Erməni jurnalistlər silahlı qarşıdurmanın davam etdiyi bölgəyə buraxılmır

Ermənistan rəhbərliyi jurnalistləri silahlı qarşıdurma olan bölgəyə buraxmır.

“Report” xəbər verir ki, bunu yerli “Hetq” agentliyinin bölgə üzrə müxbirləri bildirib.

Bildirilib ki, məsələyə aydınlıq gətirmək istəyən jurnalistlər bölgənin Polis İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Aşot Aaronyana zəng vurublar. Jurnalistlərin sözlərinə görə, şöbə rəisi onların bölgədə olmasını yersiz hesab edib: “Onlar boşuna gəliblər, Müdafiə Nazirliyi KİV üçün məlumatlar ötürür”.

Beləliklə, sərhəddə vəziyyətə nəzarət etdiyini iddia edən ölkə rəhbərliyi yerli jurnalistlərini qaynar nöqtəyə buraxmayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar