“RUSİYA BİR AZ AZƏRBAYCAN TƏRƏFƏ DÖNÜB...” – “Türkiyə böyük müharibəyə hələ hazır deyil”

Hikmət Hacızadə: “Rusiyanın adamlarının vəzifələrdən çıxarılmasının gələcəkdə xeyri olacaq...”

Ermənistan ordusunun Tovuz istiqamətində xain hücumu, bu hücumun hədəfləri və ümumilikdə regionda baş verənlərlə bağlı müzakirələr davam edir. 

“AzPolitika.info” Azərbaycanın Rusiyadakı sabiq səfiri, politoloq Hikmət Hacızadənin bu mövzuya dair fikirlərini öyrənib:

- Hikmət bəy, Tovuz istiqamətindəki hərbi qarşıdurmayla bağlı Rusiyanın davranışları xeyli müzakirələrə səbəb olub. Sizcə, Rusiya həmin qarşıdurma fonunda Azərbaycanla əlaqələri necə qurdu və onun siyasətindəki hansı məqamlar daha çox diqqət çəkdi?

- Prinsipcə, görmək olar ki, Rusiya Ermənistanı qorxutmaq üçün bir az Azərbaycan tərəfə dönüb. Necə dönüb? Məsələn, konfliktin bu mərhələsində münaqişəyə bitərəf münasibət göstərib. Azərbaycanı hədələməyib. Moskvada bazarlarda skandallar oldu, bizimkiləri durdurmadılar. Məncə, Ermənistanı qorxutmaq, öz təsir dairəsinə qaytarmaq üçün Azərbaycanla hansısa istilik yaranıb. Lakin bu, kosmetik haldır, strateji dönüş deyil. Sözsüz ki, Rusiya alt qatlarda Ermənistanın arxasındadır, orada hərbi bazası var, Ermənistanın dövlət sərhədləri Rusiyanın əlindədir. Böyük məsələlərdə də Ermənistanı dəstəkləyəcək.

Azərbaycanda isə qərara gəliblər ki, hər şey rusun əlindədir. Qarabağ məsələsi də həmçinin. Dünya da bu işə qarışmır. Odur ki, rusun “saqqızını oğurlamaq” lazımdır. Mənim fikrimcə, indiki Azərbaycan hökumətinin Rusiyaya qarşı taktikası bundan ibarətdir.

- Tovuzda qarşıdurma zamanı Türkiyə də proseslərə aktiv qoşuldu, ən azı siyasi-diplomatik vasitələrlə Azərbaycanı müdafiə etdiyini, lazım gələrsə hərbi dəstək göstərəcəyini elan etdi. Sizcə, Ankaranın bu fəallığı nə ilə bağlı idi?

- Mən, Türkiyə dövlətinin reaksiyalarını müsbət qiymətləndirirəm, belə enerjili çıxışlar əvvəl yox idi. Ancaq hələlik Türkiyənin bizə görə Rusiya ilə vuruşmaq qərarı yoxdur. Başqa sözlə, “Türkiyə qırıcıları havaya qalxsın, erməni mövqelərini vursun, rus təyyarələrinin qarşısını kəssin” kimi ssenari yoxdur. Əvəzində, enerjili bəyanatlar var və bu da yaxşı əlamətdir. Türkiyə güclənir, hökuməti aktivləşir. Bu, müsbət haldır, amma hələlik yetərli deyil.

Bizim hərbçilərimiz də Tovuzda baş verən qarşıdurma zamanı Türkiyəyə səfər etdilər. Bunlar müsbət hadisədir, amma irimiqyaslı müharibə üçün Türkiyə yetişməyib. Bəli, ola bilsin ki, bizə hansısa silahlar verər, mütəxəssislər göndərər, əlində olan kəşfiyyat məlumatlarını paylaşar. Amma Türkiyənin böyük müharibəyə hazır olduğunun əlamətlərini görmürəm.

- Belə fikirlər də səslənir ki, Rusiyaya bağlı şəxslərin vəzifədən çıxarılmasının Tovuzda baş verənlərlə əlaqəsi ola bilər. Siz bununla bağlı hansı fikirdəsiniz?

- Bəli, Rusiyadan orden alanların bəzilərini işdən çıxarıblar. Məncə bu, müsbət hadisədir. Amma deməzdim ki, bu prosesin Tovuzla bir bağlılığı var. Tovuzda indi müharibə yoxdur. Proses dayanıb.

Şərti olaraq, Rusiyanın adamlarının vəzifələrdən çıxarılmasının ola bilsin ki, gələcəkdə xeyri olacaq. Bu, ölkəmizin təhlükəsizliyinin möhkəmləndirilməsi üçün çox vacib addımdır. Davam etmək lazımdır. Bu şəbəkənin sıradan çıxarılması bizə müstəqillik verəcək. Bu adamlar burada olanda daim rus kursunu istəyiblər, bunun üçün çalışıblar. Daha demirəm ki, hərbi sirlərimiz təhlükədə idi. Baxın, bizdə nə əməliyyat keçirilirsə, az sonra qəzetlər yazırlar ki, satdılar, içimizdə xəyanət var, kimsə məlumat verdi və s. Əlbəttə, bundan qurtulmaq lazımdır.

- Əksər mütəxəssislər hesab edirlər ki, Ermənistanın Tovuza hücumunun məqsədi Azərbaycanın Qərbə uzanan enerji layihələrinə təhlükə yaratmaq olub. Və bu təxribatla əslində Rusiya Azərbaycandan daha çox Türkiyəyə mesaj verib. Sizin buna yanaşmanız necədir?

- Siz dediyiniz politoloqlar əslində “gözəl nəzəriyyələr” qururlar, çalışırlar ki, nəsə təkrarsız sözlər, fikirlər desinlər. Mənə görə, Tovuzda baş verənlər təsadüfən olub. Demək olmaz ki, erməni ora əvvəlcədən qoşun çəkib. Bizim hərbi avtomobilimiz gedib orada postu yoxlayıb, bu zaman düşmən ona atəş açmağa başlayıb. Biz də buna qarşılıq vermişik. Bu mənada bəzi politoloqlarımızın belə “gözəl teoriyalarına” şübhə ilə yanaşıram.

Sözsüz ki, enerji kəmərlərinə təhlükə var. Ola bilsin ki, erməni oranı nəzarətə almaq istəyirdi. Amma atışma təsadüfən başladı. Mənim qənaətim belədir. Qısa müddətdən sonra da başa çatdı. Niyə bitdi? Çünki əvvəldən planlaşdırılmamışdı. Ona görə də bitdi. Əgər bizim hörmətli politoloqlarımızın dediyi kimi məqsəd enerji kəmərlərini vurmaq və ya nəzarət altına almaq olsaydı, onda proses belə bitməməli idi. Əslində, onların orada böyük hərbi arsenalı da yoxdur. Əgər məqsədləri boru xətləri olsaydı, məncə, ora böyük qoşun gətirməyə, silah anbarları yaratmağa məcbur idilər. Odur ki, mən siz deyən nəzəriyyələri bölüşmürəm. Mən demirəm ki, ermənilərin belə planları yoxdur, sözsüz ki, var. Amma Tovuz hadisəsi belə bir planın başlanğıcı deyil.

- Rusiyanın Ermənistan vasitəsilə Azərbaycanın beynəlxalq neft-qaz kəmərlərinə təhlükə yaradacağını mümkün hesab edirsinizmi və əgər bu təhlükə yaranarsa, Qərbin buna reaksiyası necə olar?

- Hesab edirəm ki, Ermənistan təkbaşına bunu edə bilməz. Rusla birləşib buna getsə də, çox böyük çətinliklə üzləşməli olacaq. Bu, o deməkdir ki, boru xətti dayanacaq, “qara qızıl”ın Qərbə getməsi mümkün olmayacaq. Bu halda, Qərb əməlli-başlı münaqişəyə müdaxilə edəcək. Başlayacaq sanksiyalara, ola bilsin ki, Azərbaycana və Türkiyəyə silah da verəcək. Yəni ki, Tovuza belə bir hücum edilərsə, Qərbin prosesləri sadəcə durub müşahidə etməsi mümkün olmayacaq. Odur ki, Ermənistan öz gücünə bunu edə bilməz.

- Tovuzda erməni təxribatı başlayandan qısa müddət sonra Rusiya televiziya kanallarında növbəti anti-Azərbaycan kampaniyasına start verildi. Sizcə bunun arxasında nə durur?

- Bu, artıq təsadüfi hal deyil və müharibə psixozunun davamıdır. Onsuz da rus türkə düşməndir, Azərbaycan da türkün yanındadır. Daim bizi söyürlər. Ara qarışanda da söyəcəklər. Bu mənada anti-Türkiyə, anti-Azərbaycan isterikası gözləniləndir və bu, həmişə də olub. Həm də nəzərə almaq lazımdır ki, Rusiyanın əksər kanalları və mətbu orqanları ermənilərin əlindədir. Hansı kanalı araşdırsan, arxasından bir erməni çıxacaq. Kanallardakı debat və siyasi tok-şoulara da əksər hallarda ermənilər rəhbərlik edir.

- Sizcə, bundan sonra cəbhə xəttində, danışıqlar prosesində nə gözlənilir?

- Mən düşünürəm ki, bu prosesdə Qərb aktivləşməlidir. Qərb son hadisə nəticəsində gördü ki, enerji kəmərlərinə təhlükə var. Əslində deyərdim ki, ABŞ-ın timsalında fəallaşma başladı. Məsələn, ABŞ Konqresinin Qaydalar Komitəsinin 269 saylı düzəlişini göstərmək olar. Qərarda göstərilir ki, dövlət katibi müdafiə naziri ilə birlikdə Azərbaycanın xarici qüvvələr tərəfindən 1991-ci ildən bəri qeyri-qanuni işğal olunmuş ərazilərində öldürülmüş və məcburi köçkün düşmüş insanların sayı barədə Konqresin müvafiq komitəsinə hesabat verməlidir.

Məncə, Qərb hansısa yollarla Moskvaya təzyiq edəcək və göstərəcək ki, biz də burada varıq, belə xəyallara düşməyin. Yəni Qərb sözünü açıq deməyə başlayacaq. Ümumiyyətlə, Qərb nə Azərbaycanın, nə də Ermənistanın tərəfindədir. Qərb kəmərlərin tərəfindədir. Onun üçün vacibdir ki, kəmərlər işləsin. Daha ədalət, bayraq, demokratiya onu maraqlandırmır.

Qərb strateqləri çörəyi qulağına yemir. Üstəlik iri neft şirkətlərinin nümayəndələri də Konqresdə, İngiltərə parlamentində bu məsələni qaldıracaqlar. Bir sözlə, Rusiyaya təzyiqlər olacaq.

- Hikmət bəy, cəmiyyətdə Tovuzda düşmənlə müharibə zamanı şəhid olan general Polad Həşimov ətrafında ictimai müzakirələr gedir. Bəziləri generalın ruslar tərəfindən vurulması ehtimalından danışırlar. Siz bu haqda nə düşünürsünüz?

- Mən hərbçi deyiləm, amma prinsipcə indiki izləmə mexanizmləri çox mükəmməldir. Radiodalğa və peyklə danışıqları tuturlar, sonra koordinatlarını müəyyən edib, həmin nöqtəyə zərbələr endirirlər. Əlbəttə, mən deyə bilmərəm ki, Ermənistan ordusunda belə mükəmməl sistem var və işləyir. Mümkündür ki, ruslar kömək edib. Ola bilsin ki, hansısa rus zabiti orada oturub işləyib, koordinatları tapıb verib. Rusiya ilə Ermənistan arasında hərbi əməkdaşlıq mövcuddur və erməni ordusunda da rus mütəxəssislər var. Mən konkret olaraq, ermənilərdə belə sistemin olub-olmadığını bilmirəm.

Vaqif NƏSİBOV

“AzPolitika.info”

635x100

Şərhlər

kamil 2020-07-26 00:43:12

Biz müharibəyə başlamalıyıq Böyük Vətən Müharibəsinə .

Obyektiv 2020-07-24 01:45:23

Redaktorun nəzərinə, xahiş edirəm fars şovinizmindən qaynaqlanan şərhləri verməyin. Çünki, yəhudilər də bizim kimi azərbaycanlılardır. Bu haqda qısa tarixi arayış verim. Yəhudilər öz qədim tarixi kitablarında yazılıb ki, onlar təqribən 4100 il əvvəl şumerin cənubundakı Ur şəhərinə şərqdən köçüb gəliblər. Şərq deyəndə indiki İran ərazisi nəzərdə tutulur. O dövrdə bu ərazidə Manna və yaxud Mahan dövləti mövcud idi. Mahan dövləti şimalda Qafqazla cənubda Fars körfəzinə qədər şərqdə Hindistana qədər qərbdə isə Aralıq dənizinə qədər uzanırdı. Bu, ilk qədim Azərbaycan dövləti idi. O zaman burada fars dillilər yox idi. İbrahim peyğəmbər Ur şəhərinə gələnlərin 3-cü nəslidir, yəni nəvədir. Atasının adı Azərdir. Amma xristian kitablarında Farra adlanır. Çünki Azər ay tanrısına inandığı üçün yerli Akkad dildə Farra adlanan ay adını götürüb. Təqribən 4000 il əvvəl şumer Babilistanda Xammurapi padişah oldu. Xammurapinin ilk tələbi bu oldu ki, Şumerdə yaşayan bütün tayfalar onlara sitayiş etməlidir. Tabe olmayanlar ölkəni

Həsən 2020-07-23 22:06:35

Bu kişi həmişə düz danışırdı. İndi nə isə nala mıxa vurdu. Konkret bir söz demədi. Rusiyanı çox istəyir.

vuqar 2020-07-23 20:08:54

H|KMET BEY| HEC BASA DUSMED|M! GAH NALA GAH M|XA! ELE D0VLET|DE BELE |DARE ELEM|S|ZK| DAL|N|ZA DUSDU M|LLET! HEREN|Z B|R TEREFE SEPELEND|N|Z!

T.ədalət 2020-07-23 18:52:39

Rusiya həmin Rusiyadır,bizi soyqırımlaraməruz qoyan,ərazilərimizi parça-parça edən bir düşmənin geri dönüşü olmur.Zaman keçdikcə "beşinci kolonun"gizli üzvləri də özünü gizləyə bilmir..

Şaiq 2020-07-23 18:30:45

HİKMƏT BƏYLƏ İKİ MƏSƏLƏDƏ RAZI DEYİLƏM. 1. RUSİYANIN TƏRƏFSİZ OLMASI ABSURD İDEYADIR, ƏSASSIZDIR. DÖYÜŞ BAŞLAYAN GÜNDƏN GÜRCÜSTAN ÜZƏRİNDƏN HƏRBİ SURSATLA DOLU ÇOXSAYLI MAŞIN KARVANI, 60 -DAN ÇOX TƏCİLİ TIBBI YARDIM MAŞINI ermənistana GÖNDƏRİLDİ. 2. TÜRKİYƏNİN BÖYÜK MÜHARİBƏYƏ HAZIR OLMADIĞINI DEYİRSİNİZ. BU FİKRİNİZ DELİTANTLAR ÜÇÜNDÜR. ŞANLI TÜRK ORDUSU İRAK, SURİYA, LİVİYADA , ARALIQ DƏNİZİNDƏ RUSİYA DA DAXİL OLMAQLA DÜNYAYA MEYDAN OXUYUR. TOVUZA HÜCUM ZAMANI İSƏ, BİR BAŞA RUSA MEYDAN OXUDU. ONA GÖRƏDƏ PUTİN HÜCUMU DAYANDIRDI.

Türk 2020-07-23 17:15:20

Hörmətli politoıoq düşmənimiz elə düşməndir ki,onun bizə qarşı hər addımı planlaşdırılmış formada atılır. Bu da planlaşdırılmış bir düşmən hücumu idi. Ola bilər ki,yarımçıq qaldı,ya alınmadı.

Adil 2020-07-23 16:36:34

Nikmət bəy də deyəsən 5-ci kolona yaxın adamdır.Rusiya hər il.kvartal AZərbaycandan bac alır,amma ermənilər tərəfdə çıxış edir. Hikmət bəy bunun sirrini aça bilərmi?

Son yazılar