GENERAL POLAD HƏŞİMOV CÖVHƏR DUDAYEV KİMİ ÖLDÜRÜLÜB? – Sensasiyalı açıqlamalar +VİDEO

Keçmiş korpus komandiri, general-leytenant Yaşar Aydəmirov cəbhənin Tovuz istiqamətində gedən döyüşlər zamanı general-mayor Polad Həşimovun həlak olması barədə danışıb. O, LAF.TV-yə açıqlamasında bildirib ki, bu çox ciddi hadisədir və Ali Baş Komandan bu məsələni elə-belə qoymayacaq.

Y.Aydəmirov generalın həlak olması ətrafında gedən bəzi müzakirələrə toxunub. O, bildirib ki, erməni ordusu general Polad Həşimovun hərəkət trayektoriyasını izləyə bilməzdi: “Ermənilərdə belə dəqiq silahlar yoxdur. Kənardan onlara yardım edilib. General daim qərargahda oturmur. O daima hərkətdə olur”.

Bununla yanaşı Y.Aydəmirov deyib ki, P.Həşimovun harda zərbəyə tuş gəlməsi hələ rəsmi açıqlanmayıb: “Mən bilirəm harda olub. Amma Müdafiə Nazirliyi rəsmi açıqlama verməyib”.

Generalın sözlərinə görə, Tovuzda baş verən təxribat əvvəlcədən hazırlanmışdı. “Bu Ermənistanın işi deyildi. Başqa iri dövlətlərin işidir...”

“Polad Həşimov unikal zabit idi”, - deyən Y.Aydəmirov vurğulayıb ki, Azərbaycanda ordusunda belə generallar çoxdur.

Qeyd edək ki, general-mayor Polad Həşimov iyulun 13-dən 14-ə keçən gecə səhərə yaxın Tovuz rayonu istiqamətində döyüş zamanı qəhrəmancasına şəhid olub.

Azərbaycan İnternet Forumunun prezidenti, “Multimedia” İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz general Yaşar Aydəmirovun fikirlərini şərh edib. “General Aydəmirovun dediyindən belə güman etmək olar ki, mərhum general Polad Həşimovun və onu müşayiət edənlərin hərəkət trayektoriyası peyk ailəsinin üzvü olan qonşu ölkələrin peyklərinin köməyi ilə izlənib”, - mütəxəssis bildirib.

Onun sözlərinə görə, düşünmək olar ki, bu məqsədlə generalın və ya onu müşayiət edənlərin istifadəsində olan xüsusi rabitə vasitələrinə müdaxilə olub: “Yeri gəlmişkən, maraqlıdır, görəsən bizim hərbidəki xüsusi rabitə vasitələrimiz hansı ölkənin istehsalıdır və hərbi üçün rabitə infrastrukturunu kim qurub? Beləliklə, güman etmək olar ki, peyk və rabitə texnologiyalarından istifadə etməklə onların koordinatlarını müəyyən ediblər və bu koordinatlar dərhal, real vaxt müddətində erməni ordusuna yönləndirilib”.

Osman Gündüz qeyd edib ki, peyklə koordinat müəyyən edib, həmin kordinata zərbə endirmək bir an məsələsidir. “Zərbə isə dəqiq olduğundan düşünmək olar ki, general Polad Həşimovun öldürülməsi ilə bağlı bütün hazırlıqlar və müşahidələr öncədən, real vaxtda ermənilərlə qarşılıqlı formada həyata keçirilib.

Xatırlayıram ki, məşhur çeçen generalı, Çeçenistanın ilk prezidenti Cövhər Dudayevi də Rus ordusu, onun mobil telefonla danışdığı 10 dəqiqə müddətində koordinatlarını peyklə müəyyən edərək SU-25-dən həmin koordinata atılan raket zərbəsi ilə öldürmüşdü. General Aydəmirovun dediyindən belə qənaətə gəlmək olur ki , hazırda bu istiqamətdə ciddi araşdırmalar gedir”, - deyə ekspert vurğulayıb.

“AzPolitika.info”


635x100

Şərhlər

t.ədalət 2020-07-19 23:45:41

Diqqət yetirirsinizmi,Rusiya bizim Türkiyədə təhsil almış milli kadrlarımızı məhv edir.Polad Həşimov da Türkiyədə hazırlanmış zabit idi.Raqub Orucov da elə.İstər Aprel döyüşləri olsun,istərsə də indiki Tovuz döyüşləri--hər iki döyüşdə hədəf milli zabitlərimizin məhv edilməsidir.Rusiya bu təxribatı içimizdəki casus xəyanətkarların əli ilə həyata keçirir.Milli zabitlərimiz dayanan səngərlər keçilməz olduğu üçün bu döyüşlər Rusiya tərəfindən təşkil olunur.Güvənli zabitlərimizi itirəndən sonra nə ilə düşmənin qarşısında dayanacağıq?

Fizuli 2020-07-19 14:34:37

Bizimkilər 5-ci kolon axtarışındadır.Bəs hamının bildiyi,.... Putindən orden,medal alan Azərbaycan qtidar nümayəndələri hansı kolondandırlar.Axı bunlar hamıya məlumdur.

Vətəndaş 2020-07-19 14:30:05

Niyə bizim oarına malik olmur ki,təxribatların qarşısını alsın.Həmişə bizim ordu təxribatdan sonra ayılır,əsgərlərimiz şəhid olur.bu ordu rəhbərliyinin səriştəsiz və bacarıqsız.ya da...

Vətəndaş 2020-07-19 14:29:48

Niyə bizim oarına malik olmur ki,təxribatların qarşısını alsın.Həmişə bizim ordu təxribatdan sonra ayılır,əsgərlərimiz şəhid olur.bu ordu rəhbərliyinin...

Murad 2020-07-19 02:04:29

Bunlar torpaq almiyacaqlar.

Xalq 2020-07-18 22:36:23

putinin əmridir.

Vətəndaş 2020-07-18 22:05:16

Burada .şübhələrin .... Axı onun əmioğlusu Ermənistanda qulluqdadır.informasiya ötürülə bilər.]lisi

Xalq 2020-07-18 22:03:06

Ordudan KQB agenyləri tapılıb qovulmalıdırlar.

məmməd 2020-07-18 21:26:25

Görəsən nə qədər vaxt Rusiyanın adını deməyə qorxacağıq?

Rüfet 2020-07-18 20:59:38

Ordumuz da en esas Türkiye de tehsil alan zabitleri yüksek vezifeye getirmekle biz naileyetler elde ede bilerik yaşasın Türkiye-Azerbaycan

Əsgər 2020-07-18 20:19:55

Orduda da XIN-də olduğu kimi.... Onun koordinatları verilməsə mümkün deyil. Burada elə böyük müharibə getmir ki,güclü tədqiqat aparıla. Kordinatla vurulub. Niyə də olmasın xəyanətkar? XİN-də varsa (Prezident də bəyan etdi ki, xəyanətkarlar var) orada 100% olacaq. Müdafiyə nazirliyinə təmiz Azərbaycanlıları buraxmaq lazımdır. Rusiyanın agentlərini çıxarmaq lazımdır oradan.

vuqar 2020-07-18 20:05:07

Hem|n gunler men ermen| saytllar|nda b|z|m general|n zerbe dr0nuyla vuruldugunu tez-tez es|td|m b|z|mk|ler dey|r ne b|l|m 25-30 km mesafeden vurulub amma men |nan|ramk| 0 zerbe dr0nunun |zleme ehates|ne dusub cunk| mas|nla hereket ed|rm|sler! Men bele f|k|rles|rem!

t.ədalət 2020-07-18 19:07:29

Ordumuzun içərisindəki rus casusları qovulmalıdır.Onların xəyanəti,artıq hamıya məlumdur.Cənab Prezident ordu rəhbərliyini və məxfi məsələləri rusiyada təhsil alan zabitlərdən gizli saxlamağı əmr etməlidir.

Son yazılar