"BU, ERMƏNİSTANIN ÇAPINI AŞAN HADİSƏDİR" - "Azərbaycana edilən hücumların qarşısında duracağıq"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bir qədər əvvəl Azərbaycanı dəstəkləyən bəyanatla çıxış edib.

"AzPolitika.info" xəbər verir ki, prezident Ərdoğan  Nazirlər Kabinetinin iclasından sonra keçirdiyi brifinqdə Ermənistanın təcavüzünü qətiyyətlə pisləyib: Əcdadın əsrlər boyunca yerinə yetirdiyi bu vəzifəni yenə yerinə yetirməyə davam edəcəyik. Dost və qardaş Azərbaycana qarşı Ermənistanın təcavüzünü qətiyyətlə pisləyirik. Bütün imkanlarımızla dost və qardaş Azərbaycanın yanında olmağa davam edəcəyik. Vətəni uğrunda savaşan azərbaycanlı qardaşlarımızdan şəhid olanlara rəhmət, yaralananlara şəfa diləyirəm”.

“Bu gərginliyin Ermənistanın hücumları sonrası münaqişəyə çevrilməsindən narahatıq. Bu son hücum iki dövlət arasındakı sərhəddə ağır silahlarla edilib. Bu, birbaşa Azərbaycana qarşı edilmiş şüurlu hücumdur. Bu hücum Ermənistanın çapını aşan hadisədir. Məqsəd Dağlıq Qarabağın nizamlanması prosesinə əngəl yaratmaq və yeni münaqişə nöqtələri yaratmaqdır.

Hər kəs bilməlidir ki, Türkiyə Azərbaycana edilən hücumlara qarşısında duracaq.Türkiyə qədim dostluq bağları və qardaşlıq münasibətlərinin olduğu Azərbaycanın haqqına, hüququna və torpaqlarına yönəlik hər cür hücumun qarşısında yer almaqda əsla tərəddüd göstərməyəcək. Bütün imkanlarımızı bu məsələyə səfərbər etmək boynumuzun borcudur" - deyə, Ərdoğan vurğulayıb.

Türkiyə Prezidenti Ermənistan hakimiyyətinin xalqını fəlakətə sürüklədiyini bildirib: "Öz torpağındakı siyasi, iqtisadi, koronavirusdan qaynaqlanan problemləri həll edə bilməyən bir ölkənin belə bir aqressiyası öz xalqına hörmətsizlikdir. İnanıram ki, ailələrinin dolanışığını təmin etmək üçün Türkiyədə çalışmaqda olan 10 minlərlə erməninin də dövlətlərinin bu məsuliyyətsiz davranışlarından narahat olduqlarına inanır

Bölgə ölkələrinin Ermənistanın Dağlıq Qarabağı işğal etməsindən bəri davam edən aqressiv və işğalçılığı nümayiş etdirən davranışlarına qarşı prinsipial və səmimi bir duruş ortaya qoymağa dəvət edirik. Bütün imkanlarımızla dost və qardaş Azərbaycanın yanında olmağa davam edəcəyik. Bir daha şəhid olan azərbaycanlı qardaşlarımıza Allahdan rəhmət diləyirəm”

635x100

Şərhlər

vidadi goyce 2020-07-16 16:53:07

bir defelik turkiye ile konfederativ dovlet yaradilmalidir

Orhan Çorum 2020-07-15 09:09:28

Nahcivandan cephe açilip Azerbaycan ile Türkiye birleşmelidir.

musa 2020-07-15 00:11:34

5- ci kolonun hamsini icari atmaq lazimdir

Vətəndaş 2020-07-14 22:40:43

QANIMIZI İÇƏN DÜŞMƏNLƏRİMİZ RUS-ERMƏNİ YENƏ AZĞINLAŞIB BİZİ MƏHV ETMƏK İSTƏYİRLƏR. BİZ BİRLƏŞİB CAVAN-QOCA HAMIMIZ SİLAH GÖTÜRÜB VƏTƏNİMİZİ QORUMALIYIQ. YOXSA YAĞI DÜŞMƏN BİZİ MƏHV EDƏCƏK. ALLAH DA BİZƏ KÖMƏK OLACAQ.

Vətəndaş 2020-07-14 22:30:22

TÜRKİYƏ İLƏ HƏRBİ İTTİFAQIN VAXTI ELƏ BU GÜNDÜR.

t.ədalət 2020-07-14 21:36:16

Doğma Türkiyənin bu mövqeyi ermənistandan çox Azərbaycandakı rusistləri narahat edəcək.Bizi Rusiyanın quyruğuna bağlamaq istəyən "beşinci kolon" həmişə ermənilərin yanında olub.Doğma Türkiyənin varlığı "beşinci kolon"un planlarına əngəl olub və olacaq!Ətəyi yaş olan həmin casuslar bilməlidir ki,Azərbaycanı müstəqillik yolundan döndərə biləcək heç bir qüvvə yoxdur.

Son yazılar