Qəbələ qəhrəman generalını qarşılayır - VİDEO

Bu gün cəbhənin Tovuz istiqamətində gedən ağır döyüşlər zamanı qəhrəmancasına şəhid olan Azərbaycan Ordusunun general-mayoru, korpus komandiri Polad Həşimovun cənazəsinin bu saatlarda doğulduğu Qəbələ rayonunun Vəndam kəndinə gətiriləcəyi gözlənilir.

Ata ocağında şəhid generalın cənazəsi ilə vida mərasimi keçirildikdən sonra dəfn üçün Bakıya, İkinci Fəxri Xiyabana gətiriləcək.

Qeyd edək ki, günorta saatlarından etibarən minlərlə Qəbələ sakini Polad Həşimovun cənazəsini qarşılamaq üçün Vəndam kəndinə axışıb. Saytımıza göndərilən video çəkilişdən görünür ki, yüzlərlə avtomobildən ibarət maşın karvanı şəhid generalı gözləyir. Məlumata görə Bakı-Qəbələ avtomobil yolu bağlanıb, burada 15 kilometrə çatan tıxac yaranıb.

“AzPolitika.info”

635x100

Şərhlər

t.ədalət 2020-07-14 19:14:29

Bu müharibə bizim bir bütöv olduğumuzu göstərdi.Hansı rayondan,yaxud bölgədən olduğumuz deyil Vətən üçün bir yumruq olduğumuzu isbatladı.Hər qarış torpağı,hər daşı üçün ölməyi şərəf bildiyimiz bu müqəddəs Vətən,həm də uyuduğumuz son məzar yerimizdir.Allah torpaqlarımız uğrunda şəhid olan qüardaşlarımızı rəhmət eləsin!Qəbirləri nurla dolsun!

Son yazılar