NAZİR DƏYİŞDİ: AZƏRBAYCANIN XARİCİ SİYASƏT KURSUNDA NƏ DƏYİŞƏCƏK? – Altı mühüm istiqamət (TƏHLİL)

Prezident İlham Əliyev xarici işlər naziri vəzifəsinə Ceyhun Bayramovu təyin edərkən onun qarşısında dayayan vəzifələri bir-bir sıraladı. Prezidentin geniş nitqində önəmli məqamlar var idi.

Birincisi, prezident Xarici İşlər Nazirliyinin fəaliyyətindən narazı qaldığını ortaya qoydu. Dövlət başçısının öz sözləri ilə desək, nazirlikdə kadr siyasəti yanlışdır, kadrlar kimlərinsə qohumluluq əsasında qurulub. Prezident yeni nazir qarşısında ilk vəzifəni belə qoydu: “Nazirliyə təyinatlar peşəkarlıq, vətənpərvərlik və milli dəyərlər əsas olmalıdır”. Dövlət başçısı nazirlikdə müxtəlif idarələr, o cümlədən rəhbər işçilər arasındakı koordinasiya işləri lazımi səviyyədə təmin edilməsi vacibliyini də bildirdi.

İkincisi, prezident yeni nazirin xarici nümayəndəliklərdə buna qədər görülən işlərin ciddi təhlil olunmasını tələb etdi. Prezident səfirliklərin işinin səmərəlilik əmsalından narazı olduğunu bu şəkildə izah etdi: “Bəzi hallarda bizim səfirliklərimizdə çalışan insanlar öz işinə laqeyd yanaşırlar, passiv olurlar, ölkəmizin maraqlarını lazımi səviyyədə müdafiə və təmin edə bilmirlər. Ölkəmiz haqqında reallıqları geniş ictimaiyyətə çatdıra bilmirlər, ya da ki, bunu etmək istəmirlər”. Prezident səfirliklərin xaricdə yaşayan, fəaliyyət göstərən Azərbaycan icmaları ilə sıx əlaqələr qurmamasından da narazıdır.

Üçüncüsü, prezidentin sözlərindən o da aydın oldu ki, diplomatlar çalışdıqları ölkələrdə kütləvi informasiya vasitələri ilə sıx təmasda deyillər. Prezident vurğuladı ki, diplomatların bir qismi Azərbaycan haqqında qəsdən uydurulan, heç bir əsası olmayan şayiələri təkzib etmirlər. 

“Azərbaycana qarşı kampaniyaya adekvat cavab verilirmi? Verilmir”deyən İlham Əliyev həmin diplomatların ünvanına belə bir sərt ifadə də işlətdi: Bəzi hallarda fəaliyyət göstərdikləri ölkələrdə Azərbaycanın maraqlarını yox, özlərini həmin ölkələrin yüksək vəzifəli nümayəndələrinə yaxşı tərəfdən göstərmək üçün o ölkələrin maraqlarını müdafiə edirlər”. Prezident bu qüsurların Xarici İşlər Nazirliyində aparılan yanlış kadr siyasəti ilə izah etdi. Prezident hətta bəzi diplomatların dövlətə xəyanət - satqınlıq etdiklərini, yaşadıqları ölkələrin xüsusi xidmət orqanlarının nəzarətində olduqlarını səsləndirdi.

Dördüncüsü, prezident Azərbaycanın xarici siyasətinin priroritetlərini sıralayarkən qonşu ölkələrlə sıx əlaqələrə əvvəlkitək üstünlük verdiyini bildirdi. Dövlət başçısı bu zaman qonşu dövlətlərin adlarını xüsusi olaraq çəkməsə də, Azərbaycanın təşəbbüsü ilə qurulan üçtərəfli formatların ölkəmiz üçün önəmli olduğunu bir daha qeyd etdi. 

Prezident Azərbaycan üçün vacib olan təşkilatlardan İslam Konfransı Təşkilatının və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının adlarını çəkdi. Prezident Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığa önəm verdiyini, bu qurumla saziş üzərində işlərin davam etdiyini, ancaq sazişin Azərbaycanın maraqlarına cavab verməsi üçün sənədi tələsik imzalamağın da əleyhinə olduğunu vurğuladı.

Beşincisi, prezident çıxışında ayrıca olaraq Azərbaycanın ABŞ və Böyük Britaniya əlaqələrinə toxundu.

“Azərbaycanın Amerika Birləşmiş Ştatları ilə münasibətləri çox böyük əhəmiyyət daşıyır və bu münasibətlərin böyük tarixi var. Həm siyasi, iqtisadi, enerji sahələrində, həm də təhlükəsizlik sahəsində çox yaxşı nəticələr var” - deyən İlham Əliyev Ağ Ev sahibi Donalt Trampın il ərzində ona göndərdiyi məktublardan tutmuş iki ölkənin Əfqanıstanda əməkdaşlığına dair bəndləri sadaladı. 

Prezident çıxışının Amerika ilə bağlı hissəsinə bu cümlə ilə yekun vurdu: “Amerika ilə əlaqələrin gələcəyi çox müsbət olacaq”. 

Prezident Böyük Britaniyanın və BP-nin Azərbaycan üçün strateji investor olduğunu xatırladaraq iki ölkənin qeyri-neft sektorunda daha böyük işlər görməli olduğunu da sözlərinə əlavə etdi.

Altıncısı, prezident yeni nazir qarşıısnda ən mühüm vəzifənin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində olacağını vurğuladı. Prezident istefaya göndərilən nazirdən fərqli olaraq yeni nazirin mənasız danışıqlarda iştirakının əleyhinə olduğunu bildirdi.

Beləliklə, yeni xarici işlər naziri Ceyhun Bayramovu gərgin iş gözləyir. O bir neçə istiqamətdə fəaliyyət göstərməlidir. Yeni nazir ilk növbədə prezidentin də dediyi kimi nazrilikdə kadr islahatlarından başlamalıdır. Bu uzun prosesdir. Çünki, özünü doğrultmayan səfirlərin və nazirlikdə çalışanların dəyişdirilməsi vaxt aparacaq. Ancaq Ceyhun Bayramovun başqa alternativi yoxdur. O prezidentin tapşığırını yerinə yetirməlidir. Digər tərəfdən yeni nazir Xarici İşlər Nazirliyinin cəmiyyətdə itirilən nüfuzunu bərpa etməyə çalışmalıdır.

Ceyhun Bayramov Elmar Məmmədyarovdan fərqli olaraq həmsədrlər və erməni nazirlə mənasız danışıqlarda iştirak etməyəcək. Bunu nə prezident, nə də Azərbaycan cəmiyyəti istəyir. Danışıqlar predmetli olmalıldır. Ancaq erməni tərəfi predmetli danışıqlara hazır deyillər. Bu o deməkdir ki, danışıqlara bir müddət ara veriləcək. Ümumiyyətlə hərbi əməliyyatların davam etdiyi şəraitdə danışıqlara başlamaq Azərbaycanın maraqlarına cavab vermir.

Azərbaycanla Ermənistan arasındakı hazırki gərginlikdə Azərbaycana əsas dəstək verən dövlət Türkiyədir. Bunu prezident İlham Əliyev Türkiyə Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğana iyulun 15-də göndərdiyi məktubda da yazıb. Türkiyə Cumhurbaşqanı, xarici işlər və müdafiə naziri, parlamentdəki partiyalar, ictimai fəallar Azərbaycana istənilən, o cümlədən hərbi dəstəyi verməyə hazır olduqlarını vurğulayıblar. Bu arada, Azərbaycanın müdafiə nazirinin müavininin Ankaraya gedərək Türkiyənin müdafiə naziri Hulusi Akarla görüşməsi xüsusi əhəmiyyət kəsb edir. Bu o deməkdir ki, rəsmi Bakı balanslaşdırılmış xarici siyasəti davam etdirməklə yanaşı Türkiyə ilə siyasi və hərbi ittifaqı gücləndirməyə qərar verib. Bu doğru strategiyadır. Xarici işlər naziri Ceyhun Bayramov bu strategiyanın həyata keçirilməsində əsas firurlardan birinə çevriləcək.

“Atlas” Araşdırmalar Mərkəzi

635x100

Şərhlər

Səbuhiyə 2020-07-27 16:59:39

Ceyhun bəy hansı bağajla,biliklə və bacarıqla.təhsillə Prezidentin etimadını doğrulda biləcək? Bunubir düşünə bilirsənmi?

Şaiq-ə 2020-07-27 16:57:38

Nazir tyin olunduğu qurumun güzgüsüdür.O qurumun istiqamətinə uyğun savadlı,təcrübəli və bacarıq sahibi olmaqla bərabər Xarici işlərə aid biliyə.əlaqələrə sahib olmalıdır.Ona görə bu təyinatın məqsədibəlli olmadığı kimi nəticəsi də yaxşı sonluq vəd etmir.

Cavan 2020-07-20 22:08:58

CEYHUN BAYRAMOVUN TƏYİNATINA ƏN ÇOX SEVİNƏN ERMƏNİLƏR OLACAQ.DİPLOMATİYA SAHƏSİNDƏ HEÇ BİR FƏALİYYƏTİ OLMAN BU ADAM ERMƏNİ VƏ RUSLAR ÜÇÜN HƏDİYYƏDİR.

Özgə Azərin 2020-07-20 14:29:11

Kremlin xarici siyasəti daha sərtləşib, Azərbaycan da onun ən müti filialıdır!

.EJDER 2020-07-19 15:26:19

AYE MAMEDYAR TAPLLMAYIF,GEDIF AMIRKAYA,XUDAYARIN EVINI REMONT ELEMEYE

İ.Mustafaoğlu 2020-07-19 14:50:55

Xarici İşlər Nazirliyinə dövlətini və xalqını qəlbən sevən, vətənpərvər ranıdığıuhda böyüyən peşəkar kadrlar təyin olunmalıdır. Onlardan biri, hamımızın tanıdığı İsfəndiyar Vahabzadədir. İsfəndiyar müəllim Xarici İşlər Nazirliyində mühüm vəzifə tutarsa, XİN-də sağlam mühüt hökm sürər.

Abdulla 2020-07-19 14:44:11

Yerimiz səhv düşəndə nəticə d ona bənzər olur.Təhsildə nailiyytləri olmayan bir şəxsin diplomatik vəzifə.strateji sahə olan XİÇ gətirilməsi sadcə anlaşılan deyil.Ax bu sahənin naziri diplomat.hazırlıqlı v təcrübəli şəxs ola bilər.Ceyhun bəy.Pompeu ilə,Lavrov ilə.hətta Mnasakyan ilə nə daçışa bilər?

Konul 2020-07-18 23:21:50

Tofiq Zulfuqarov ve Isfendiyar Vahabzadenin XIN-e qaytarilmasi tecili ishdir

Muhum teklif ! 2020-07-18 16:22:03

XIN rehberi Ceyhun Bayramov oz yeni vezifesinde BOYUK UQURLARA NAIL OLA BILER, EGER, sabiq sefir Isfendiyar Vahabzade ( merhum xalq shairi Bextiyar Vahabzadenin oqlu) nazir muavini vezifesine teyin olunarsa ve eyni zamanda, XIN sabiq rehberi Tofiq Zulfuqarov teyin edilse yeni nazirin muavinlerinden biri kimi, CHOX BOYUK EFFEKTLI IRELILEYISH - AKTIVLESHME OLACAQ Azerbaycanin xarici siyasetinde !!!

Abbas 2020-07-18 14:31:53

Nə dəyişib ki? şilo na mılo!Bundan xarici İŞLƏR naziri olar?

Xezer 2020-07-18 14:25:56

elmar mamedyarov da ziyalı ailəsindəndir -babas, atası, anası ,qardaşı ən azı elmlər doktoru ,atası akademikdir...Nə olsun, nə dəxli var... 5-6 xarici işlər naziri olub , nə dəyişib?

Səbuhi bəyə 2020-07-18 14:25:00

Ceyhun müəllimin əlindən nə gəldiyi təhsil nazirliyində olduğu illərdə təhsilin səviyyəsinin düşük olmasından bəllidir.onu tərif etmək yersiz görünür.Xarici işlərdə isə diplomatik təhsil və təceübə olmadan heç bir nəticəyə nail olmaq mümkün deyil.Safəcə gərək o bu vəzifəyə keçməyə razı olmamamalı idi.Onun işi deyil və ola da bilməz.ffm

Səbuhi-yə' 2020-07-18 13:28:04

Hansı biliklə,təcrübəilə,başla.Axə onun nə ixtisası.nə iş təcrübəsi.dipıomatiya anlayışı olmaması bu vəzifəyə uyğun gəlmir.XİN yeə boş,nəticəsiz bir sahədən başqa bir məna kəsb edə bilməz1 Oraya diplomat,xarici ölkə diplomatları ilə söz güləşdirə bilmə bacarığı olan uyğun savadlı,təcrübəli şəxs qoyulmalıidi.Bu sahədə də rabitə,sosial təminat,kənd təsərrüfatı kimi sahələrə bənzədiləcəkdir..Əməli iş görülməsi vaxtı keçir.biz gecikirik.Axı belə "kadrlarla2"irəli getmək mümkünsüzdür.r

AR Xin-in kollektivi 2020-07-18 13:02:22

Hörmətli redaksiya, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və milli diplomatiyamızı daim diqqət mərkəzində saxladığınıza, habelə.... Elmar Məmmədyarovu işfşa etdiyinizə görə Sizə öz təşəkkürümüzü bildiririk. Elmar Məmmədyarov, mətbuat səhifələrində qeyd edildiyi kimi, Azərbaycan tarixinin qara səhifələrindən biri idi, onun gedişi ilə bu səhifənin də bağlanılacağına ümid edirik. Bununla belə bir nüansı da diqqətdən qaçırmaq olmaz: Elmar Məmmədyarovun istefa verməsinə baxmayaraq, onun cinayət ortaqları hələ də XİN-də iş başındadır. Bunların sırasına 1-ci Avropa İdarəsinin rəisi, rus ajanı Elxan Azayev (Məmmdəyarovun dostu və pul kisəsi), Maliyyə İdarəsinin rəisi və unikal cinayətlərin müəllifi Lamiyə Canəhmədova, Protokol idarəsinin rəisi, ruslaşmış manqurt Prəvin Bağırzadə, inspeksiyanın rəisi vəzifəsini icra edən və milliyyəti eməni olduğu ehtimal edilən Ruslan və digərləri aiddir. Bu tip adamları XİN-dən uzaqlaşdırmadan və cinayət məsuliyyətinə cəlb etmədən müsbət dəyişikliklərə ümid etmək sadəlövhlük olardı. Qeyd edilənləri icitimai nəzarətdə saxlamağınızı acizanə şəkildə xahiş edirik.

Tahir 2020-07-18 10:11:35

Tehsilde o qeder ish gorduki indide XİN-i qayirajax

Səbuhi 2020-07-18 10:05:31

Allah xeyir versin Amin. Əminəm ki, Ceyhun müəllim ona Prezident tərəfindən verilmiş etimadı doğruldacaq. Ceyhun müəllim ziyalı ailəsində anadan olub və əlindən gələni edəcək INŞAALLAH

Şaiq 2020-07-18 09:30:48

TƏK NAZİRİ DƏYİŞMƏK HEÇ NƏYİ DƏYİŞMƏYƏCƏK. SOSTAV 100% DƏYİŞMƏLİDİR Kİ, CƏSUSLAR ZƏRƏRSİZLƏŞDİRİLSİN. YENİ NAZİR TN - DƏ QAZANDIĞI "UĞURU" XİN - DƏ DƏ DAVAM ETDİRƏCƏK. BÜTÜN MƏMURLAR "DETEKTOR LJİ" İLƏ YOXLANILMALIDIRLAR. ONDA GÖRƏCƏYİK ... QDE RAKİ ZİMUYUT.

Son yazılar