DAR GÜNÜMÜZÜN DAYAĞI OLMALI ŞEYXİMİZ... - Yaxud Paşazadə cənabları haralardadır?

Ermənilərin dini lideri bir saat dinc durmadığı halda bizim Şeyxülislamın öz funksiyasını yerinə yetirməsinə nə mane olur?

Tovuz istiqamətində baş verən məlum erməni təcavüzünün elə ilk günlərindən ermənilərin dini lideri Katolikos ll Qaregin Ermənistan KİV-lərinin gündəmindən düşmür. Adam sərhəddə gərginlik başlayan gündən bəri dinc durmur. Gah əsgərlərə, gah həlak olan erməni zabitlərinin ailələrinə, gah yaralı hərbçilərə baş çəkir, onları ruhlandırır, “qəhrəmanlıqlarını” vəsf edir və sair...

Ölən erməni mayorunun dəfnində isə ən yuxarı başda duran və ailəsinə təskinlik verən də məhz o idi. Onun rəhbərlik etdiyi erməni kilsəsi xüsusi mərasim təşkil edərək, ölənlərin ruhu, yaralıların həyatı üçün dualar oxuyur və vətənpərvərlik təbliğatı aparır.

Həmin bu Qaregin bizim hörmətli şeyximiz Allahşükür Paşazadə ilə təxminən eyni yaşdadır. Canı, cüssəsi də möhtərəm şeyximizdən heç də daha ətli-qanlı görünmür. Yəni fiziki imkanları baxımından şeyximizdən əskikdir ki, artıq deyil.

Bəs görəsən, təkcə qarşı-qarşıya duran orduların deyil, ictimai, siyasi xadimlərin, ziyalıların, mətbuatın, diasporaların, elm, incəsənət, din adamlarının və s. sınağa çəkildiyi bir vaxtda Bütün Qafqazın şeyxi, Qafqaz Müsəlmanları İdarəsinin sədri, Bakı Dövlət Universitetinin professoru, tarix elmləri doktoru və sair və sair adların, titulların sahibi olan Allahşükür Paşazadə cənabları haralardadır?

Ola bilməz ki, düz 40 ildir Qafqaz Müsəlmanları İdarəsinə sədrlik edən, 20 yanvar faciəsindən Xocalı qətliamına qədər bir çox müsibətlərimizin canlı şahidi olan A.Paşazadə indiki durumun bir din xadimi kimi onun çiyinlərinə qoyduğu məsuliyyəti hiss etməsin. 

Bəs belə olan halda, onun ən azı Qaregin qədər fəallıq göstərməsinə, insanlarımızı ruhlandırmasına, dəstəkləməsinə, şəhid ailələrinə, yaralılara təskinlik verməsinə, qısası, uzun illərdir yiyələndiyi dini lider funksiyasını yerinə yetirməsinə nə mane olur?

A.Paşazadənin son hadisələrin fonunda yeganə səfəri Masallıya, onun rəhbərlik etdiyi idarənin bölgə qazısının dəfnilə bağlı olub. Orada da icra hakimiyyəti başçısıyla birgə şəhid mayor Anar Novruzovun məzarını ziyarət edib, vəssalam!

Hansı ki, Azərbaycan bu döyüşlərdə General Polad Həşimov başda olmaqla, 12 hərbçisini və iki mülki şəxsini şəhid verib. Bəs onların hansının dəfnində iştirak edib Paşazadə? Heç birinin! Hətta Fəxri Xiyabanda dəfn olunan şəhid generalımızın da nə dəfninə qatılıb, ailəsini, məzarını ziyarət etməyib. Niyə? Yoxsa bu adam vətənpərvər, fədakar, qəhrəman kasıb-kusubun yox, yalnız oliqarxiyanın, elitanın şeyxidir?...

20 yanvar qırğınında şəhidlərimizi dəfn edən insan selinin önündə gedən A.Paşazadəni xalqımızın vətənpərvərlik və fədakarlıq ruhunun ölmədiyini nümayiş etdirən 15 iyul yürüşündə görən oldumu? Bu xalq, bu torpaq şeyxə nələr verməyib?

Varidatı, mal-mülkü barədə rəvayətlər gəzir. Şeyxin evi (buna nəinki ev, saray da demək onun ölçülərini, möhtəşəmliyini kiçiltmək olardı) Bakıda adladır. Taksi sürücülərinə ünvan deyəndə, şeyxülislamın evini orientir kimi göstərmək olur. 

Hələ xaricdəki mülkləri, biznesləri və s. demirik. Bu naz-neməti, mülkü, cah-cəlalı hansı yolla qazanmasından asılı olmayaraq, məhz Azərbaycan torpağının, xalqının hesabına əldə edən şeyx hər halda zəhmət çəkib heç olmasa belə ağır və məsuliyyətli günlərdə Tovuzda həlak olan hər bir şəhidin qapısına getməyə, ailə üzvlərinə baş çəkməyə, yaralı əsgərlərimizi, zabitlərimizi yoluxmağa bocluydu!

Ancaq bunun əvəzində KİV-lərdə, sosial şəbəkələrdə şeyxin adı hər zaman ya xaricdəki biznesi və mülkləri, ya hansısa məhsulun monopoliyası, ya da törətdiyi özbaşınalıqlarla ad çıxaran qudasının əməllərilə bağlı çəkilib.

Nəhayət, nə qədər üzücü olsa da, deməmək olmur ki, İranda baş verənlərlə bağlı Trampa məktub yazan, canfəşanlıq edən şeyximiz Azərbaycanda, Tovuzda törədilən təcavüz cəhdinə görə nədənsə heç qələmini tərpətmək belə istəmir. Görəsən niyə?

Bəlkə ona görə ki, artıq çoxdan bəri bu xalqa nə verəsi, nə də ondan alası heç nəyi yoxdur?

Görünür, biz nə qədər umub küssək də, Bütün Qafqazın şeyxi adlandırılan A.Paşazadə özünü nəinki Qafqazın, tək Azərbaycanın dini lideri kimi aparmağa da ərinir. Əgər ərinməsəydi, bu dönəmdə tamamilə başqa davranış sərgiləyərdi...

Cəlal Məmmədov

AzPolitika.info 

635x100

Şərhlər

Şaiqə cavab 2020-08-04 15:25:30

Möhtərəm şeyximizi tənqid edənlərə cavab olaraq şeyximizin bu millət üçün etdiyi fədakarlıqların bir neşəsini qeyd etmək istəyirəm. Birincisi, şeyximizin hesabına, maşALLAH gör nə qədər sertufikatlı arvad mollalarımız əmələ gəlib və hətta kitab yazıblar, ikincisi hacılarımızın sayı durmadan artmaqdadır və belə getsə yaxın müddətdə ölkəmizdə hacı olmayan bir nəfər də olsun haram yeyən qalmayacaq, üçüncüsü, şeyximiz az qala bütün müsəlman dünyasına qarşı duraraq, son 20 ildə Ramazan ayını 28 və 29 günə yendirib, bir gün də qənimətdir, dördüncüsü, şeyximizin hesabına ölkəmizdə xarici biznes geniş vüsət alıb. ALLAH şeyximizə 100 il ömür versin.

Ateist 2020-08-04 15:06:23

Əgər şəkildə göstərilən həqiqətən də şeyxin sarayıdırsa, onda vay bəzi imansız dindarların halına. Bu dünyanı deyə bilmərəm, o dünyada hamınız şeyxlə bir yerdə olarsınız İNŞALLAH!

Eli 2020-07-24 21:22:03

Yazıda fotosu olan imaret heqiqeten Şeyxin evidirse vallah fexr etmeliyik ki çoc gözel zövqu var Şeyximizin.Maşallah zirek adamdır.Diger memurlardan heç de geri aalmayıb.Düz de edir evvel dunya işlerini hell edir Axirete de Allah Kerimdir yeqin hele vaxtı var savab işler görmeye.Allah işine absnd versin

turan 2020-07-24 09:47:43

İranla bağlı Trampa məktub yazdı amma Trampdan cavab almadı cavab Bakıdan gəldi yəqin küsüb..

Amin 2020-07-24 09:15:45

Görəsən bu şərhləri oxuyur? O dindarlıqla yox siyasətlə məşğul olur Lap düzünü axtarsaq....siyasətlə məşğul olur

Təkamülə 2020-07-24 08:45:22

Elə onun nə dərəcədə islami, ya Qafqazçı yarıermirus işçi olduğu bilinmir?

Ali 2020-07-24 00:08:39

3. Bir də bu şəxsi Azərbaycanın qanlı uürək yarası-Qarabağ yox, İranın taleyi daha çox narahat edirsə və mövzuda Trampa məktub yazırsa, onu birdəfələik Qum şəhərinə deportasiya etmək lazımdır ki, oradakı məsləkdaşlarına Azərbaycanın Qarabağına görə ermənipərəst mövqe tutmağın müsəlmanlıqla bir araya gəlmədiyini izah etsin!

Ali 2020-07-24 00:05:50

2. Olsun. Bəs 29 ildir Azərvaycan müstəqil demokratik respublikadır. İndi bəs bu müsəlmanların niyə susub ki. desinlər ki, indi SSRİ STK sı AzKP Mk şoxdan cəhənnəmə vasil olubsa, onun adamı, nəfsi Həzrəti Abbasın qılıncından iti, ən müxtəlif məcaraların məzmunu çoxcilidli kitablara sığmayan dərəcədə genuiş şəxs niyə bu postda ilişib qalıb? Müsəlman olmaqla bu adamı öz mürşidi kimi qəbul etmək heç cürə bir araya sığmımr! Mümkünsə. Müsəlmanlar bu suala cavab versinlər!

Ali 2020-07-24 00:03:18

1. Sizə and verirəm bir Allaha. Ay sayı 9,7 milyona yaxın Azərvaycan Respublikasının müsəlmanları! Bu A. P. –ya hansınız biz müsəlmanların adından danışmaq səalhiyyət verib ki, az qala 50 il bu postda ilişib qalıb? Sovet dövrünü anlayırıq. AzKP MK-ya SSRİ DTK-sına dindarları partiyanın siyasəti çərçivəsində saxlamağa, məxfi tapşırıqları yerinə yetirməyə xidmət edən xüsusi adam lazım idi. Bayıl həsxanasının, Qaradağın daş karxanalarının, Sibirin lagerlərinin. qapalı psixonevroloji dispanserlərin qorxusundan müsəlmanlar bu islama zidd hoqqaya görə səsini çıxarmır, qorxub susurdu.

Mehman 2020-07-23 23:34:18

Allahdan qorxmaq yetərlidir. Axirətə inanmayanda belə olur.

X 2020-07-23 22:06:29

Celikle gezen seyx Tampa mektubu necə yazib?

Ziyalı 2020-07-23 19:39:25

Keçən dəfə Paşazadəni bir tədbirdə gördüm, çəliklə zorla yeriyirdi. Sağlamlığı deyəsən qaydasında deyil.

Akif 2020-07-23 18:28:41

Vicdanı olan hər bir şəxs bu qədər tənqidlərdən nəticə çıxarar.Amma, nə Allahşükr Paşazadə, nə deputat təyin olunmuşlar vicdanlarını itiriblər. Elə Allahşükür özü deyir ki, vicdan nə olduğunu bilmir. Mən belələrini antimilli adlandırıram. Çünki onlar şəxsi maraqlarını ümumxalq mənafeyindən üstün tuturlar və deməli, onları Vətən də maraqlandırmır.

nihad 2020-07-23 18:15:47

o SSRİ-nin o vaxtdan təyin edilən "kadr"ıdır-yəni əlavə şərhə ehtiyac varmı?

TARIX 2020-07-23 17:17:47

ÖLKƏNİN DİNİ LİDERİ SAF,TƏMİZ ƏQİDƏLİ OLMAQLA DAİM MİLLƏTİNİN ,DÖVLƏTİNİN YANINDA OLMALİ VƏ ONUN ACISINI YAŞAMALIDIR.

Eli 2020-07-23 17:04:04

Deyirem göresrn bu iranlılarda russ ermeniye mehebbwt biz müselmanlara nifrst hardan qaynaqlanır Şeyx bu sualı da versin onlaraAxı adzmın bir Allahı da olar da ay müselmanlar bele olmaz acı

El 2020-07-23 16:48:19

Hörmetli Şeyximizin İranın ali ruhani rehberleri ile çox isti münasibeti var .İran dz islam tespublikasıdır Belke onlardan xahiş ede ki ay müselman qardaşlar 30 ildir Qranağ işğalda 1 million müselman azerbaycanlı qaçqindır Sen de dayanmadan ruslarla bitlikde bizim düşmene herterefli kömek edirsen belke bir az baxt veresen biz Qarabağı azad edek sonra sen dostluğunu davam ele Axı seni ehalinin yarısı azerbaycanlıdır dünyada. ikinci biz veziyyetde olan millet yoxdur Şeyx bu meseleni hell etse millet ona heykel qoyar Belke Şeyximiz bir gücünü sınaya

Vetendash 2020-07-23 16:39:36

Azerpoctun bash gehremani Emin Efendiyevden de yazin. Azerpoctu yaman gune goyub.

Rəna 2020-07-23 16:26:31

. Əllərinizə saglıq

mürdəşir 2020-07-23 15:12:41

Az qalıb onun da məsələsinin həllinə...

Millikişi 2020-07-23 14:17:00

Hörmətli Cəlal müəllim Sizin zəkanızın, qələminizin itiliyinə, məntiqi məfkurənizə heyranam. Yazılarınızı su kimi içirəm. Çünki, cəmiyyət olaraq Sizin kimi yazarların araşdırmalarına sustamışıq. Burada Şeyx barədə yazdıqlarınıza şərh verməyin qəbahət olduğu düşüncəsindəyəm. Siz çox dəqiq və doğru deyirsiniz: «İranda baş verənlərlə bağlı Trampa məktub yazan, canfəşanlıq edən şeyximiz Azərbaycanda, Tovuzda törədilən təcavüz cəhdinə ğörə nədənsə heç qələmini tərpətmək belə istəmir deyəsən. Görəsən niyə? Bəlkə ona görə ki, artıq çoxdan bəri bu xalqa nə verəsi, nə də ondan alası heç nəyi yoxdur?» Yazıqlar olsun şeyxə və onun dəmtutanlarına!

Təkamül Qurbani 2020-07-23 13:37:26

Dahi Şeyximiz lazım gəlsə, İslami Qafqazı qaldırıb, işğalçını bir həftəyə yerinə otuzdurardı?

Mubariz 2020-07-23 12:36:06

!Bednam qonsular meger qaragene ele seyler yazir?Meger defnde ali rehberler temsil olunurdu?ALLAHin nehleti olsun yalanci ve fitnekarlara.AMIN

TARIX 2020-07-23 12:32:31

TAMAMİLƏ DOĞRU İRADDIR.

zaur 2020-07-23 11:29:08

Bu millət niyə bu qədər savadsızdır.Bunu başa düşməyə nə var ki, 90-ci illərdə şeyximiz cavan idi. qarşıda karyerası,hədəfi vardı.İndi isə hər şeyi var daha nə üçün çalışmalıdr?

Jack Ketch 2020-07-23 10:08:37

elchisi Gulum olanin....

Eko 2020-07-23 06:42:43

Belke sheyx xestelenib ? karantindedi .....

ayrım 2020-07-22 22:39:34

Millətimiz nədisə Şeyximizdə onun lyağıdır

nəzakət 2020-07-22 22:24:25

İrandakı farsları müdafiə etsə bəsdir

İsmayil 2020-07-22 22:00:08

71 yaşlı bir el ağsaqqalının pandemiyanın tüğyan etdiyi bu dövrdə generalın dəfnində iştirak etməməkdə qınayan müəllif əcəba nədən Milli Məclisin iclaslarına qatılmayan yaşlı deputatları görməzdən gəlir?! Müəllif həmin dəfndə müdafiə naziri istisna olmaqla, hansı naziri, millət vəkilini, ictimai xadimi, ziyalını, el ağsaqqalını gördü də, Şeyxülislamı görmədi?!

Rüfet 2020-07-22 21:09:59

Celal Bey bu çox gözel ve yerinde yazdığınız mövzuya göre Allah sizden razı olsun hamının başı derdde olan vaxtda Bakıda insanların mitinqe çıxanların bir ağsaqqala ehtiyacı olan zaman harada idi Bizim Şeyx Hezretleri????

Akif 2020-07-22 20:33:54

Allahşükür Paşazadə və məddaxlıqla deputat mandatı almışlar eyni mənəviyyata malik olan.....

nihad 2020-07-22 20:32:05

biz xalq olaraq onu çoxdan silmişik,qalıb rəsmi silinməsi.Azərbaycan bu kimi ortada yeyib qıraqda gəzən,həyat tərzi ilə nümunə olmagı bacarmayan,xalqı arxası ilə apara bilməyənlərin üstündən xətt çəkməlidir.

Cavan 2020-07-22 20:28:27

BU ADAM DEYİR Kİ,PUTİN MƏNİM PREZDENTİMDİR.BU ADAM DEYİR Kİ BU QƏDƏR YAŞAMIŞAM VİCDAN NƏDİR BİLMİRƏM.BUNLARI DEYƏN ADAMDAN NƏ GÖZLƏYİRSƏN HÖRMƏTLİ CƏLAL MƏMMƏDOV?SƏNİ BİLMİRƏM BİZ ONDAN XALQ ÜÇÜN YAXŞI HEÇ NƏ GÖZLƏMİRİK.

Mehdi 2020-07-22 20:21:43

Harda olacaq,cexiyadə......

Qenri 2020-07-22 19:26:59

Allah bumillətə xəyanət edənlərə qenim olsun

Gülşən 2020-07-22 19:03:51

tam düz

Şaiq 2020-07-22 18:35:00

Şeyx haqqında mənfi məqalələr çox yazılıb. Mən yalnız onun titulları ilə bağlı yazacağam. 1823 ci ildə xristian rus çarı tərəfindən qavkaz şiələrin rəhbərinə ŞEYXULİSLAM titulu verilib. Gürcüstan müsəlmanlarının öz dini liderləri var. ermənistanda müsəlman qalmayıb. Belə olan təqdirdə o nıyə Qavkazın şeyxi, Şeyxulislam titulu daşımalıdır ??? Şeyxin evi isə "halal" para ilə tikilib.

M.Əsgərov 2020-07-22 18:32:54

vətən sevgisi, millət sevgisi lazımdı adamda...........bunlarda isə maraqlar üstündür..........

Vətəndaş 2020-07-22 18:20:29

Cox dəqiq fikirdir

miri 2020-07-22 18:18:41

Yeniazərbaycanctanin şeyxi digər məmurlar kimi vacib işlər ilə məşğul olur.

semender 2020-07-22 18:16:01

cox sag ol yazdigin megaleye gore

Xalq 2020-07-22 18:05:13

Düppədüzdür. Hər şey yerində yazılıb, yazı dəstəkləndi.

Son yazılar