Bayramda yollar qana boyandı - 46 yol qəzası baş verib

Bayram günlərində Azərbaycanda 46 yol qəzası baş verib.

Baş Dövlət Yol Polis İdarəsindən ANS-ə verilən məlumata görə, oktyabrın 4-dən 6-na qədər ölkə ərazisində baş verən yol qəzalarında 8 nəfər ölüb, 55 nəfər yaralanıb.

Ötən gün ölkə ərazisində 18 yol qəzası baş verib. Bu qəzalarda 4 nəfər ölüb, 17 nəfər yaralanıb. Baş verən qəzaların əksəriyyəti isə paytaxtda qeydə alınıb.

Qeyd edək ki, yol qəzalarının çoxu sürət həddinin keçilməsi və yol hərəkəti qaydalarının kobud şəkildə pozulması səbəbindən baş verib.

Xatırladaq ki, ötən il Qurban bayramı ərəfəsində Azərbaycan ərazisində cəmi 15 yol qəzası baş verib ki, bunun nəticəsində də 17 nəfər xəsarət alıb. Qəzalarda ölən olmamışdı.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar