Putin Ağalarova şərəf ordeni verdi

Oktyabrın 29-da Rusiya prezidenti Vladimir Putin Kremldə ölkəsinin görkəmli şəxsiyyətlərini dövlət mükafatları ilə təltif edib.

“Media forum” saytı xəbər verir ki, təltif olunanlar arasında azərbaycanlı iş adamı Araz Ağalarov da var. Araz Ağalarov “Şərəf” ordeni ilə təltif olunub.

57 yaşlı Araz Ağalarov “Krokus” qrupunun prezidentidir. 2013-cü ilin əvvəllərində “CEO” jurnalının açıqladığı məlumata görə, Araz Ağalarovun varidatı 2 milyard dollardan çoxdur. Həmin vaxt jurnalın tərtib etdiyi reytinq cədvəlində Araz Ağalarov Rusiyanın 131 nəfər milyarderi arasında 56-cı yerdə qərar tutmuşdu.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar