"EHTİYATLI OLUN, ERMƏNİ TƏXRİBATI BAŞLAYIR..." - Səfirdən çağırış

Srağa gün gecə Almaniyadakı Ermənistan səfirliyinin xidməti avtomobili yandırılıb. Amma buna sevinmək lazım deyil. Əksinə, bunu Azərbaycan səfirliklərinə və xarici ölkələrdə yaşayan Azərbaycan vətəndaşlarına qarşı irimiqyaslı təxribatların anonsu kimi qəbul etmək lazımdır.

Bunu Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev qeyd edib.

O bildirib ki, sabah onlar eyni asanlıqla bir və ya bir neçə ermənini öldürüb bütün dünyanı üzərimizə qaldıra bilərlər:“Bu fonda Los-Ancelos, yaxud Brüsseldə baş verən erməni vəhşiliklərini asanlıqla unutdura bilərlər.

Dostlar, ehtiyatlı olun. Təxribata uymayın. Milli davamızı Avropanın, yaxud Rusiyanın küçə və meydanlarına keçirməyin. Dünya hətta qəbul etməsə də, erməni vəhşiliyini gördü.

Bu vəhşiliyin belə asanlıqla unutdurulmasına imkan verməyin.

Sumqayıtı, Qriqoryanı nə tez unutdunuz?

Ayıq olun!

Bizim “Qana qan!”şüarını səsləndirməli və tətbiq etməli olduğumuz yeganə yer işğal altındakı torpaqlarımızdır!”

635x100

Şərhlər

vidadi goyce 2020-07-24 16:28:04

beli cox ehtiyatli davranmaq lazimdir,ermeniler oz kicik problemlerini hell etmek ucun oz qadinlarini asanlqla bashqa xalqlarin altina atan dunyanin yeqane surusudur

Muxtar Vəliyev 2020-07-24 15:07:23

Ay Vilayət bəy,biz niyə erməni təxribatı gözləməli və ya ehtiyatlanmalıyız! Olmaz ki. bizim müvafiq qurum v qüvvələrimiz işlərini elə qursunlar ki, bundan təcavüzkar Ermənistan ehtiyatlansın? Niyə məsələyə bu kontekstən yanaşılır?Biz qüvvələrimizi səfərbər etməyi bacarmalı və bu məsələni bir dəfəlik həll etməliyik!Bununüçün o qədər də çox ağıla ehtiyac yoxdur.Bizim diplomatiya xarici ölkələrlə ciddi işləməyi bacarmalı ( bunun üçün ağıllı.təcrübəli diplomatlara ehtiyac var) kənar qüvvələri neytrallaşdırmalı və hərəkətə keçilməlidir.

Xalq 2020-07-24 15:04:22

Düppədüzdür.

Fərq 2020-07-24 13:45:39

Düşünülmüş, ağıllı, bəlkə bir az gecikmiş xəbərdarlıq. Ura-patriotlar, eşidin, dayanın!

Son yazılar