KORONAVİRUSDAN ÖLƏNLƏRİN SAYINDA ANTİ-REKORD - Bugünkü statistika

Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 449 nəfər sağalıb, 352 yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 13 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 28 min 242 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 19 min 939 nəfər müalicə olunaraq sağalıb, 376 nəfər vəfat edib. Aktiv xəstə sayı 7927 nəfərdir.

Ötən müddət ərzində 641 min 732 test aparılıb. Bugünkü test sayı isə 7034-dür.

635x100

Şərhlər

Adil 2020-07-21 21:32:49

Ne qeder pul edireeee(((

Son yazılar