"ERMƏNİSTANIN MƏQSƏDİ YENİ ƏRAZİLƏR ƏLƏ KEÇİRMƏKDİ..." - “Çətin vəziyyətə düşüb, Kardaşyana müraciət etməli oldu”

12 iyul Ermənistan tərəfindən Tovuz istiqamətində törədilən təxribat terror aktı kimi qiymətləndirilməlidir.

Bunu Prezidentin köməkçisi, Prezident Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın Tovuz istiqamətində törətdiyi təxribatlarla bağlı bu gün keçirilən mətbuat konfransında deyib.

H.Hacıyev bildirib ki, bu təxribat təsadüfi deyildi və əvvəldən planlaşdırılmışdı. PA rəsmisi qeyd edib ki, Ermənistanın bu təxribatı törətməkdə məqsədi diqqəti Dağlıq Qarabağ münaqişəsindən yayındırmaq, sərhəddə gərginlik yaratmaq və regionu təhlükədə qoymaq, 3-cü tərəfləri münaqişəyə cəlb etmək, Azərbaycanın beynəlxalq uğurlarına, Şərq-Qərb nəqliyyat dəhlizinə xələl gətirmək, regionu yeni ekoloji fəlakətlərlə üz-üzə qoymaq, yeni ərazilər işğal etmək və sərhəddə müəyyən üstünlüklər qazanmaq, Ermənistanda ölkədaxili problemlərdən diqqəti yayındırmaq, Aprel və Günnüt əməliyyatında Ermənistana vurulmuş zərbənin qisasını almaq idi. Ancaq Ermənistanın hərbi-siyasi avantürası iflasa uğradı.

Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycan Ordusu Ermənistana layiqli zərbələr endirdi və Azərbaycanın sərhəd toxunulmazlığı və mülki əhalisinin təhlükəsizliyi təmin edildi.

“Ermənistanın beynəlxalq ictimaiyyəti aldatmaq cəhdləri də fiasko ilə nəticələndi. Çətin vəziyyətə düşən Ermənistan və erməni lobbisi Kim Kardaşyanın yardımına müraciət etdilər”, -deyə o əlavə edib.

H.Hacıyev vurğulayıb ki, Ermənistan silahlı qüvvələri qəsdən, məqsədyönlü şəkildə mülki əhalini də hədəfə aldı: “Təəssüflər olsun ki, Tovuz hadisələrində bir nəfər mülki sakin həlak oldu”.

635x100

Şərhlər

hərbi pensiyaçı 2020-07-25 22:29:22

Hücüm gecikir! Azərbaycan Ordusu elə bu dəqiqə hucuma keçməli, əsas zərbə ilə Naxçıvana dəhliz açmaq(orada dislokasiya olununan Əlahiddə ordu ilə birləşmək üçün) və köməkçi zərbə ilə Laçın dəhlizini bağlamaq. bununla Qarabağda yerləşən erməni qüvvələri mühasirəyə( blokadaya) düşəcəklər. Eyni zamanda Tovuz istiqamətini də unutmaq olmaz!. Buradan bizim strateji neft, qaz və dəmiryol nəqliyyatı keçir. Düzdür digər tərəfdən gürcüstanla sərhəıd olsaq da (Tovuz istiqaməti üzrə) bu istiqamətdən Gürcüstan üzərindən Rusiyanın zərbəsi istisna edilmir. Ehtimal edirəm ki, Gürcüstan özü buna susmaqla şərair yaradır. (12 iyulda başlayan hücüm bunu birbaşa olmasada dolayısı ilə sübut edir). Mənim fikrimcə səfərbəırlik elan edilməli və tərtib olunan hissələrin bir neçəsi Gürcüstanla sərhədə yerləşdirilməlidir

vuqar 2020-07-21 15:21:11

Bel| ermen| eraz| ele kec|rmekde qerarl| |d| amma al|nmad| DUSUNUREMK| esas |stey|ne na|l 0ldu .Rus ermen|n|n d|l|le ac|q ve sel|s ded|k| --|sted|y|m|z vaxt bu meseleye b|rde qay|da b|ler|k! Turk|yede bunu g0yde basa dusdu amma b|z\m ..duxumuz.. catmad|k| rusa tam c|dd|yet|le basa salaqk| gelecekde b|rde bele sey 0larsa 0nlar bu |se qar|smas|nlar!

Son yazılar