“Ölkəni 90-cı illərə qaytarmaq istəyənlərin məkrli əməlləri bumeranq effekti verəcək” - DEPUTAT

Ötən gecə və bu gün səhər saatlarınadək Bakıda insanlar cəbhədə Vətən uğrunda mübarizəyə atılan hərbçilərimizə dəstək aksiyası keçirdi. Ancaq bəzi təxribatçı qüvvələr bundan öz məqsədləri üçün istifadə etməyə çalışdı. Milli Məclisin binasını tutmağa cəhd edən qüvvələr insanların bu əzmini, hərbçilərə dəstək aksiyasını başqa səmtə yönəltdilər.

Modern.az xəbər verir ki, Milli Məclisin üzvü Etibar Əliyev baş verən hadisələrə ilk reaksiya verən deputat olub. Deputat deyib:

Tovuzda Ermənistan təxribatının qarşısı alınarkən igid hərbiçilərimiz şəhid olublar. Onların coşqu ilə yad edilməsi təbiidir. Düşmən Ermənistan artıq əsəblərimizi tarıma çəkib. Ancaq Vətən uğrunda canlarından keçən İgid oğulların ruhunun yad olunması zamanı insanlarımızın Vətənə sevgisini düşmənə əlavə fürsət verəcək hərəkətlərə çevirmək yolverilməzdir.

Ölkədə ritorika bəllidir: Dövlətimizin yanında olmaq. Ali Baş Komandanın qərarlarına tabe olmaq. Bu imperativ xarakter alıb. Ölkəni ötən əsrin 90-cı illərinə qaytarmaq istəyən xarici və daxili qüvvələrin məkrli əməlləri vakkumda qalacaq, bumeranq effekti verəcək. Dövlətin gücü, Dövlət Başçısının qətiyyəti və rasional addımları, Xalqın dərin inamı buna imkan verməyəcək.

Dünən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana dəstək bəyanatında olduqca maraqlı məsələyə toxundu: “Bu hücum Ermənistanın çapını aşan bir hadisədir”.

Gecə baş verən hadisələr, xüsusilə parlament ətrafında baş verən antimilli hərəkətlər bu fikri təsdiqlədi. Heç bir məkrli xarici və daxili qüvvə Azərbaycan xalqının Prezidentinə olan dəstəyini seyrəldə bilməz. Və düşünürəm ki, Dövlətimizin güclənməsinə dayanmadan dəstək verməliyik.

Qarşıda Qarabağımızın azad olması kimi şərəfli və məsuliyyətli işimiz var. Qarşıda şəhidlərimizin qanını yerdə qoymamaq kimi andımız var...”

635x100

Şərhlər

ETİBAR MÜƏLLİMƏ 2020-07-15 22:37:44

HÖRMƏTLİ ETİBAR MÜƏLLİM, YAZIRSINIZ Kİ, ...............ƏMƏLLƏRİ VAKKUMDA ( VAKUUM ) QALACAQ, BUMERANQ EFFEKTİ VERƏCƏK.. YAZMIŞAM Kİ, VAKUUMDA QALAN ƏMƏLLƏR BUMERANQ EFFEKTİ VERƏ BİLMƏZ. MƏN YENƏ ÖZ FİKRİMDƏ QALIRAM..

pensioner 2020-07-15 20:59:35

deputatın yadına salmaq istəyirəm ki,90-cı illərin əvvəlində müstəqillik qazanmışıq.

Veten dashı 2020-07-15 15:51:50

Milli məclisin kameraları var .15 nəfərə yaxın ləyaqətsiz kənardan toplu şəkildə milli məclisə girərərək vətənpərvər insaları məkrli istiqamətə yönəldib.Kimlərdi qoy göstərilsin üzləri bu millətə....

Etibar Əliyev 2020-07-15 15:34:37

Hörmətli Şahin müəllim mən o şeyləri sizdən pis bilmirəm. Və iki yerə bölmüşəm. Vakuumda qalanlara və bumeranq effekti verənlərə. Bizə ağıl öyrətməyin...

Şaiq 2020-07-15 14:21:15

İSTƏNİLƏN QANUNAZİDD HƏRƏKƏTİ PİSLƏYİRƏM. Müəllim, VAKKUMDA QALAN ŞEY BUMERANQ EFFEKTİ VERƏ BİLMƏZ. BUMERANQ EFFEKTİ ÜÇÜN HAVA AXINININ OLMASI ŞƏRTDİR. UNUTMAYIN, MÜSTƏQİLLİYİMİZİ 90 - CI .İLLƏRİN ƏVVƏLLƏRİNDƏ QAZANMIŞIQ. BUNU ELƏ BELƏ YADINIZA SALDIM.

t.ədalət 2020-07-15 13:19:35

Hamı bilir ki,yürüşü pozan ünsürlər Moskvanın içimizdəki casuslarıdır və onlar ən ağır cəzaların almalıdır.... 90-cı illərdə xalq öz gücü ilə Moskva-Mütəllibov hasarını yıxıb Heydər Əliyevi hakimiyyətə gətirdi.Fikir söyləyəndə ehtiyatlı olmaq lazımdır.Xalqı küçəyə çıxaran 20 Yanvar rus qətliamı oldu.Deyirsiniz, yəni rus qətliamına etiraz bildirən xalq günahkardır?

Cəfər 2020-07-15 13:04:00

Müharibəni Qarabağda davam etdirib torpağı almaq lazımdır,başqa bəhanə axtarmaq artıq alınmır

Son yazılar