SOCAR Belarusa avqustda daha 85 min ton Azərbaycan nefti tədarük edəcək

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Belarusa növbəti partiya neft tədarük edəcək.

“Report”un RİA “Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə Belarusun “Belneftexim” dövlət konserninin mətbuat katibi Aleksandr Tişenko bildirib.

Onun sözlərinə görə, Belarusa göndəriləcək Azərbaycanın neftinin növbəti partiyasının həcmi 85 min ton təşkil edəcək.

A.Tişenko bildirib ki, tankerin Ukraynanın Odessalimanına gəlişi avqustun əvvəlinə gözlənilir: “Avqustun tədarük planına uyğun olaraq, “AzeriLigth” markalı neftlə doldurulmuş neftin Gürcüstanın Supsa limanından iyulun 31-də-avqustun 1-də yola salınması nəzərdə tutulub. Tankerin “Cənub” limanına avqustun 3-5-də çatması gözlənilir”.

Xatırladaq ki, iyunun 30-da SOCAR Belarusa yeni partiya Azərbaycan neftini göndərib. İyunun 25-26-da Gürcüstanın Supsa limanından Belarusa növbəti partiya Azərbaycan nefti yola salınıb. Göndərilən Azərbaycan neftinin həcmi 85-90 min ton təşkil edib.

2020-ci ildə SOCAR Belarusun “Belneftexim” konserni üçün 1 milyon tona qədər neft nəql etməyi planlaşdırır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar