MOSKVADAN GƏLƏN ZƏNGLƏ OYANAN ƏLİ MÜƏLLİM... – Kütlənin qarşısına çıxarmağa ziyalı axtarışındadır!

Ermənistanla sərhəddə baş verənlər və bir qəhrəman generalımız başda olmaqla ard-arda gələn şəhid xəbərləri Bakıda və ölkənin bir çox digər bölgələrində Ordumuza dəstək məqsədilə kütləvi aksiyaların keçirilməsinə səbəb oldu. Və təbii ki, paytaxtda keçirilən aksiya kütləviliyi və gərginliyi ilə daha çox seçildi. 

Bu son hadisələr cəmiyyət olaraq son 30 ilə yaxın müddətdə az qala mənəviyyatımızı, qürurumuzu şikəst etmiş Qarabağın işğalının yaratdığı hiddəti, qəzəbi demək olar pik həddə çatdırdı ki, bu da özünü dünənki aksiyada biruzə verdi. Ona görə də həmin aksiyaya ilk növbədə düşmənə qarşı bu hislərin yaratdığı axının təzahürü kimi baxmaq lazımdır. Sadəcə, belə məqamlarda kütləvi aksiyaların idarə olunan hala gətirilməsi və düzgün istiqamətləndirilməsi zərurəti meydana çıxır. Bu missiyanı isə toplumun inandığı, hörmət etdiyi, etimad göstərdiyi şəxsiyyətlər – ziyalılar, söz adamları, siyasətçilər və s. öz üzərinə götürməlidirlər.

Elə dünənki aksiya ilə bağlı da ən çox danışılan və tənqid edilən məqamlardan biri insanların qarşısına çıxıb, vəziyyəti izah edən, ortaya aydın, hər kəsin qəbul etdiyi və hesablaşdığı mövqe qoyan, emosiyaları düzgün istiqamətə yönləndirən bircə nəfər ziyalının, ictimai xadimin, siyasətçinin olmamasıdır. Bu tənqidlərlə razılaşmamaq mümkün deyil, çünki doğrudan da belə məqamlarda ziyalılara, milli aydınlara böyük ehtiyac yaranır.

Lakin bu tənqidi səsləndirənlərin arasında 25 il(!) Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinə rəhbərlik etmiş və Prezidentin köməkçisi vəzifəsini tutmuş Əli Həsənovun xüsusilə seçilməsi isə, yumşaq desək, təəccüb doğurdu. PA-nın sabiq şöbə müdiri dünənki aksiya ilə bağlı özünün feysbuk səhifəsində yazır: “Təəssüflə qeyd etməyi özümə mən də borc bilirəm ki, dünənki kortəbii yürüşlərin hansısa formada nizama salınması istiqamətində hər hansı bir ictimai təşəbbüsə rast gəlmədik, hörmətli ziyalılarımızı, millət vəkillərini, tanınmış ictimai xadimləri də narahat şəkildə ortada görən olmadı...”

Bunu Azərbaycanda son 25 ilə yaxın müddətdə ictimai-siyasi mühitin, siyasi münasibətlər sisteminin, vətəndaş cəmiyyətinin, dövlət-vətəndaş münasibətlərinin formalaşmasında birbaşa rolu və iştirakı, özü də çox aktiv iştirakı olan şəxs deyir.

Əslində, ictimai təşəbbüsün olmamasından, ziyalı, millət vəkili, ictimai xadim missiyasını, məsuliyyətini öz üzərinə götürən şəxslərin meydanda görünməməsindən gileylənməyə mənəvi haqqı çatan bəlkə də ən sonuncu, daha doğrusu sondan ikinci (Ramiz Mehdiyevdən sonra-red.) şəxs məhz Əli Həsənov sayıla bilər. Çünki bu gün onun özünün sadaladığı keyfiyyətlərə gerçəkdən də sahib olacaq kimlərinsə ortalıqda görünməməsi və demək olar ki, heç yerli-dibli olmaması da məhz onun və Ramiz Mehdiyevin başında durduqları “köhnə qvardiya”nın ən böyük “uğuru”dur.

Hörmətli Əli müəllimdən soruşan lazımdır ki, Siz və sizlər ölkədə sözün əsl mənasında mətbuat, qeyri-hökumət təşkilatı, ziyalı, ictimai xadim, millət vəkili adlandıracağımız nəsə, kimsə qoymusunuzmu? Əsl ziyalı adına iddialı olanların bir çoxunu ən xırda vintcikləri də məddahlıq, yalan, saxtakarlıqla “yağlanan” “aparat”ınızdan keçirib, süstəlmiş, biganə, məsuliyyətsiz və artıq bu xalqa heç nə verə bilməyəcək gözükölgəli, əliəyri və içi boş bir zümrənin sıravi nümayəndələrinə çevirməmisinizmi? Az-çox savadı, siyasi biliyi, vətənpərvərliyi olan və bir zamanlar gələcəyi ümid vəd edən siyasətçiləri, ziyalıları, jurnalistləri ya müxtəlif yollarla ələ alıb, şirnikləndirib, ya da “qova-qova namərd edib”, sonra da siyasi meyidə döndərib, “leşlərini” ortaya atmadınızmı? Onlarmı çıxacaqdı dünən camaatın qabağına?!

Bəs YAP-dan niyə kimsə çıxıb idarə etmədi kütləni? Axı məntiqlə, dünən meydana çıxanların ən azı üçdə biri məhz YAP-ın üzvü idi! Bəlkə məhz sizin “kəşf edib” YAP-a və Milli Məclisə “pərçimlədiyiniz” Elman Nəsirov olmalıydı dünən meydanda? Heç olmasa “əyilə-əyilə” olsa da.

Yoxsa, öz kəndində adına 12 səs yazıb, parlament seçkilərində Allah bilir kiməsə uduzdurduğunuz, ardınca isə sıradan məddaha çevirib xalqın gözündən tamam saldığınız yazıçı Anar çıxa bilərdi o aksiyaçıların qabağına?

Nəhayət, bəs siz özünüz niyə çıxmadınız xalqın qabağına?

Ziyalı axtarmırsınız? Ziyalının biri elə siz - tarix elmləri doktoru, professor, kafedra müdiri... 25 il PA-da şöbə müdiri. Sizin kimi əli-ayağı təmiz, saxtakarlıqdan uzaq, həqiqət carçısı, xalqa ürəyi yanan ziyalı nədən kənarda durdu, anlamaq olmur. İnanırıq ki, əgər dünən həmin izdihamın qarşısına çıxsaydınız, xalq sizi “böyük sevinc və rəğbətlə” qarşılayar, tövsiyələrinizə əməl edərdi...

Əli Həsənovun “ürək yanğısı” ilə qələmə aldığı həmin status “Həlledici məqamlarda öz dövlətinin ətrafında sıx birləşən xalqlar qalib gəlir!” fikri ilə başlayır. Demək istəyir ki, indi bizdə bu birlik mövcud deyil. Elə isə, sual olunur: İndiyə qədər kimlər mane olub xalqla dövlətin birliyinin yaranmasına? Bəlkə tez-tez təkrarladığınız və əsas hədəf kimi göstərdiyiniz “5-ci kolon”? Bir zamanlar “5-ci kolon”u gah Qərbə, gah Şərqə, gah Cənuba bağlayanların səsi indi hardan gəlir? AMEA-dan! Və məlum olur ki, əsl “5-ci kolon” elə onların özləri və ətraflarıdır...

“5-ci kolon”dan söz düşmüşkən, sabiq PA rəsmisinin statusundan belə bəlli olur ki, az qala bütün ölkənin ayaqda olduğu dünənki gecə Əli Həsənov yatırmış! Və onu Moskvadan gələn zəng oyadıb: “Dünən gecə Moskvada yaşayan çoxdan tanıdığım bir jurnalist dostumun zəngi məni yuxudan oyatdı. Onun birinci sualı belə oldu: “Əli, sizdə Bakıda yenə nə baş verir, deyəsən ermənilər Tovuza top atıb, paytaxt camaatını oyadıb, küçələrə töküb””. Belə çıxır ki, Bakıda nə baş verdiyini Moskvadan gələn zənglə öyrənibmiş Əli müəllim, yoxsa yatmazmış, gözünə yuxu getməzmiş!... Və göründüyü kimi, yenə də Moskva! Yəqin elə yüksək vəzifədə olduğu 25 ili də Moskvadan gələn zənglərlə oyanıb cənab Həsənov. 

Elə belə də davam edin və necə deyərlər, “işarəni dənizdən gözləyin”, Əli müəllim!

Cəlal Məmmədov

“AzPolitika.info”

635x100

Şərhlər

Cəlal bəyə 2020-07-18 22:43:25

030693 tarixdən Kurantsız problem müzakirə belə edilibmi?

Zəkasız 2020-07-16 20:27:44

Ziyalının sözünə görə seçərlər, Kremlli, Ab

Cəmşid Dərələyəzli 2020-07-16 19:02:28

Yaxşı cavabdı. Əhsən.

Ali 2020-07-16 14:25:52

Şəkil altı yazı. Sevgilisi soruşur- O orden nə orden, qoşa düzdürmüsən. De görüm nə orden, qoşa düzdürmüsən? Cavab.-Pul mənim, ixtiyar mənim, Pres kiosklar mənim, kaspi mənim. Kitab evi mənim, Nəşriyyatın ərazisindəki novostroykalar mənim! xalaxa nə borcdur hara düzdürmüşəm, Vovoşka bilər ordeni hara düzdürmüşəm!

Zəhrimar 2020-07-16 14:00:32

İllər öncə Yeni Musavatın bir müxbiri evində bu ziyalıdanmüsahibə almışdı, raufoğlunu da deyəsən elə o vaxtdan ordenli etməyə hazırlayırdı,çünki ondan sonra raufoğlu uzun nüddət ancaq ziya mənmədocun oğlunun ayı əti yeməyindən yazdı, sonra da yavaş yavaş keçdi əlidən, isadan, musadan yazmağa, axırıda ki,...döndü oldu ziyalıııı... fotodakı o ev,çərait, onun və evdəkiıərin üst başı...

Ali 2020-07-16 13:34:04

A Fə RİN!!! A FƏ RİN!!!

Kərim 2020-07-16 11:55:28

Bu da nə danışdığın bilmir,bəziləri kimi. ....

BAKILI 2020-07-16 10:39:36

HALAL OlSUN SIZE CALAL BEY!!!

Emin 2020-07-16 10:25:27

mƏGƏR imsanlarda vətən sevgisi qoymusunuz? Öz vətənimizdə bizi qərib etmisiniz

Mamed 2020-07-16 09:58:24

Allah sizi kimi vətənpərvər, mərd, vicdanlı jurnalistləri qorusun. Mən daima sizin yazılarınızı oxuyuram. Azpolitikanın, xüsusilə sizin dövlətçiyimizin qorunmasında böyük əməyiniz var. Siz qorxmaz vı mərdsiniz.

Cəfər 2020-07-16 09:32:17

Cəlal əsl ziyalı yazısıdır! Ürəyimizə su səpdin.

Ağayev Ağahüseyn 2020-07-16 08:48:19

ALLAH sizin evinizi yıxsın,yıxdınız bu millətin evini.Nə ziyalı qalıb nə danışan dil.Hamısını məhv etdiniz indi növbə sizin kimi məmurlarındır... CAVAB VERMƏK NÖVBƏSİ.

Rüfet M 2020-07-16 03:46:27

Celal Memmedov Meqaleniz en yüksek qiymete layiqdir ehsen Ramiz Mehdiyev Eli hesenovlar ve keçmiş qaçqınkomun sedri Eli di deyesen adı hamısı bize dövlete cavab vernəlidirlər.... bütün var dövletleri alınıb hebs edilmelidirler

t.ədalət 2020-07-16 01:19:24

Biz unutmamalıyıq ki,Rusiya heç vaxt Azərbaycanı yenidən pəncəsi altına ala bilməz.Sovetlər birliyini dağıdan Qərb dövlətləri buna imkan verə bilməz.Rusiyanın hərbə-zortbası kiçik dövlətlər üçündür.O özünün nüfuzunu çoxdan itirib.Nüvə silahları isə Rusiyanın öz başına bəla olacaqdır.Biz Rusiyanın tənəzzülünü Yaxın Şərqdəki uğursuzluğunda da görürük.

t.ədalət 2020-07-16 01:15:18

Rusiya gələcəkdə işğal etmək istədiyi Azərbaycanda qarşısında gördüyü ən böyük maneə olan radikal müxalifətlə iqtidar arasında narazılığı dərinləşdirir.Rusiya həmişə milli təəssübkeşliyi olanların düşməni olub.Sovet dövründə milli kadrların vəzifələrə irəli çəkilməsinə əngəllər də bu məqsədlə olub.Bu gün də həmin siyasət davam edir.Biz Rusiyanın bu məkrli planının pozulmasına çalışmalı,milli təəssübkeşlik hissi olanlarla iqtidar arasında yaxınlığa nail olmalıyıq.

qaçqın 2020-07-16 01:00:06

MƏN Əlini heç tanımadım ama indi siz bir xarüqələr yaradındabə-elə düşəni aşağılamaq hara aparacaq bizi-bəsdida bu mənasız ağıllılıq göstərisindən əl çəkək

qaçqın 2020-07-16 00:42:34

37-Cİ İLLƏRDƏ stalin Tacikstanın o vaxtkı rəhbərini çağırıb soruşurki sizdə bəyəm xalq düşməni yoxdur? cavab-yoldaş stalin xalq düşmənləri ziyalıların içərisindən çıxır--bizdə isə ziyalı yoxdur--haradan oxuduğumu xatırlamır, ancaq düşünmək üçün bir fikir bir əsas ola bilər-BU Əlidən

nihad 2020-07-16 00:18:05

tələbə vaxtı çox kasıb bir oglan idi bu Əli,etiraf edim ki,oxumaq xəstəsiydi,amma əqidə olmayanda bu müsbətlər sıfırlanır,insan cəmiyyət üçün lazımsız birinə çevrilir

Shushali 2020-07-15 23:40:04

Chox ela yazidir. Bu milletin ziyalasida var, vetenperveride var, sen get ishinle meshgul ol, ve yaxud ol. Ramizde beyanat verir, AMEA-nin sedaqetinden danishir, bu onlarin oz terefdarlarina novbeti signalidir.

M.Əsgərov 2020-07-15 23:31:40

Halal olsun sizə, bizə belə savadlı, aydın, ağıllı, millətini sevən və hər şeyin yerini bilən jurnalistlərə ehtiyacımız var. Cəlal Məmmədov sizi nəzərdə tuturam, çox dəqiq və Əlidən başqa da coxlarına bir dərsdir. Günün bəlkədə ayın ən mükəmməl yazısıdır.

Son yazılar