azərbaycan Silahlı Qüvvələrinə köməyi və dəstəyi davam etdirəcək.

“Biz “bir millət, iki dövlət” prinsipinə uyğun olaraq Azərbaycan Silahlı Qüvvələrinin yanında olacağıq, qardaşlarımızı dəstəkləyəcəyik”, -H.Akar vurğulayıb. /"Turan"

635x100

Şərhlər

Cavanşir 2020-07-14 21:23:23

ALLAH ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ETSİN VƏ BÜTÜN ŞƏHİD AİLƏLƏRİNƏ DƏRİN HÜZNLƏ BAŞ SAĞLIĞIMI ÇATDIRIRAM.ŞƏHİDLƏRİMİZİN QANINI YERDƏ QOYMAMALIYIQ.AZƏRBAYCANIN QARDAŞI TÜRKÜYIDİR.İÇƏRİDƏ ERMƏNİYƏ,RUSA XİDMƏT GÖSTƏRƏNLƏR TAPƏLIB CƏZALANDIRILMALIDIRLAR.ONDA BİZ DÜŞMƏNƏ QALİB GƏLƏCƏYİK.

Xalq 2020-07-14 19:32:29

Biz bir millətik Türkiyə-Azərbaycan.

Azəri 2020-07-14 18:50:55

Türkiyə ilə hərbi müqavilə bağlayıb Torpaqlarımızı düşmənlərimizdən almaq və birdəfəlik yerinə oturmaq imkanınmı bu dəfə də buraxsaq sonumuz yaxşı olmayacaq. Bu problem indi həll edilməsək heç vaxt həll olmayacaq. İndiki hakimiyyət də öz hakimiyyətini möhkəmlətmək istəyirsə bu fürsəti əldən verməməlidir

t.ədalət 2020-07-14 18:30:24

Allah Sizi əbədi var etsin!

Son yazılar