SƏFƏRBƏRLİYİ HOQQABAZLIĞA ÇEVİRƏNLƏR – İcra başçılarının səfərbərlik şöbələrində nə işi var?

Tovuz istiqamətində baş verənlərin insanlarımızın içində Qarabağın işğalı, xalqımıza qarşı törədilən qətliamlar səbəbindən illərdən bəri yığılıb qalmış qəzəb, intiqam hislərini alovlandırması təbiidir. Əsasən gənclərdən ibarət vətəndaşlarımızın paytaxtda baş tutan məlum aksiyası və torpaqlarımızın azad edilməsi üçün səfərbər olmaları da bunun davamı hesab edilməlidir.

Qısa müddətdə minlərlə gənc Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli şöbələrinə gedərək, könüllü kimi qeydiyyatdan keçiblər. Lakin təəssüf ki, bəziləri bu işi də illərdən bəri öyrəşdiyimiz növbəti süni, şit bir kampaniyaya çevirməkdədirlər. Xüsusilə də icra başçılarının bu prosesdə “boy göstərməsi” insanlarda qıcıq və məyusluq hissi yaradır.

Artıq Göyçayın və Abşeronun icra başçıları yerli səfərbərlik şöbələrinə gedib, adlarını siyahıya yazdırıb, pozlar verərək, şəkillərini mətbuatda yaydırıblar. Yəqin ki, başçıların başlatdığı və özlərindən başqa heç kimə lazım olmayan bu kampaniyanın davamı gələcək və digər rayonların rəhbərləri də bu prosesə qoşulacaqlar.

Məlumat üçün bildirək ki, Göyçayın icra başçısının yaşı 65-i ötüb. Abşeronun icra başçısı isə qadındır. Yəni dünya dağılsa, bu adamları heç kim savaşa-filana aparan deyil. Bəs belə olan halda, bu nə artistlik, nə əttökənlikdir görəsən? Guya insanlar bilmir ki, istənilən, xüsusilə də “köhnə uklad”dan olan icra başçısı onun canına iynənin ucu qədər, yaxud milyonlarına bircə qəpiklik ziyan dəyə biləcəyindən şübhələnsə, səfərbərlik xidmətinin heç qapısına, həndəvərinə də yaxın getməz? İndi də bilirlər ki, siyahıya yazılmağın onlara zərrə qədər də təhlükəsi yoxdur. Əksinə, növbəti dəfə xalq üçün hansısa vacib, əhəmiyyətli bir işin içinə etmək fürsəti yaranıb ki, bunu da edirlər...

Əslində, bu adamların səngəri başçılıq etdikləri rayonlardakı şəhid, əlil ailələrinin qapısı olmalıdır. Vətənə xidmət etmək istəyirlərsə, o qapılarda xidmət etsinlər. Ancaq hansını tərpətsən görərsən ki, hərəsinin tək bir villasının dəyəri həmin rayondakı bütün şəhid ailələrinin daxmalarının dəyərinin cəmindən qat-qat çoxdur.

Belələrinin vətənpərvərliyi, könüllülüyü də ölkə rəhbərliyinin ünvanına söylədikləri təriflər, mədhiyyələr kimi saxta, yalançıdır. Keçirdikləri tenderlərdən tutmuş verdikləri torpaq, tikinti icazələrinə qədər hər şeyi korrupsiya, rüşvət mənbəyinə çevirənlərin, vətəndaşın salamını da pulsuz almayanların vətən, torpaq, millət sevgisinə, fədakarlığına kim inanar?!

Qısa müddət bundan əvvəl DTX Abşeron Rayon İcra Hakimiyyətində əməliyyat keçirdi. İcra başçısı İradə Gülməmmədovanın özündən başqa qurumun az qala bütün vəzifəli şəxsləri istintaqa cəlb olundu, baş memar da daxil olmaqla, bir neçə nəfər həbs edildi. İndi kimsə inanarmı ki, bütün rayonlarda başçıların 1 nömrəli pulyığanı olan baş memar Abşeronun xanım icra başçısından xəbərsiz bu işlərə qol qoyub? Guya kim bilmir ki, istənilən icra hakimiyyətinə rüşvət kimi daxil olan hər qəpiyin başçıya hesabatı verilir? Bütün bunlardan sonra bu başçının səfərbərlik xidmətinə gedib reklam şəkilləri çəkdirməsinin adı nədir?

Yaxud olsun fəaliyyətindən ən çox narazılıq, şikayət daxil olan başçıların sırasında yer alan Göyçayın icra başçısı. Sıravi vətəndaşdan şəhid ailəsinə, iş adamından fermerə kimi Mehdi Səlimzadədən şikayət etməyən yoxdur. Onunla bağlı mətbuatda yayılan korrupsiya iddialarının da sayı-hesabı yoxdur. Kreslosundan bərk-bərk yapışan bu adam ötən il 65 yaşı ötmüş məmurların işdən çıxarılması ilə bağlı sərəncamlardan sonra necə küyə düşübsə, hətta "Wikipedia"dan və İcra Hakimiyyətinin rəsmi saytından təvəllüdünü də sildirib. Bu “fərasət”in, dərrakənin, dünyagörüşünün sahibi səfərbərlik şöbəsində könüllü yazılsa nəyə, yazılmasa nəyə yarayar?

Bir sözlə, bu və digər buna bənzər icra başçıları dövlətin icra orqanlarını gözdən saldıqları bəs deyil, insanların qəlbən qoşulduqları könüllü səfərbərlik prosesini, vətənpərvərlik, fədakarlıq hislərini də öz yersiz “təşəbbüsləri”lə aşağılamaqla məşğuldurlar.

Bəli, kimsə deyə bilər ki, biri yaşı 65-i keçmiş, digəri isə qadın icra başçılarının özlərini könüllü yazdırması simvolik xarakter daşıyır və məqsədləri gəncləri ruhlandırmaqdır. Amma vallah da, billah da belə “təşəbbüslər” əks effekt verir. Çünki istənilən rayonun nəinki gənci, qocası da və hətta məktəbə gedən uşağı da gözəl bilir ki, başçı nəylə məşğuldur, hansı əməllərin sahibidir. Onu da bilir ki, bir çox məmurlar əgər təslimçilik təbliğatına dair göstəriş verilsə, erməniyə gülə atanları vətən xaini çıxarmağa belə hazır olan mənəviyyata malikdirlər.

Odur ki, saxta vətənpərvərlik görüntüsü üçün növbəyə duran icra başçıları, məmurlar bu işdən nə qədər uzaq dursalar, bir o qədər yaxşıdır. Ondansa gedib bacardıqları işlə məşğul olsunlar, çünki bu, onlara daha çox yaraşır...

Cəlal Məmmədov

“AzPolitika.info”

Şərhlər

Abbas 2020-07-22 17:57:31

Belə hrəkətlərin cavabsız buraxılması anlaşılan deyil.

Fikir 2020-07-20 17:53:00

Bizdə "camaatı" inandırmaq üçün ancaq ölmək lazımdı. Koronavirusa inandırmaq üçün ölmək, vətənpərvər olduğuna inandırmaq üçün ölmək və s. Amma nədənsə "camaat" whatsapp-dakı erməni təbliğatına inanmaq üçün həmin səs yazılarının "sahibləri"nin ölməsini gözləmədən inanırlar. Bir insan bir işi müsbətdirsə denən müsbətdir. Daşın altında nəsə axtarmağın və ucundan tutub ucuzluğa getməyin nə mənası?

Partizan 2020-07-20 15:14:13

Ayə, bəlkə bunlar partizan olmaq istəyir?

Сeber 2020-07-20 14:50:19

Üzr istəyirəm hamidan saysiz hesabsiz hüzn məclisi bizlərdə yas deyirlə aparici olmuşam söz sahibi belə mərasimlər üzrə unikar təcrübəm var özüdə ən kədər_qəhərli taciklər arasinda ölü götürmüşəm :- vətənpərvərlik xalq coşqusunu sünülüklə haram qatanlara əti baliqdan fərqləndirməyən bir çox vətənpərvərin çixişlarina qulaq asmişam tənqid etmirəm yardim edirəm xahiş edirəm Tovuz əməliyyati qurtarana qədər bəlağətli vəsflərə maratoriya elan edəsiniz , yüksək amallar haqda danişmaqla camaati utandirmayasiniz :-Hərədə bir qarişqa yükü götürün yetər . Bütün vətənpərvərlik ruhunun oyanmasi filan əsgərlərimiz üçündür . 70 nəfər tutulubsa onlarin çixarilmasi ətrafinda həmrəylik ola bilər əgər 70 nəfər yada düşmürsə amerika filmi var Siravi Raynin xilasi bir film ABŞ-in dünya müharibəsindəki qələbənin təminati idi elə güclü müdaxilə idi halbuku 26 milyon itki verən SSSr belə obraz yaratmaqdan yan kecdi ağil çatmadi :_ mövzuya bir haşiyyə : Əvvəla çoxsayli pafos çixişlari yaddaş kartimda mövzu kontekstinda 13 ball sistemində 5 balla qiymətləndirirəm , 13 bal verərdim o halda ki , iştirakçilarin 12 -də axirinci İlham Əliyev şəhrini verərdi lakin İlham Əliyevin şəhri bəzən 20 il gecikir bu davraniş Dalay Lamalara aid xüsüsatlardan olduqu üçün Lama sirri kimi müqəddəsdir açmaqa da cürət etmirəm. Misal 3 yaşli lama barmaqini soranda lamalar kollegiyasi toplanti yapar və müəyyən edərdilər ki Lama axirinci dəfə nə yeyib ? deyəndə ki bal yeyib , bali gətirən kəndli mükafatlandirildi filan biz anlayan şeylər deyil . Şiyələrin Müçtəidə dini təlqinni Katolik Kilsəsə Opus Dea fenomenlərindən də qabaq Yaponiyayada Mu , Bodxi_Draxmanin Çin səddini aşamazdan qabaqda qədim Sin Çu və Çjuan _Qua dinastiyalarindan qalma səlnamələrdə sap ucu xatirlamalar vardir . Misal yapon fixaomi təriqətində belə hadisə olmuş idi , yüksək ranqi olmayan bir kəndli yapon teatral xarakey işarəli tərif qadalarini pozub sözlə bğazdan artiq biz başa düşən həddə tutaq ki , Knyazi tərifləmiş və başinin vurulmasi əmr eşitmiş idi . Axi niyə sualina ? cavab almiş idi ki sən mərasimi pozdun bütün tərifləri acgözlükdən çəkdin başiva , yerdə qalan rəyyətə heç nə saxlamadin 40 illik məddah pivəsini qurutdun bu da cəzan . Əlbəttə ki samuray etiketi bizdən tələb etmək ədalətsizlik və anlaqsizliq olardi hər nə isə nə yadima düşdü yersiz olsa bağişlayin . Dinastiyanin başçisi və ailəsi təkçə qədim Misirdə təlğinin mükəmməlik pik həddində deyildi , belə ki Faraonun qəbrinə ən mükəmməl təlğin ustalarini qoymaq kimi adətlər var idi və sonda kahinlər belə nəticəyə gəldilər , ki hami diri Faraonu təlqin etməkdə israrlidir . təlqinin Samoan dilində adi mautinoa * rusca tolkoviy slovar Dalyada poruçitelstva_dir tadjik dilinin semantikasinda :-Ман худамро ба шумо месупорам ** azəricə bir az rusca neuklyuje yöndəmsiz də çixsa da özümün vəsfini sənə tapşiriram . Burda mövzuya aid fərqli yanaşma var belə ki , haminin vəsf etmə ehtimali olan obyekti başqalarini utandirmaqla vəsf etmək bir az yöndəmsiz və zərərlidir . Yəni təlğin olunan zat Aliləri İlahi və yaxud büt cismi ya qeyri cizmi mücərrəd metafizik son vaxtlar elm subut etdi Puankare nöqtələrində sikst * zərrəçiklərinin yoxdan var olan nəzəriyyəsi ilə daha məqsədə yaxidir yəni təlğin etdiyindən yəhudi metafizikasi ilə izahli istək gözləmə , İngilis protestant Dəniz məcəlləsi ilə bizdə də İnzibati icraatda 31 ya 34 -cü maddələr həvalə etmə ilə vəzifə qoyma faktiki məcbur etmə haqda inzibati aktlarin mövcudluqu filan bəsməkan . məcbur etmə təlğini ümümiyyətləazərbaycanlilara xas psixosomatik adət ənənələrində ucuzlaşib qabaqlar olub misal Haci Zeynəlabdini bir məhəllədə təlqin edəndə gözləntiddən Prelmanin zərrəciklərindən də nə isə şam plovuna qatilirdi bir dua da təğinin növlərindədndir

Sual hardan doğur? 2020-07-20 14:14:13

Səfərbərlik haradır? 30 ildir Qarabağa Azadlıq şüarı var, bircə 2016 irəliləyişinə də STOP qoyduları

Сeber 2020-07-20 13:54:53

Azpolitika qarşilaşacaqimiz zəlzələli riyakarliqin qarşisini aldiqiniza görə minnətdaram hər şeyi məhf etdilər bircə qəbir şəhid haqda hisslər qalib onu da çixardardilar bazara

vuqar 2020-07-20 12:59:08

Mende bu yax|nlarda getd|m g|r|sde ele b|r tan|d|g|m adamla uz-uze geld|m ve 0yrend|mk| 0da bu |sden 0tru burdad| --yavasca aradan c|xd|m-- tupurdumee dabana! Cunk| b|l|rs|z qardaslar bez| adamlar sehv basa dusmes|n 0RDU |le art|stl|y| akty0rlugu balet| SEHV salanlar var!

müəllim 2020-07-20 09:32:39

İstedadlı və cəsarətli qələm sahibi Cəlal Məmmədov qələminiz Mirzə Cəlil qələmi kimil kəsərli olsun

turan 2020-07-20 09:01:00

hər ikisini təcili ön cəbhəyə aparmaq lazımdır..

vidadi goyce 2020-07-20 08:21:05

metamorfoza

X 2020-07-20 00:14:11

Yaltaxligin yeni uslubu

Hüseyin 2020-07-19 23:31:04

Bunların övladları.nəvələri və yeznələr haradadır ki,onlarıi göndərmək lazımdır cəbhəyə.Bunlarda arada bazarlıq edib getsələr elə vətənə xidmətdə olarlar.

HASAN 2020-07-19 23:01:49

Qaninda azerbaycanli qani dashiyan her Azerbaycan vetendashi Ali Bash Komandanin sesine ses verib qeydiyyatda olduqlari rayonun Herbi Seferberlik Xidmetinde qeydiyyata dushmelidir. Bu bizim vetene olan borcumuzdur. Qeydiyyata dushdukden sonra shekil cekdirib poza verenleri qinayiram. Bu duz deyil. Eger senin torpagini dushmen ishgal edibse, bir nefer kimi hamimiz dushmene qarshi birleshmekiyik. Bu bizim vetendashliq borcumuzdur.

Nazim 2020-07-19 22:31:07

əla şəhrdir, artistləri, mügənniləri, deputatları da əlavə etmək olardı

Mirzə Qafarlı 2020-07-19 22:01:47

Mənim səlahiyyətim çatsaydı hər iki RİHB-vəzifədən azad edib, işlərini yoxlatdırıb, qadını əsgər yeməkxanasına qabyuyan, o birisini qazanxanaya sobaçı göndərərdim.

Azırbahcan ordusu 2020-07-19 21:46:23

İcra başçısı zəhmət çəksin istehfa ərizəsini yazsın, elə yazılsın orduya. Onda deyərəm əhsən. Yoxsa bu hoqqabazlıqdan başqa bir şey deyil

Mister X 2020-07-19 21:18:18

Bunun sroku kecib.

Yadigar 2020-07-19 20:48:36

Lap şitini şorunu çıxartdılar Vallah.Caamatı ələ salmaq lazım deyil

Akif 2020-07-19 20:48:21

deputatlar yalandan nenelerin elinden opurduler, indi de IH esgerliye yazilirlar.Ayib olsun bele yalanci insanlara, utanib olsunlet

Vasif 2020-07-19 20:27:24

Nə indi bunların ikisini də tutub aparalar hərbi xidmətə...Amma bunu agıllı adam edər....

Asəf 2020-07-19 20:20:06

Belə hərəkətlərə Möhtərəm Prezident təcili qiymət verməlidir.Öz dələduzluqlarını ört-basdır emək təçəbbüsü hamıta aydın olduğundan belə hərəkətlər boş buraxılmamalıdır...

M.Əsgərov 2020-07-19 20:09:32

bunlar orduya yararsızdırlar, yaxşı olardı hərəsi ən azı 1-2 milyon manat şəxsi pullarından silahlı qüvvələrə yardım fonduna pul köçürsünlər qəbzinin şəklini çəkib ictimailəşdirsinlər ....olsun iş....

Kələntər 2020-07-19 19:22:08

Şəkildən göründüyü kimi qadın başçı HSX-də "xadimə" vəzifəsinə iddia edir.Göyçaylı "Mixaylo"muz isə bədəbəddə qarovulçu vəzifəsinə yarayar.

Şəfayət 2020-07-19 19:16:38

Çox sağ ol ay Cəlal elə bil ürəyimdən xəbər verdim

İlham. 2020-07-19 19:14:09

Hələ bu manıs tayfası da guya orduya yazılır.əksəriyyəti komissavat olunmuş adamlardı , indi toy yoxdu gündəmdə qalmaq istəyirlər.

Moshu 2020-07-19 19:10:10

Əhsən “Azpolitika”ya və Cəlal Məmmədova. “Azpolitika” deyəsən hələ gördüyü işlərdən özü də bixəbərdir. O, qara maskalı oğlanlardan az iş görmür. Cəlal Məmmədov yazısında Səfərbərliyə təkcə icra başçılarını deyil, məs. Ramiz Mehdiyevlə, Əli İnsanovu, Yelmar Məmmədyarovu, gözəl nazirimiz Oktay Şirəliyevi də əlavə edərdi və ya bu şəxslərin yaxın qohumlarından kimin qeydiyyatdan keçmələrini aydınlaşdıdardı. Mənim Almaniyada yaşayan dostlarım var, yalvar-yaxar edirlər ki, biz necə edə bilərik ki, Vətənə qayıdaq onu qorumağa gedək. Bəli, belə insanlar minlərlədir, onlar mənə inandıqları üçün mənə müraciət ediblər. Bir də Cəlal Məmmədovdan xahiş edərdim, keçmiş şərhlərimdə də yazmışdım, Ramiz Mehdiyevlə, Əli İnsanovun doğum şəhadətnaməsinin kökünü axtarıb tapardı, onda Azərbaycanda baş verən başıpozuqluğun əsl səbəbi bəlli olacaq, bu da Cəlal Məmmədovun Azərbaycan xalqı qarşısında böyük xidməti olardı

безымянный 2020-07-19 18:59:14

единственный журналист сайта азролитика.инфо объективно анализирующий злободневные темы -Джалал Мамедов ,спасибо вам. Благодар

İlqar Ağasəfoğlu 2020-07-19 18:38:52

Onları qeydiyyata alan nümayəndə mən olsaydım ... Bilirsiizmi nə deyərdim?...

İ.Mustafaoğlu 2020-07-19 18:34:19

Icra Başçılarının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli şöbələrinə gedərək, könüllü kimi qeydiyatdan keçmələri özlərini vətənpərvərlik kimi göstərmək süni xarakter daşıyır. Hər bir məmur həqiqətəndə dövlətini və xalqını qəlbən sevirsə birinci növbədə öz xidmətləri ilə cənab Prezidentimizin etimadını doğrultmalıdır. Rəhbərlik etdikləri rayonda sosial narazılıqların yaranmasına imkan verməsinlər, Şəhid ailələrinə,imkansız ailələrə maddi və mənəvi köməklik göstərsinlər... Köməklik göstərirlərmi....??? Xalqın gözü tərəzidir, ona görədə süni xarakter daşıyan reklamlardan uzaq olmalıyıq.

t.ədalət 2020-07-19 18:27:29

Qoca İH başçıları özlərini yalandan çağırışa qoşmaqla səfərbərliyi hörmətdən saldılar.Göyçayın İH başçısı Mehdi Səlimzadə .... bibisi oğlunun qaynatasıdır.Onun səfərbərliyə getməsi Mir Şahinin koronavirus xəstəsi olması kimi düzməcə bir addımdır.

Mehdi 2020-07-19 18:27:01

Bunlar artistlik etmirler ey meymunliq edirler.

miri 2020-07-19 18:14:58

Artist olmağı bacarmayan məmur ola bilməz.

Vətəndaş 2020-07-19 18:14:41

Vətən kasıblarındır. Onu biz qorumalıyıq. Məmurlar 27 ildir nə özləri nə də uşaqları bunu etməyiblər. Artistliklə məşğuldurlar. Onların işi bu tarpağı milləti talan-qarət etməkdir.

Özgür 2020-07-19 18:06:36

İcra başçılarını bir yerə salın diz.bata.

Xalq 2020-07-19 17:46:46

Düppədüzdür.

Son yazılar


Новости

Обзор новинок в сфере смартфонов - Smartphone Trends 2024

Смартфоны продолжают оставаться одними из самых быстроразвивающихся технологий, предлагая пользователям новейшие решения, которые делают нашу жизнь проще и продуктивнее. В 2024 году производители уделили особое внимание инновациям в дизайне, производительности, камерах и экосистемах. Давайте подробнее рассмотрим, какие тренды и устройства формируют рынок смартфонов сегодня. Дизайн и форм-фактор Раскладные устройства Раскладные смартфоны вышли из категории нишевых продуктов и стали массовым явлением. Производители, такие как Samsung, Huawei, Oppo и Motorola, предлагают устройства, которые сочетают компактные размеры с большими дисплеями. Например, Samsung Galaxy Z Fold 6 и Huawei Mate X5 отличаются улучшенными шарнирами, более прочными экранами и более легкими корпусами. Безрамочные экраны Технологии безрамочных экранов достигли новых высот. Компании, такие как Xiaomi и Vivo, активно разрабатывают смартфоны с экранами, которые полностью обволакивают корпус устройства. Xiaomi Mix Fold Alpha 2, например, стал пионером в использовании "360-градусного" дисплея. Устойчивость к внешним условиям Новые модели смартфонов становятся всё более прочными. iPhone 15 Ultra и Samsung Galaxy S24 Ultra предлагают усиленную защиту от воды и пыли по стандарту IP68+, а также новые материалы, такие как сапфировое стекло и титановый корпус. Производительность Производительность смартфонов продолжает увеличиваться благодаря новым процессорам и увеличению оперативной памяти. В этом году важной вехой стал выпуск процессоров, созданных по технологии 3-нм, таких как Apple A18 Bionic и Qualcomm Snapdragon 8 Gen 3. Эти чипы предлагают не только мощь для сложных задач, но и повышенную энергоэффективность. Искусственный интеллект Искусственный интеллект стал неотъемлемой частью смартфонов. Новейшие модели оснащены сопроцессорами AI, которые позволяют улучшать фотографии, оптимизировать производительность и даже предлагать персонализированные функции. Например, Google Pixel 8 Pro использует алгоритмы AI для устранения шума и автоматического улучшения фотографий. Геймерские смартфоны Любители игр получают еще больше возможностей с такими устройствами, как ASUS ROG Phone 7 и RedMagic 8 Pro. Эти смартфоны оснащены активными системами охлаждения, высокочастотными экранами с частотой обновления 165 Гц и уникальными триггерами для удобного управления в играх. Камеры Камеры смартфонов 2024 года достигли новых высот, предлагая функциональность, сравнимую с профессиональными камерами. Большие сенсоры и оптический зум Смартфоны, такие как Xiaomi 14 Ultra и Sony Xperia 1 VI, оснащены крупными сенсорами, что позволяет захватывать больше света и улучшать качество изображений. Оптический зум на уровне 10x и более стал стандартом для флагманов. Видео 8K Запись видео в формате 8K становится доступной для большинства премиальных моделей. Компании также добавляют функции стабилизации, включая сенсорный сдвиг и электронную стабилизацию. Инновации в программном обеспечении Google и Apple активно работают над улучшением ночной съемки и портретного режима. Например, iPhone 15 Pro Max автоматически определяет освещение и может менять диафрагму, чтобы улучшить кадры в условиях низкой освещенности. Экосистема и программное обеспечение Смартфоны становятся частью всё более обширных экосистем. Например, Apple продвигает интеграцию с другими устройствами через iCloud+, а Samsung делает акцент на синхронизации с бытовой техникой через SmartThings. Поддержка долгосрочных обновлений Производители, такие как Samsung, Google и OnePlus, предлагают до 5 лет программной поддержки, включая обновления безопасности и новые версии операционных систем. Это делает покупку флагманов более долгосрочной инвестицией. Развитие операционных систем В 2024 году Android 14 и iOS 17 принесли множество улучшений. Android 14 делает акцент на безопасности и кастомизации, тогда как iOS 17 предлагает новые функции для взаимодействия между устройствами и улучшения в сфере конфиденциальности. Батареи и зарядка Увеличенная емкость Смартфоны, такие как Realme GT Neo 6, предлагают батареи емкостью до 6000 мАч, обеспечивающие более длительное время автономной работы. Быстрая зарядка Быстрая зарядка выходит на новый уровень. Xiaomi 14 Pro поддерживает зарядку мощностью 200 Вт, позволяя зарядить устройство до 100% за менее чем 10 минут. Беспроводная зарядка Беспроводная зарядка стала быстрее и универсальнее. Компании активно внедряют стандарты Qi2, улучшая совместимость между различными устройствами. Тренды и будущее 5G и спутниковая связь 5G стал стандартом для большинства смартфонов, но в 2024 году внимание сместилось на спутниковую связь. Apple, Huawei и Samsung предлагают базовые функции связи через спутники, такие как отправка сообщений в экстренных ситуациях. Устойчивое развитие Компании делают акцент на экологичности. Смартфоны теперь содержат больше переработанных материалов, а упаковка становится минималистичной и экологически чистой. Концептуальные устройства Концептуальные устройства продолжают вдохновлять. Например, Oppo X Nendo демонстрирует инновационный подход к складным конструкциям, а Nothing Phone 3 удивляет прозрачным дизайном и уникальными световыми эффектами. Заключение 2024 год стал годом значительных инноваций в сфере смартфонов. От улучшенных камер и мощных процессоров до новых форм-факторов и экосистем — выбор устройств огромен, и каждый пользователь найдет то, что соответствует его потребностям. Следите за новыми анонсами, ведь мир технологий не стоит на месте!

Обзор новинок в сфере ноутбуков - Laptop Trends 2024

Рынок ноутбуков в последние годы демонстрирует стремительное развитие, предлагая пользователям устройства, способные удовлетворить самые разные потребности — от работы и учебы до профессионального творчества и гейминга. В 2024 году производители сосредоточились на улучшении производительности, портативности, энергоэффективности и внедрении инновационных технологий. В этой статье мы подробно рассмотрим ключевые новинки и тренды в сфере ноутбуков. Дизайн и конструкция Тонкость и легкость Компании продолжают стремиться к созданию более компактных и легких ноутбуков. Новые модели, такие как Dell XPS 13 Plus 2024 и LG Gram SuperSlim, устанавливают новые стандарты в портативности, сохраняя при этом высокую производительность. Использование материалов, таких как магниевый сплав и углеродное волокно, делает устройства прочными и невероятно легкими. Экранные инновации Технологии дисплеев играют важную роль в новых моделях ноутбуков: OLED-дисплеи становятся все более популярными благодаря превосходному качеству изображения, глубокому черному цвету и высокой энергоэффективности. Например, ASUS ZenBook Pro 16X оснащен 4K OLED-панелью с высоким уровнем яркости. Мини-LED технологии, используемые в устройствах, таких как Apple MacBook Pro M3, предлагают превосходную цветопередачу и контрастность. Сенсорные экраны становятся стандартом для многих моделей 2-в-1, включая HP Spectre x360. Расширение экранов Устройства с дополнительными экранами набирают популярность. Например, ASUS ROG Zephyrus Duo 16 предлагает дополнительный дисплей для удобного многозадачности, что особенно ценно для креаторов и геймеров. Производительность Новые процессоры В 2024 году лидеры индустрии, такие как Intel, AMD и Apple, представили мощные процессоры: Intel Core 14-го поколения предлагает значительное улучшение однопоточной и многопоточной производительности благодаря усовершенствованной архитектуре. AMD Ryzen 8000 отличается увеличенной энергоэффективностью и интеграцией графики RDNA 3. Apple M3 устанавливает новые стандарты для ARM-архитектуры, обеспечивая превосходную производительность и долгую автономную работу. Графика нового поколения Графические процессоры NVIDIA RTX 40-й серии стали ключевым элементом для игровых и профессиональных ноутбуков. Такие устройства, как Razer Blade 18 и Alienware x16, поддерживают трассировку лучей в реальном времени и технологии DLSS 3, обеспечивая невероятное качество графики. Оперативная память и хранилище В новых моделях ноутбуков используется оперативная память стандарта DDR5, которая обеспечивает более высокую скорость и энергоэффективность. Для хранения данных всё чаще применяются SSD NVMe 4.0, предлагающие молниеносную скорость загрузки и передачи данных. Энергоэффективность и автономность Энергоэффективность стала одним из главных приоритетов для производителей ноутбуков. Новые чипы от Apple и AMD демонстрируют выдающуюся автономность — до 20 часов работы без подзарядки. Например, MacBook Air M3 и Lenovo ThinkPad X1 Carbon Gen 12 предназначены для долгосрочного использования в мобильных условиях. Быстрая зарядка Современные ноутбуки поддерживают технологии быстрой зарядки. Например, устройства с зарядкой 100 Вт через USB-C могут восстановить до 50% заряда за 30 минут. Искусственный интеллект и машинное обучение Встроенные ИИ-ускорители Некоторые новые процессоры оснащены интегрированными ИИ-ускорителями, которые оптимизируют задачи машинного обучения, улучшают видеоконференции и повышают энергоэффективность. Например, Microsoft Surface Laptop Studio 2 использует ИИ для улучшения работы камеры и микрофонов. Программное обеспечение Производители интегрируют ИИ в программные платформы. Например, Windows 11 добавляет функции интеллектуального управления батареей, а macOS Sonoma делает взаимодействие с экосистемой Apple более интуитивным. Игровые ноутбуки Игровые ноутбуки продолжают совершенствоваться, предлагая пользователям ещё больше мощности и функциональности. В 2024 году особое внимание уделяется: Экранам с частотой обновления до 360 Гц (например, MSI Titan GT77 HX). Поддержке Ray Tracing и технологий повышения FPS, таких как NVIDIA DLSS 3. Охлаждающим системам, включающим жидкометаллические термоинтерфейсы и паровые камеры. Тренды и инновации Экологичность Многие производители делают акцент на экологически чистых материалах и переработке. Например, Acer Aspire Vero 2024 изготовлен из переработанного пластика и имеет упаковку, пригодную для повторного использования. Ноутбуки с 5G Подключение к сетям 5G становится стандартом для премиальных моделей, таких как HP Elite Dragonfly G4, что обеспечивает высокую скорость передачи данных в любом месте. Концептуальные устройства Производители экспериментируют с новыми форм-факторами. Например, Lenovo Yoga Book 9i предлагает два полноценных сенсорных экрана, которые можно использовать в различных конфигурациях. Заключение 2024 год принес множество интересных новинок в сфере ноутбуков. Производители продолжают удивлять инновациями, создавая устройства, которые становятся не только инструментами для работы, но и настоящими помощниками в повседневной жизни. Независимо от ваших потребностей — будь то творчество, гейминг или бизнес — вы наверняка найдете ноутбук, который удовлетворит все ваши требования.

Тренды крипторынка 2024 - Crypto Market Trends

Криптовалютный рынок — одна из самых динамично развивающихся областей финансовых технологий. Несмотря на высокую волатильность и неоднозначное отношение регуляторов, интерес к криптовалютам продолжает расти. В этой статье мы рассмотрим ключевые тренды, которые определяют развитие крипторынка в 2024 году. Усиление регулирования Регуляторная прозрачность В 2024 году многие страны усиливают свои усилия по регулированию крипторынка. Основной акцент делается на: Борьбу с отмыванием денег (AML) и финансированием терроризма (KYC-процедуры). Защиту интересов розничных инвесторов через создание стандартов для криптобирж. Разработку национальных стратегий регулирования. Примером может служить Европейский Союз с инициативой MiCA („Markets in Crypto-Assets“), которая устанавливает единые правила для участников криптовалютного рынка. CBDC (Цифровые валюты центральных банков) Страны продолжают активно разрабатывать и внедрять цифровые версии национальных валют. Такие проекты, как e-CNY в Китае и пилотный Digital Euro, направлены на повышение эффективности платежных систем и сокращение доли наличных расчетов. Расширение применения блокчейн-технологий Токенизация активов Тренд токенизации активов продолжает набирать обороты. Блокчейн позволяет: Создавать токены, представляющие реальные активы, такие как недвижимость, произведения искусства и ценные бумаги. Упрощать доступ к инвестициям благодаря дробным долям. DeFi 2.0 Финансовые сервисы на основе блокчейна (DeFi) переходят на новый уровень. В 2024 году проекты сосредотачиваются на: Устойчивости бизнес-моделей. Повышении безопасности. Разработке гибридных решений, сочетающих централизованные и децентрализованные элементы. Пример: платформы, предоставляющие стейкинг с улучшенной ликвидностью и страхованием. NFT 2.0 Рынок невзаимозаменяемых токенов (NFT) меняется. Если в прошлом он был сосредоточен на цифровом искусстве, то теперь NFT используются в: Игровой индустрии для создания внутриигровых активов. Метавселенных для представления виртуальной недвижимости. Управлении интеллектуальной собственностью. Метавселенные и Web3 Интеграция криптовалют в метавселенные Метавселенные, такие как The Sandbox и Decentraland, активно используют криптовалюты для внутриигровой экономики. Пользователи могут зарабатывать токены, участвуя в мероприятиях или создавая контент. Развитие Web3 Технологии Web3 предлагают новый взгляд на интернет: Полная децентрализация данных. Управление через DAO (децентрализованные автономные организации). Прозрачность и безопасность операций. Углеродная нейтральность Критика криптовалют за высокий углеродный след стимулирует разработчиков переходить на экологичные алгоритмы. Примером служит переход Ethereum на алгоритм Proof-of-Stake, который сократил энергопотребление сети на 99%. Другие проекты, такие как Chia и Algorand, делают ставку на энергосберегающие механизмы консенсуса. Институциональное принятие Участие традиционных финансов Банки и инвестиционные компании увеличивают свои вложения в криптоактивы. В 2024 году такие гиганты, как BlackRock и Goldman Sachs, предлагают клиентам доступ к криптовалютным ETF и другим инструментам. Криптовалюты в розничной торговле Все больше компаний интегрируют криптовалютные платежи. Например: PayPal предлагает оплату в криптовалюте. Сеть магазинов Starbucks принимает биткоины через Lightning Network. Автоматизация торговли Алготрейдинг Трейдеры используют алгоритмы и ИИ для анализа рынка и выполнения сделок. Это позволяет: Реагировать на изменения быстрее человека. Снижать риски за счет диверсификации стратегий. Платформы социального трейдинга Популярность таких платформ, как eToro, продолжает расти. Инвесторы могут копировать стратегии успешных трейдеров, что упрощает вход для новичков. Основные вызовы Безопасность Кибератаки остаются одной из главных угроз. В 2024 году проекты уделяют больше внимания: Защите смарт-контрактов. Обучению пользователей принципам кибербезопасности. Волатильность Криптовалюты остаются высоковолатильным активом. Это создает сложности для их использования как платежного средства и долгосрочного хранения стоимости. Регуляторная неопределенность Несмотря на прогресс, подходы к регулированию остаются различными в разных странах, что создает барьеры для глобальной интеграции. Заключение Криптовалютный рынок продолжает эволюционировать, предлагая новые возможности для инвесторов, разработчиков и пользователей. Тренды 2024 года демонстрируют, что индустрия стремится к устойчивости, безопасности и интеграции с традиционными финансовыми системами. Тем не менее, она сталкивается с вызовами, требующими внимания и адаптации. Крипторынок остается одной из самых инновационных и перспективных областей в мире финансовых технологий.