“KİMDİR RAMİZ MEHDİYEVƏ DƏSTƏK VERƏN?!...” – “Laba” yenidən üzə çıxdı və “köhnə qvardiya”nı hədələdi

Milli Məclisin deputatı Fəzail Ağamalının Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyevin sabiq Səhiyyə naziri Əli İnsanovla birləşərək, ölkə prezidenti İlham Əliyevə və birinci-vitse prezident Mehriban Əliyevaya qarşı ittifaq bağladıqları haqda fikirləri cəmiyyətdə sensasiya yaratmaqla yanaşı, sadiq Əliyevçiləri də hərəkətə gətirib.

Onlardan biri – vaxtilə Heydər Əliyevin şəxsi mühafizəsində yer alan, daha sonra Naxçıvan MR-in Türkiyə ilə sərhəddəki Sədərək Gömrük Keçid-Məntəqəsinin müdiri işləyən, əhali arasında “Laba” ləqəbiylə populyar olan Mübariz PƏNAHOV son günlər geniş yayılmış bu söz-söhbətlə bağlı “Strateq.az”-a maraqlı açıqlamalar verib. 

Mübariz Pənahovla müsahibəni oxucularımıza təqdim edirik:

– Mübariz müəllim, deputat Fəzail Ağamalı Ramiz Mehdiyevi vəzifədən çıxarılan məmurları öz ətrafına yığaraq, Prezidentin islahat siyasətini sabotaj etməkdə suçlayıb. Bu fikirlərlə tanışsınızmı? Ümumiyyətlə, Ramiz Mehdiyevin Prezident İlham Əliyevə qarşı çıxa biləcəyi fikrini nə qədər əsaslı saymaq olar?

– Nəinki Fəzail Ağamalının, o cümlədən Eldar Namazovun, Maksim Musayevin, Xeyrəddin Qocanın, hətta Sərdar Cəlaloğlunun da Ramiz Mehdiyevlə bağlı fikirlərini oxumuşam. Ramiz Mehdiyevin Prezident Administrasiyasının rəhbəri olduğu vaxt dövlət içərisindəki gücü, məmur korpusu üzərində hədsiz geniş təsir imkanlarına sahib olması, xaricdəki əlaqələri və aparılan islahatlara mane olmaq istəyi haqda söylənilənlərdə həqiqət payı çoxdur.

Prezident onu vəzifədən çıxaranda, ölkənin ən ali dövlət təltifi ilə – “Heydər Əliyev” ordeni ilə də mükafatlandırmış, hörmət-izzətlə yola salmışdı. Ancaq o, 82 yaşında evində oturmaq, nəvələriylə oynamaq əvəzinə, gedib təzədən Elmlər Akademiyasının prezidenti postunda əyləşdi… Elə bunun özü çox şey deyir. 

Ancaq Administrasiyadan uzaqlaşdırılandan sonra onun dövlət aparatı üzərində əvvəlki qüdrətini xeyli itirdiyi qənaətindəyəm. Adamları ona ideya, mənəvi yaxınlıq, yaxud hansısa siyasi perspektiv bağlamayıb ki, indi onlar Ramiz Mehdiyevin dediyi ilə hərəkət etsinlər. Məgər, Ramiz Mehdiyev Heydər Əliyev olub ki, hamı onun nüfuzu qarşısında baş əysin, bir sözünü iki eləməsin? Necə işləyib, hamımız bilirik. Bu cür işləyən adamı isə hakimiyyətin içində heç vaxt sevməz və heç vaxt da beləsinin ətrafında birləşməzlər.

– Söhbət Ramiz Mehdiyevin öz ətrafında birləşməkdən yox, onun da dəstəyi ilə, belə demək mümkün olarsa, köhnə “Heydər Əliyevçi qvardiya”nın ciddi siyasi iddiası olan başqa bir sabiq məmur – Əli İnsanovun ətrafında cəmləşmək ehtimalından gedir… 

– “Köhnə qvardiya” bizik – sadiq Heydər Əliyevçilər. Biz də bu gün Heydər Əliyevin həm siyasi varisi, həm də bir lider, rəhbər kimi bizə əmanət edib getdiyi oğlu İlham Əliyevin və onun ailəsinin yanındayıq, bu ailənin ətrafında da sıx birləşmişik. Bizi bu ailəyə hansısa vəzifə bağaları yox, qırılmaz mənəvi tellər bağlayır. Bu ailənin düşmənləri bizim düşmənlərimiz, dostları da bizim dostlarımızdır.

Heç kim unutmasın ki, yenicə müstəqillik qazanmış Azərbaycan dövlətinin parça-parça olmaması və 1993-cü ildən bugünədək sabit təməllər, sağlam bünövrələr üzərində inkişafı məhz Əliyevlər ailəsinin – ümummilli lider Heydər Əliyevin və onun layiqli davamçısı cənab İlham Əliyevin adıyla bağlıdır. 1992-93-cü illərdə, 1994 və 1995-ci illərdə silahlanıb Heydər Əliyevin üzərinə gələnlər o vaxt qarşısında bizi gördükləri kimi, bu gün də Prezident İlham Əliyevin və ailəsinin üzərinə gəlmək istəyənlər qarşılarında öncə bizi görəcəklər, əmin olsunlar!

Siz jurnalistlərdən də xahişim odur ki, onlara etibar edilən dövlət vəzifəsinə xəyanət etdiklərinə görə elə Əliyevlərin özləri tərəfindən vəzifəsindən uzaqlaşdırılanları “Heydər Əliyevçi” adlandırmayasınız. Heydər Əliyevə və onun əmanətlərinə xəyanət edənlər, o cümlədən də Əli İnsanov heç vaxt həqiqi Əliyevçi olmayıblar, onların saxta Əliyevçiliyi vəzifələrindən uzaqlaşdırılanadək idi və bunu da hamımız gördük.

Səmimi Əliyevçi Heydər Əliyevin oğluna – əmanətinə xəyanət etməzdi! Ancaq ümumilli lider dünyasını dəyişəndən az sonra çoxları, o cümlədən də başda Əli İnsanov olmaqla bəziləri mərhum Heydər Əliyevin yoxluğunu fürsət bilib, boylarından böyük iddialara düşdülər – İlham Əliyevi hakimiyyətdən uzaqlaşdırmağa qalxdılar və buna görə də cəzalandırıldılar. Unutdular ki, onların çoxunu adam, mövqe-vəzifə sahibi edib ortaya çıxaran elə Heydər Əliyev olub… İndi özündən qəhrəman, xilaskar düzəltsə də, hamımız bilirik ki, Əli İnsanov niyə həbs olunmuşdu və bu gün azadlıqdadırsa, buna görə yenə də İlham Əliyevin humanizminə borclu olmalıdır. Başqası olsaydı, onu bağışlamazdı. Yox, bunu anlamayıb yenə də artıq iddiaya düşəcəksə, İlham Əliyevin yolunun üstündə maneə olmağa çalışacaqsa, biz Əliyevçilər onu süpürüb o yolun üstündən birdəfəlik kənara atacağıq…

– Əli İnsanov konkret iddia qoyub artıq ortaya: ölkədə prezident seçkisi ehtimalı olmasa da, Prezident İlham Əliyevin hakimiyyəti Birinci vitse-prezident olan xanımı Mehriban Əliyevaya ötürə biləcəyindən danışıb və qətiyyətlə buna qarşı çıxacağını elan edib. Eynilə, Ramiz Mehdiyev də son yazılarının birində Pezident İlham Əliyevin yeganə birləşdirici fiqur olması faktını önə çəkməklə, dolayısıyla Mehriban Əliyevanın liderliyinə qarşı olduğuna eyham vurmuş olub… Yəni, belə demək mümkünsə, xanım Mehriban Əliyevaya qarşı mövqe ortaqlığı, Sizcə, İnsanov-Mehdiyev ittifaqını yaxın gələcəkdə real siyasi birliyə çevirə bilərmi? Və bu birlik bütün “köhnələri” müxalifətlə birgə “yenilər”ə qarşı səfərbər etmək gücündəmi?

– Mehriban xanıma qarşı çıxmaq elə Prezident İlham Əliyevə qarşı çıxmaq deməkdir. Nə oldu, Mehriban xanım Əli İnsanov üçün bu gün ayaqlarına gedib masalarının arxasında oturduğu adamlardan daha təhlükəlimi oldu?! Dünənə qədər Əli İnsanov deyildimi həmin adamları dövlətin, Heydər Əliyevin düşmənidir deyə, söyüb təhqir edən, öldürməklə hədələyən?! İndi nə olub ki, dünən söydüyü ağızdan gedib öpməyə başlayıb?! Cəmiyyət bu riyakarlığı görmürmü?!

Bilirsiniz, nə qədər ki, Azərbaycan siyasətində belə prinsipsiz, öz maraqları naminə istənilən an mövqeyini, əqidəsini dəyişən, bu gün dost dediyinə arxa çevirib onun düşməniylə gedib rahatca ittifaq bağlayan adamlar öndə olacaq, meydan sulayacaq, müxalifətdə gətirib başa çıxarılacaq, cəmiyyət də heç vaxt onlara dəstək verməyəcək. Əksinə, bu gün biz onu görürük ki, Prezident İlham Əliyevin Mehriban xanımla birgə başladığı islahat siyasətinə cəmiyyət necə böyük ümid bəsləyir və dəstək verir. Bu siyasət uğur qazandıqca, hakimiyyət mənfi imicli, xalqda nifrət yaratmış məmurlardan təmizləndikcə, Prezidentə və Mehriban xanıma sevgi daha da artacaq, xalq onların ətrafında daha da sıx birləşəcək.

Əslində, elə bu gün 74 yaşlı Əli İnsanovu, 82 yaşlı Ramiz Mehdiyevi, eləcə də digər vəzifəsindən uzaqlaşdırılanları narahat edən də məhz bu amildir – onlar artıq “zamanlarının dolduğunu”, yeni dövrdə onlara yer olmadığını və hakimiyyətdə olduqları illərdəki fəaliyyətlərinə görə də ancaq və ancaq mənfi xarakterisitika ilə yaddaşlarda xatırlanacaqlarını çox yaxşı anlayırlar. Ona görə də, dediyim kimi, hər ikisi bu yaşlarında sakitcə kənara çəkilmək əvəzinə, iddialarından əl götürmək istəmirlər.

Bir də bu, köhnədən qalma bir ənənədir – vəzifədən çıxarılan adam heç vaxt istəmir ki, yerinə gələn uğur qazansın. Əksinə, çalışır ki, gələn adam hörmətdən düşsün və camaat da desin ki, bax, əvvəlki daha yaxşı idi… 

Təəssüf ki, Ulu Öndərin hesabına vəzifə başına gələnlərin bəziləri uzun illər tutduqları postlarda hökmran olduqlarından, onlarda elə bir yanlış fikir formalaşıb ki, guya, onlar olmasa, ölkə batacaq, hamı bunlara yalvaracaq. 

Mən də sizə deyirəm ki, bundan, xüsusən də yeni dövrlə ayaqlaşa bilməyən və cəmiyyətdə hörmətdən düşmüş bu yaşlı məmurlardan xilas olduqca, hakimiyyət daha rahat nəfəs alacaq. O “köhnələr” dediyinizin hər hansı ittifaqı isə özlərinə qazdıqları quyu olacaq… 

– Ancaq cəmiyyətdə belə fikirlər var ki, “köhnələr” müxalifətlə yaxınlaşarsa, bu, payızda hakimiyyətə qarşı ciddi problemlər yarada bilər…

– Cəmiyyət heç vaxt belə adamlara dəstək verməz. Onlar uzun illər əyləşdikləri vəzifələrdə necə işləyiblər, xalqın gözü qabağında olub. Mən camaat içərisindəyəm və Prezidentin bu “köhnələri” təmizləmə siyasətinin də sadə xalq tərəfindən necə böyük rəğbətlə qarşılandığını, necə dəstək qazandığını çox yaxşı görürəm. Hamı başa düşür ki, indiyədək ölkənin bir çox problemlərinin müəllifi onlar olublar. 

Baxın, Ramiz Mehdiyev Administrasiya rəhbəri postundan uzaqlaşdırılandan sonra bir neçə icra hakimiyyətində keçirilən əməliyyatlar tam sübuta yetirdi ki, onun birbaşa tabeçiliyindəkilər xalqla necə “işləyib”. İcra başçılarının o rüsvayçı görüntülərindən sonra mənim əlavə yeni nəsə deməyimə ehtiyac qalırmı?! 

Yaxud götürün Ramil Usubovdan sonra polisdə olan dəyişiklikləri… İndi bəziləri məqsədli şəkildə düşüblər polisin üstünə, ancaq görün, Vilayət Eyvazov nazir təyin ediləndən bəri, polisdə nə qədər müsbətə doğru dəyişikliklər olub? Polis sərt, ancaq intizamlı olmalıdır, bir balaca boşluq, zəiflik olsa, inanın, hərə bir tərəfdən bu dövləti söküb-dağıtmağa çalışacaq. Mən Eyvazovu bir idmançı kimi çox yaxından tanıyıram, bilirəm ki, əvvəlki nazirlərdən fərqli olaraq, o, çox qətiyyətli, ölümünə gedən adamdır. Güc strukturlarına da məhz belə adamlar rəhbərlik etməlidir. Yoxsa elə nazirlər, prokurorlar vardı ki, dövlətə qarşı bir balaca təhlükə yarananda, qaçıb stolun altında gizlənirdilər… 

Yaxud elə uzun illər vəzifədə olan o iki adaşları – Əli Həsənovları götürün: neçə il biri mətbuata, o biri qaçqınlarla işə cavabdeh idi. O gün oxuyuram ki, bir Əli Həsənovun adı Prezidentin jurnalistlərə tikdirdiyi mənzillərin satılmasında hallanır, o biri Əli Həsənovun da adı qaçqınlara paylanmalı olan mənzillərin satılmasında…

İndi, sizcə, belə adamlara xalq dəstək verərmi?! Əlbəttə, yox. Əksinə, xalq görəndə ki, Prezident bu cür məmurları çıxarır, cəzalandırır və onları yeni gənc kadrlarla əvəzləyir, təbii, Prezidentin bu siyasəti də xalq tərəfindən dəstəklənəcək.

Təəssüf ki, bu pandemiya ortaya düşdü. Yoxsa biz iqtisadi sektorda da nə kimi uğurların olduğunu daha aydın müşahidə edəcəkdik. Ancaq yenə şükür ki, belə bir ağır böhrana baxmayaraq, ölkə hələ də iqtisadi baxımdan sabitliyini qoruyub saxlayır. İnşallah, bu bəla da ötüb keçəndən sonra, mən əminəm ki, biz aparılan islahatların daha yaxşı nəticələrini görəcəyik.

Xalqımızın da əsas istəyi budur – ölkədə sabitlik və rifah, təhlükəsizlik olsun, bir də torpqlarımız tez bir zamanda işğaldan azad edilsin. Əminəm ki, başlanan bu islahatlar, gec-tez, bizə Qarabağda da qələbələr qazandıracaq.

– Mübariz müəllim, Ramiz Mehdiyevlə eyni rayondan – Şərurdansınız və mən bilirəm ki, Şərur camaatı arasında böyük nüfuzunuz var. Maraqlıdır, Ramiz Mehdiyev, Fəzail Ağamalı demişkən, kabinetində dinc oturmasa, lap belə aktiv siyasi fəaliyyətə keçsə, biznes və dövlət strukturunda üstünlük təşkil edən şərurlular onun çağırışına səs verərlərmi?

– Məcbur edirsiniz ki, bəzi şeyləri deyəm… Ramiz Mehdiyev Naxçıvanda, Şərurda doğulsa da, heç vaxt naxçıvanlı, şərurlu ola bilməyib… O Heydər Əliyev idi ki, o boyda SSRİ Siyasi Büro üzvlüyünədək yüksəldi, ancaq yenə də Naxçıvanı və naxçıvanlıları unutmadı, onların əlindən tutdu, irəli çəkdi, danışığında, məişətində naxçıvanlılığını itirmədi, daim onu qoruyub saxladı. Buna görə də Heydər Əliyev Siyasi Bürodan uzaqlaşdırılanda və təzyiqlərə məruz qalanda, naxçıvanlılar hamılıqla, bir nəfər kimi, onun müdafiəsinə qalxdılar, özlərini onun əsgərləri, fədailəri bildilər. Elə Ramiz Mehdiyev, Əli Həsənov və digər onun kimi bəzi naxçıvanlılarımız da Heydər Əliyevin bu yurd, el-oba sevgisinə sığınaraq, onun kölgəsində özlərinə yer edib, vəzifə tutdular, həyat qurdular, ancaq həmişə də Naxçıvanı yox, öz ailələrini, uşaqlarını, karyera və sərvətlərini düşündülər… İndi yaxşı, vəzifədə olduğu müddətdə özündən və ailəsindən başqa heç kimi düşünməyən bu adamları sadə naxçıvanlılar, o cümlədən şərurlular niyə düşünməli, niyə onların çağırışına səs verməlidirlər?! Nə ediblər ki, onlara?!

Əksinə, mən düşünürəm ki, hansı naxçıvanlı məmur İlham Əliyevə qarşı baş qaldırarsa, onu elə birinci naxçıvanlılar özləri daş-qalaq edəcəklər. Kimdir Ramiz Mehdiyevə dəstək verən? 

Yeri gəlmişkən, baxmayraq ki, eyni rayondanıq, ancaq mənim uzun illər işsiz qalmağımın əsas baiskarlarından biri elə Ramiz Mehdiyev olub…

– Mən başqa adamların adını eşitmişdim…

– Yox, məhz Ramiz Mehdiyev. Məni Sədərək Gömrüyünə Heydər Əliyev qoymuşdu, onun qorxusundan da heç kim toxuna bilmirdi mənə. Ancaq o rəhmətə gedəndən sonra, 40-ı çıxmamış, məni vəzifədən uzaqlaşdırdılar… Başqa vəzifəyə təyin olunmamın qarşısını alan 3 nəfərdən biri və ən əsası da Ramiz Mehdiyev oldu…

– Maraqlıdır, vaxtilə Heydər Əliyevin canını etibar etdiyi və Heydər Əliyev üçün də canını verməyə hazır olan “Laba”nı, doğrudanmı, o, dünyasını dəyişəndən sonra Ramiz Mehdiyevin qorxusundan heç kim yaxına burxmadı?

– Yox, niyə ki… Bu illər ərzində mənimlə daim maraqlanan, əlaqə saxlayan iki nəfər olub – biri hörmətli Bəylər Əyyubov və bir də İsa Nəcəfov. Mən onların hər ikisinə minnətdaram. Məni istəməyənlər, varlığımdan narahat olanlar çalışırdılar ki, Prezidentin gözündən salsınlar, etibardan düşüm. Ancaq Bəylər müəllimlə İsa müəllim həmişə bu məkrli planların qarşısını alıblar və həmişə də mənim hörmətimi saxlayıblar. Mən onların diqqətini heç vaxt unuda bilmərəm.

– Cavabınızdan belə anladım ki, Mübariz Pənahov onu “vuran” öz rayonlusunun – şərurlu Ramiz Mehdiyevin deyil, ona çətin günündə dayaq duran Bəylər Əyyubov yanındadır?

– Bəli. Bəylər müəllim Heydər Əliyevçi qvardiyanın başında gələn ən sadiq generallardandır və dediyim kimi, sadiq Heydər Əliyevçilər də İlham Əliyevin əsgərləridir. Bizim üçün İlham Əliyevin sözü hökm, bizi onun yolundan qoparacaq yeganə güc isə ölümdür!

Söhbətləşdi: Elxan ŞÜKÜRLÜ

635x100

Şərhlər

Maga.judo 2020-07-23 09:12:14

Mübarız müəllim çox insanların əlindən tutub, onlara kpmək edib.

Ali 2020-07-21 22:00:29

Möhtərəm Elxan bəy! Siz İlyas müəllimin qəzetində işləyəndə, o şəxsin yanında olanda .... İndi nə oldu sizə? Gah yaltaq, haqqı satan müxbirləri "millətin qaymağı" kimi millətə sırmağa çalışaraq onlara millətin pulu ilə pulsuz mənzil verilməsinə haqq qazandırısınız, gah da bu günkü yazını qələmə alırsınız. Siz bir reaksiyalara kommentlərə baxın.... Heyf sizdən!

Eli 2020-07-21 20:17:33

Bir naxcıvanlı dostum deyerdi:Ay gülüm Naxçıvan gör Senin adından kimler danışır Ay fanı dünya Allah Mirze Ceöile Hüseyn Cavidr Heyder Eliyeve ve diger layiqli Naxçıvan oğullarına ki milletin dövletinfexri olublar

Eli 2020-07-21 20:10:40

Göresen bu Laba müellime naxçıvanlılar hansı “xüsusi” xidmetlerine göre onların adından yeke yeke danışmağa icaze beribler

Səud 2020-07-21 17:13:58

Türkiyədəki tələbəlik vaxtlarımızda Mübariz müəllimin rəhbəri olduğu Sədərək gömrük keçid məntəqəsindən çox keçmişik. Mübariz müəllim, məsləhətim odur ki, atalarınız demişkən"öz gözündə tiri qoyub başqasının gözündə çöp axtarma". Hər şeyin də həddi hüdudu var

Ramil 2020-07-21 11:53:10

M.Pənahovun Dəyərlər orqda 2013-cü ildə verdiyi müsahibəsidir. O vaxt niyə R.Mehtiyevin adini çəkmir, qorxusundan Vasif Talıbovu da günahlandırmır. Allah eləməsin V.Talıbova bir şey olsa ondan yazacaq. Soruşan lazımdı Labadan sən həmin o Naxçıvandakı, Bakıdakı obyektləri nə ilə almışdın, hardan qazanmışdın, hamısı gömrükdən keçən kasıbların pulu ilə alınıb. Əgər R.Mehtiyev səninlə maraqlansaydı sənin heç Bakıda da obyektin qalmazdı. Sifarişli yazılar yazmaq sənə yaraşmaz, ancaq ziyan gətirər. Yazını təqdim edirəm. Laba” ləqəbli keçmiş rəisin, Naxçıvandakı obyektlərini kimlər sökür? 20 fevral 2013 Sədərək Gömrük-Keçid Məntəqəsinin keçmiş rəisi, “Laba” ləqəbli Mübariz Pənahovun Şərur rayonundakı obyektlərinin sökülməsi ilə bağlı xəbəri təsdiq edib. Baş verənlərə bağlı Mübariz Pənahov AzNews.az-a açıqlamasında Naxçıvanda obyektlərinin sökülməsini təsdiq edib. M.Pənahov bildirib ki, obyektlərinin sökülməsindən Azərbaycana gələndən sonra xəbər tutub: “Ukraynada səfərdə idim, dünən gəlmişəm. Bir neçə il bundan öncə də obyektlərimi dağıtdılar. Söküntünü qanunsuz hesab edirəm. Obyektlərimin söküntüsü konstitusiyaya ziddir. Qoy, söksünlər, bəlkə gözləri doydu. Bu qanunsuzluqla bağlı hansısa quruma müraciət etmək fikrim yoxdur. Söküntünün Vasif Talıbova aidiyyəti yoxdur. Onunla münasibətlərim normal səviyyədədir. Görünür, burada kimlərinsə maraqları var. Bunun kim olduğu barədə məlumatlı deyləm. Gec-tez bu qanunsuz

Eli 2020-07-21 10:20:43

Deyirem göresen bu hörmetli hüçümçular amerikanların bir filmi var-qladiator ona baxıblar Meslehet görerdim baxsınlar ve görsünler ki iki min il bundan qabaq insanlar dövlete dövletçiliye dövlet ve memur meselelerine nece baxıb nece dövlet qurub idare edib tarxe dişübler bu gün de onlardan nümune götürülür Xahiş edirem baxmayanlar da bu filme baxsınlar

Eli 2020-07-21 09:48:23

Bu menasız müzakireler ancaq dövletçiliye ziyan vurar o ki qaldı hüçumçularz bu millet hamını yaxşı tznıyır meqzm gelende here öz qimetini alacaq-ya mükafat ya ceza

Eli 2020-07-21 09:36:10

SSRİ-min bir xarici işler naziri var idi -Громыко.Onun bir sözü var idi.Deyirdi:Если я скажу то что ,я знаю то тогда весь мир перевернется.İndi bu şexs 25 ilden artıq bir müddetde dövlet idareçiliyinin en yüksek vezifelerinden birini tutub ve onun bilmediyş sirr yoxdur mence belke bu hücumçular bir fikirleşe ve dayanalR Axı bu menasız işler heç kime xeyir vermezNe bilim vellah taşı 70-i 89-ı keçmiş insanlar me isteyirler adam başa düşmür

Eli 2020-07-20 18:01:17

Azpoltlkada vetenperver yurnalistlef çoxdurNedense sın vaxtlar bele seviyyesiz yazılar çocalıbSon 50 ilde ölkeni rehmetlik Eliyevin mektebinin kadrları idare edir ki onlardan biri de Örhdiyevdir ki

Moshu 2020-07-20 16:20:40

Bu xalq həqiqətən də çox gözəl xalqdır, əfsuslar olsun ki, onun Kamran, Sərxan, Rafik, Müşfiq, Səlimov, Vətəndaş, Murad, Vüqar kimi antipodları var. Bunlar hələ anlamırlar ki, hazırda biz XXI əsrdə yaçayırıq. Hələ də bunların burnunda ötən əsrin 90-cı illərinin iyi qalıb Biri yazır telefonunu yaz, digəri nə bilim nə. Bunların hamısı bir komandanın üzvləridir. .... Nə isə Allah bizi özümüzdən qorusun.

Moshu 2020-07-20 16:19:19

Rəsul Quliyev demişkən “ay bədbaxt” sən hansı ağılın, savadın sahibisən ki, Allahlıq iddiasındasan? Sadəcə olaraq rəhmətlik Heydər Əliyevin zamanında onun saqqızını oğurladınız (bəlkə də o zamanlar sizi kimilərə ehtiyacı vardı)və Gömrüyü şəxsi bazara çevirdin. Kim idin ki, Naxçıvanlıların qanı bahasına özünə “biznes” qurdun. Sənin kimilərin hesabına Qardaş Türkiyədə (Azpolitika məsləhət bilsə özü də araşdıra bilər)minlərlə sənədsiz Naxçıvanlılar yaşayır. Onların böyük əksəriyyəti ən hörmətsiz işlərdə çalışırlar ki, ailələrini dolandırsınlar. Hazırda orada doğulan Naxçıvanlıların şəxsiyyət vəsiqəsi belə yoxdur, heç adlarını da yaza bilmirlər. Bu gün Ölkə başçısının sizə, Müşfiq Məmmədov kimilərinə ehtiyacı yoxdur (Müşfiq Məmmədov 23-cü bölməsinin rəisi olanda etdikləri qansızlıqlar hamımızın xatirindədir, o polis rəisi deyil əsl reket idi, hətta sabiq spiker Rəsul Quliyevin otağına girib biabırçılıq törətmişdir), onun arxasında Azərbaycan xalqı dayanıb. “Azpolitika” çox gözəl işlərə imza atıb və atmaqdadır, lakin mənə qəribə gəldi ki, nə əcəb belə abırsız yazını öz saytında yerləşdirib? Laba bəyin vaxtı ilə verdiyi müsahibəni dəyərli oxucularımıza təqdim edirəm. http://deyerler.org/154825-vlabav-ljqjbli-kegmie-rjisin-naxgdvandakd-obyektljrini-kimljr-sgkgre.html Laba sözünün haradan yaranması tarixi məni o qədər maraqlandırdı ki, bu sözün açıqlanmasına cəhd etdim. AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI A. A. BAKIXANOV adına TARİX İNSTİTUTUnun elmi işçisi (bəlkə də artıq elmlər doktorudur, əllərinə sağlıq) AĞASİYEV İKİRƏM KƏRİM oğlunun “QAFQAZDA ALMAN MƏSKƏNLƏRİNİN YARANMASI VƏ ONUN REGİONAL XÜSUSİYYƏTLƏRİ” elmi yazısından: Laba qəzası Kubanın strateji ərazisi olduğundan burada alman koloniyalarının salınması Qafqaz hərbi dairələri ilə mülki orqanlar arasında fikir ayrılığına və uzun yazışmalara səbəb olurdu. Maykop qəzasında almanların şəxsi mülkiyyət torpaqlarında yaratdığı yeganə koloniya Burnoye koloniyası idi. Kiçik Laba çayının sol sahilində, Kubanın dağlıq ərazisində yerləşən bu koloniya əvvəllər Psebaysk stanitsasının ictimai torpaqlarından istifadə etsə də, 1898-ci il 30 sentyabr tarixdə Hərbi Şuranın qərarına əsasən kolonistlərin xüsusi mülkiyyətinə 140 des. torpaq sahəsi ayrıldı”. Yazıqlar olsun Laba çayına, görün onun adını kimlər özəlləşdirib?

Moshu 2020-07-20 16:17:26

Hörmətli "Azpolitika", sözün açığı anlamıram nə baş verir? Yəni, şərhləri ya müsəlman edirsiniz, ya da tamamilə vermirsiniz

Eli 2020-07-20 14:07:18

Ölkenin siyasi ab havasını kimlerin ağlı ve seviyyesi ile formalaşdırmaq isteyirler-Fezailler,Maksim Musayevler,Labalar ve s.Bunların arxasında durub bunlafı danışdıran xüsusi aüvveler var bunlar öz xöşuna danışana oxşzmırlar xüsusen deputat .

Şəhriyar 2020-07-20 12:31:40

Mübarız sən gömrük rəisi işləyəndə bütün dost-tanışın, qohumların milyoner olmuşdu. Onlar üçün hər cür şərait yaratmışdın, qara camaatı isə sutkalarla saxlayırdın növbələrdə, kasıblardan yığdığın pullarla oliqarx oldun. Başa düşmürəm sənin hörmətli Akademikimiz, 40 ildən artıq Azərbaycanda rəhbər vəzifələrdə iştəmiş və hazırda da AMEA-nın prezidenti olan Ramiz Mehtiyev barədə yazmağa nə vadar edib. Sənin heç buna haqqın da çatmır.

Sənan 2020-07-20 12:18:04

Mübarız o jurnalist var haa səni aldadıb müsahibə götürüb özünə sensaciya axtarıb və səni tapıb. Sən də Ramiz Mehtiyev barədə yalan məlumatlar deyib qoşuldun Fəzail, Alqış, Maksım kimi yerazlara. Bilmirəm sənə nə obeşşat eliyiblər, amma gərək jurnalistin fitvasına getməyəydin. 5 qəpiklik hörmətin vardı vurdun yerə bir Şərurlu kimi. Bütün Naxçıvan bilir ki sən necə pul qazanmısan.

Farid 2020-07-20 12:10:09

Mənim hərbi xidmətim Naxçıvandan MR dan başlayıb.Sərurda da xidmət etmişəm.Mubariz müəllim çox xeyirxah insan idi.hərbi hissəmizə çox köməkliyi olub.var olsun daim

Vaqif 2020-07-20 12:07:35

Mübariz Pənahov əgər o vaxt Mərhum Prezidentimiz Heydər Əliyev tərəfındən vəzifəyə təyin edilməsəydi indi türmədə idi. ..... Onu o vaxt Vasif Talıbov Naxçıvandan qovalayıb və imkan verməyib ki, Bakıda işə düzəlsin. İndi deyir mənə R.Mehtiyev imkan vermədi. ..... V.Talıbovun adını çək. Sən də kiminsə tapşırığını yerinə yetirirsən.

Nusret 2020-07-20 11:45:12

Laba sederekde isleyende sexsen menim dedemin qazelinin susesini sindirib... lotuluq edirdi, banda yaratmisdi, naxcivanin coreyi ona haram olsun

Eli 2020-07-20 11:09:25

Bexi insanlar hele ayırd ede bilmirler ki,Vetene sedaqet nedir şexsiyyete sedaqet nedir Şexsi menafe hissleri insanları cılızlaşdırı veten dövlet ve millet qarşısındakı borcu yaddan çıxarırNe bilim biz de bele formalaşırıq Gözümüzün qabaqındakı qardaş Türkiyyeni görmürük

Səlimov. Judo. 2020-07-20 03:30:36

Mübariz m. Kaslblara cox kömək eləyib.

X 2020-07-20 00:08:38

----------------

Eli 2020-07-19 23:42:46

Bezi adamlara hele çatmayıb ki Vetene sedaqet nedir ,şexdiyyere sedaqet nedir be bu eeide ile millete dres vermek isteyirler.Olmaz ki her bir namuslu vetendzş öz işi ile meşğul olsun daha doğrusu başı çıxan işle

Rovşən 2020-07-19 22:16:29

Hedər baba bidənədi yüz Ramizlər cəlsə onun dırnağı ola bilməzlər.

Arif 2020-07-19 14:36:05

Hələ də Mübarizin özü və adamları pzlərini 90-cı illərdəki kimi hiss edirlərr. Yazırlar ki kim mübariz haqqında yazırsa telefon nömrəsini qoysun. Bilmirlər ki Azərbaycanda reketlik yoxdu..... Çünki onların heç birində savad deyilən şey yoxdur. Mübarizəni elə görürlər.

ƏLİ ƏHMƏD 2020-07-19 14:29:56

Gör nə günə qalmışıq ki.... bir şəxs Ramiz Mehtiyev haqqında danışır. Sən hələ Şərurda...... R.Mehtiyev Heydər Əliyevlə Azərbaycandakı başıpozuqluğu qaydaya salmaq üçün birgə planlar qururdu. O vaxt sən öz dəstənlə Şərur bazarında alver edənlərin mallarını oöurlayıb xərac yığırdın.

Sebili 2020-07-19 11:38:01

Her sheyi gozel analiz edirsen Mubari m. Amma Naxchivandan niye qovuldugunu niye sene sonradan ish vermediklerini guya bilmirsen.Susmaq seni daha hormetli eder.(Sohbet Ramiz Mehdiyevden getmir.)

Rafo 2020-07-19 08:15:39

Vaxtilə kadr siyasətində nöqsanlar olub ki, bu gün acılar yaşayırıq.

Müşfiq 2020-07-19 08:09:44

Mübarizkimi oğullarımız çox azdır. Hər zaman haqqında yaxşı təəssüratlar eşitmişəm. Hər halda Mübariz müəllim vəzifə düşkünü olmayıb. Kasıbln həmişə yanında olub.

Rafik 2020-07-19 01:56:11

Mubariz mellim azerbaycanin esil igid oglanlarindan biridir.mubariz mellime yarashir bugunki gunda vezifede oturmaq cunki o Heyder Aliyevin siyasetinin davamcilarindandir.Mubariz mellim siz onu bilin ki sizi taniyaraq bir shexsiyet kimi sizi isdeyenler ve destekleyenler coxdur size igurlar

Vusal 2020-07-19 01:00:17

Laba deyilən bu şəxs deyəsən vəzifə istəyir..!

oxucu 2020-07-18 23:20:03

hardasan az əzrayıl

Serxan 2020-07-18 23:14:30

Laba’ya soz deyen nomresini yazsin vso

Yusif 2020-07-18 23:13:18

Mubariz Naxcivanin coreyi sene haram olsun...sen sederekde kasib kusuba zulm etmisen

Kamran 2020-07-18 23:13:08

Salam aleykum Laba soz deyen nomresini yazsin kisa!!!!!!!

Vetendaş 2020-07-18 23:05:54

Laba kimi ogul birde cetin geler birde cetin geler bu dunyaya.. o cox merd ve eliaciq bir insandir.. naxcivan xalqina elediyi yaxwiliqlarin sayi hesabi yoxdur.. biz hemise seninleyik Mubariz Panahov

Murad 2020-07-18 23:04:31

Mubariz muellim hemise kasiblara el tutub mektebler, mescidler, heykeller tikdirib onnan danismirsiniz tanimadiniz adam hakkinda danisa bilmersiniz hele Mubariz muellime hec kimin sozu varsa paxilliq kecirse yazdin gelib bizim qabagimizda desin monitor arxasinda hami her sey danisa biler kimliyinnen asili olmayaraq.....

Amon 2020-07-18 20:35:20

1000 neferin haqqini yeyib 5 nefere yardim elemek yaxwi insan olmaq demek deyil

Xalq 2020-07-18 20:31:15

Bu..... klanlarının hakimiyyət, vəzifə, iş davasıdır. Kasıb insanlar bu davaya girməz.

Eldar 2020-07-18 15:34:45

Az-maz salam verən var idi . Indi lap biyabır elədin özünü

Fərq 2020-07-18 15:10:51

t.ədalətə davamı:və vətəndaş qarşıdurmaları,müharibələri buradan doğur,o cümlədən. Bəli,Türkiyənin başbilənləri 21 əsrdə milli münasibətləri orta əsrlər dünyagörüşü əsasında həll etmək istəyir,həmçinin siyasi məqsədləri naminə millətçilik hisslərinə zaman-zaman müraciət edir.Biz niyə onların bu bağışlanmaz səhvlərini təkrarlamalıyıq. Onsuzda bu məsələdə ağrımayan başımızı ağrıtmışıq artıq.Türkiyə dövləti Azərbaycanın təbii və tarixi qardaşı və dostudur. Biz bunu bilirik və buna arxalanırıq.Ancaq təbii-tarixi proseslər bizim fərqli dövlətlər şəklində yaşamağımıza gətirib. Və bizim milli məsələlərin həllində təcrübəmizin özəllikləri var. Gəlin onları yaddan çıxarmayaq. O ki qaldı, Labaya onun hansı xalqın nümayındəsi olmağı əsas deyil ona qiymət verilməsi üçün, hansı işlər görməyidir. Eləcə də hər birimizin...

Altay 2020-07-18 15:07:30

Mübariz sən utanmalısan sədaqətdən danışanda. H.Əliyevin ən yaxın adamı olan Vasif Talıbova xəyanət etdiyin üşün səni həm gömrükdən həm də Naxçıvandan qovdu. Naxələf olduğuna görə də neçə illərdir .......

vuqar 2020-07-18 14:53:02

TEK| MEMURLAR|N C0X DEMREM 50% 0NUN KM XALQNN TESiBiNi CEKEN 0LAYD 0NDA BU XALQN KAS|B 0LMAZD|! MUBAR|Z PENAH0V HEM|SE SADE |NSANLAR|N YAN|NDA 0LUB! 0ZUDE LAZ|MS|Z |NTR|QALAR|N QURBAN| 0LUB! K|S| ADAMD|!

nihad 2020-07-18 14:42:28

laba,sən deyildin gömrükdə mafiya yaradıb ,talançılıq etməyin,indi sədaqətli olmusan... sənə hələ də Naxçıvanlılar nifrət edir

Adil 2020-07-18 14:35:55

Bəs kimlərdir Ramiz Mehdiyevi tənqid edənlər? Niyə insiyə kimi səsləri çıxxamyıb?u

.EJDER 2020-07-18 14:35:14

BU ANALOQU OLMAYAN HAKIMIYYET,,KURDLAR VADISIDI,,QIRIN ,AYE BIR BIRINIZI,VETEN ANLAYIWI SIZINCUN SIFIRDIR

Bağırzadə 2020-07-18 14:23:26

Bir ..... şişirtmək elə sizlərin maraqlarınıza xidmət edə bilər

Söhbəti Ötmüş 2020-07-18 14:20:16

Axı, RMi H.Əliyev 2 dəfə vəzir etmiş, İ.əliyev də 17 ildir onu başda qoyub?

"Laba" , SIRRLERI ACH ! 2020-07-18 14:12:46

“Laba” ləqəbiylə taninan Mübariz PƏNAHOV, verdiyi musahibesinde deyir : – Məcbur edirsiniz ki, bəzi şeyləri deyəm… Ramiz Mehdiyev Naxçıvanda, Şərurda doğulsa da, heç vaxt naxçıvanlı, şərurlu ola bilməyib… Sual olunur, NIYE, Internetde "CHEMODAN RAMIZ " leqebi verilib Ramiz Mehdiyeve ......??????? Ramiz Mehdiyevin anasi, atasi ve babasi hansi miliyyetdendir ???? DOQUM SHEHADETNAMESI Ramiz Mehdiyeve hansi olkede verilb ve adi, soyadi hansi milliyyete aidliyi vardir ??????

Ərəb yeycədən 2020-07-18 13:50:57

Elnur müəllim..... Şərurda labanın adamları hansı oyunları açıb. Bəlkə bunlardan da yazasan

Gündüz 2020-07-18 13:46:37

RAMİZ MEHDİYEV öz başına gedib Elmlər Akademiyasında oturmayıb ki? Onu təyin edənvar. Fəzail kim,Sərdar Məmmədob və sairə kimi atıb sonradan ayılmaq istəyənlərin hərəkəti aya.... kimi qiymətləndirilməlidir.Çünki bu adamların Azərbaycanın siyasi və iqtisadi həyatında birqəpiklik rolu olmayıb,yalnız boş-boş danışmaq bacarıblar.O ki. qaldı Gömrükçüyəyqin yenə qaz vurubqazan doldurmaq,özünü ortaya aytıb gözə girmək düşünür.tm

Shushali 2020-07-18 13:35:09

.... Belesi Ramizdende, Eli Hesenovdan qat-qat qorxuludur. Onun musahibesinde esil .... senin poyesin choxdan kecib gedib hec kimi hedeleme, sen goren babalarin choxdan olub.... butun dunya humanizmiden danishir, bu ise sedaqet andi ic

Ramil 2020-07-18 13:05:13

Əgər söhbət Sədərək Gömrük Keçid-Məntəqəsindən işdən çıxarılmağından gedirsə, onda o iki şəxsdən birinin kim olduğu gün kimi aydındır.

t.ədalət 2020-07-18 13:01:43

"Laba" kürddür.Sədərək gömrüyündə işləyəndə sədərəklilərə qan uddururdu.Kasıb camaata imkan vermirdi ki,Türkiyəyə mal keçirib çörəkpulu qazansınlar.Yanacaqla dolu "Qazellərin" şüşələrini sındırır,əhaliyə böyük ziyan vururdu.Mən cəbhə xəttində olanda "Laba"nın əhaliyə qarşı zalım olduğunun şahidi oldum...

Natiq 2020-07-18 12:28:55

Mubariz senin vezifeye kecmeye manecilik toreden diger 2 sexsinda adini cek. .... axi ona gore cekmirsen

Son yazılar