“GÜRCÜSTAN BU SINAQDAN ÜZÜ AĞ ÇIXMADI” – Azərbaycan iki ölkə ilə münasibətlərə yenidən baxmalıdır

Dünən axşamdan başlayaraq xəbər yayılır ki, Serbiya bugünlərdə işğalçı Ermənistana Gürcüstan üzərindən minaatanlar satıb. Bu xəbər hazırda əksər saytlarda yayılıb. Məlumat rəsmi təsdiqini tapmayıb.

Ancaq onu da nəzərə almalıyıq ki, işğalçı dövlətin dezinformasiya maşını Azərbaycanın müxtəlif dövlətlərlə münasibətlərini gərginləşdirmək üçün var gücüylə çalışır. Buna görə də Azərbaycanın müvafiq dövlət strukturlarının elə bu gün Serbiya və Gürcüstan məsələsinə aydınlıq gətirməsi zəruridir.

Politoloq Elxan Şahinoğlu hesab edir ki, xəbər təsdiqini taparsa, Azərbaycanın Serbiya və Gürcüstanla münasibətlərə yenidən baxmaq zərurəti yaranacaq: “Əlbəttə, Serbiyadan açıqlama verə bilərlər ki, necə ki, Azərbaycan istədiyi ölkədən silah və hərbi texnika ala bilir, Belqradın da Ermənistana minaatanlar satmaq hüququ var. Bəli, belə bir hüququ var, ancaq onda da bizim Serbiya ilə əməkdaşlığa yenidən baxmaq hüququmuz var. Belqrad düşmənimizə silah satacaqsa, biz niyə bu ölkəyə yatırım qoymalı və ortaq layihələr reallaşdırmalıyıq?

Doğrudur, Belqrad bizə onu da deyə bilər ki, bəs Rusiya da Ermənistana silah və hərbi texnika verir, nədən Bakı Moskva ilə münasibətlərə göz gəzdirmir? Rusiya əzəldən Ermənistanın siyasi və hərbi müttəfiqidir, bunu bilirik. Elə buna görə də Azərbaycan cəmiyyətində Kremlin regional siyasətinə inam yoxdur. Serbiya ikinci Rusiya olmaq istəyirsə, uduzan Belqrad olacaq”.

Gürcüstana gəldikdə, politoloq bildirir ki, bu ölkə son sınaqdan üzü ağ çıxmadı: “Gürcüstan hakimiyyətinin Ermənistanla Azərbaycan arasındakı son insidentə göstərdiyi “balanslı” mövqeyi heç zaman unutmayacağıq. Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili hər zaman Azərbaycanla strateji əməkdaşlığa önəm verirdi, etiraf edirdi ki, Rusiya ilə 2008-ci ildəki müharibədən sonra Azərbaycanın Gürcüstana iqtisadi dəstəyi olmasaydı, ölkəsi çökərdi. Əgər Gürcüstanın hazırki hakimiyyəti üçün Azərbaycanla Ermənistanın fərqi yoxdursa, demək biz onlara bu fərqi hiss etdirməli olacağıq”.

E.Şahinoğlu deyir ki, Gürcüstan üzərindən boru xətləri və dəmir yolları çəkilib, geriyə yol yoxdur, ancaq korrektə olunası başqa sahələr var. “Bütün hallarda əvvəldə qeyd etdiyim kimi, yayılan xəbərin dəqiqləşdirilməsinə ehtiyac var, bunu isə ancaq Azərbaycanın müvafiq strukturları elə bilər”, - politoloq vurğulayıb.

“AzPolitika.info”

635x100

Şərhlər

vuqar 2020-07-21 15:29:42

Gurculer|n gunah|n| tam tesd|q eden hec b|r sened subut y0xdu havadan k|m|se gunahland|rmaq duzgun dey|l bu melumat| yayanlar b|r f|k|rless|nlerk| eger bunu 0nlar edecekd|lerse ele ber| basdan butun s|lah-sursat| buraxard|larda 0 qanunu Gurculer 0zler| qebul ed|blerk| ermen|ye burdan s|lah getmeyecek cunk| Gurculr|n 0zler| b|z|m prblem-de ag|r prbl-le uz-uzed|ler! B|r 0zunuz f|k|rles|n d|ger terefden Gurculer bax|n ne dey|rler!

Ağayev Ağahüseyn 2020-07-20 16:40:45

Bunu əvvəldən DÜŞÜNMƏK lazım iiydi gürrcülər BİZİM lahiyələrdənə qazandıqı vəsaitlərrin hesabına yaşayır.NANKORLAR.

Roman 2020-07-20 16:04:11

Silah Ruslarindir,Serbiyada işe yaramir teze teze ocaglar alovlandirir axi Rusiya.Ona görede birbaşa Serbiyadan Ermenilere gönderir!

Şaiq 2020-07-20 15:43:54

Elxan müəllim, bu ermənilərin yaydığı feykdir. Gürcüstan rəsmiləri bu xəbərin yalan olduğunu rəsmən təsdiqlədilər.

müəllim 2020-07-20 14:43:31

Xristian həmrəyliyi Allah cəzalarını verəcək

Azer 2020-07-20 14:04:47

Harda ... qonsular var Azerbaycana nesib olub (

Konul 2020-07-20 13:27:09

Gurculer Qafqazda tarixen ..... Cox teessuf ki,olkenin enerji layiheleri Gurcustanin icinden kecir.Biz gurculere milliardlarla gelir qazandiririq.Haramlari olsun...

MRP 2020-07-20 13:21:44

Gürcüstandan Serbiyadan nə gözləməliydik ki.

Son yazılar