NAĞDƏLİYEVİN “NÜMUNƏVİ OPERATİVLİYİ” – “Cənab Prezident, ümumiyyətlə, məlumat belədir ki, su qıtlığı var”

Ötən gün Prezident İlham Əliyevin yanında keçirilən su təsərrüfatının vəziyyəti ilə bağlı müşavirədə ölkə başçısı «Azərsu» rəhbəri Qorxmaz Hüseynovun fəaliyyətini tənqid edib.

“AzPolitika.info” xəbər verir ki, içməli su sahəsində yaranmış problemlərlə bağlı məruzə edən Qorxmaz Hüseynov yaranmış çətinlikləri yeni evlərin tikintisi ilə əlaqələndirib. Bu vaxt ölkə başçısı “Azərsu” sədrinə xatırladıb ki, indiyədək ona verilən məlumatlarda su təchizatı ilə bağlı layihələrdə əhalinin say artımının və ümumilikdə vəziyyətin 2030-cu ilədək nəzərə alındığı bildirilib. Lakin indi yeni evlərin tikintisi və əhali artımı kimi bəhanələr gətirilir. “Azərsu” rəhbəri isə izah edib ki, su ehtiyatları nəzərə alınıb, söhbət infrastrukturdan gedir. Və yeni evlərin yerləşdiyi ərazilərin su təchizatı ilə bağlı infrastruktur xərcləri layihələrdə nəzərə alınmayıb. Odur ki, yeni investisiya xərclərinə ehtiyac var. Bu məsələnin vaxtında qaldırılmalı olduğunu deyən Prezident, müvafiq tədbirlər görülməsi üçün hökumət üzvlərinə tapşırıqlar verib.

Bundan sonra ölkə başçısı “Azərsu” sədrindən Neftçaladakı vəziyyətlə bağlı maraqlanaraq, rayonun nə vaxt normal su təchizatının təmin olunacağını soruşub.

Prezident İlham Əliyev: Yəni, nə vaxt Neftçala şəhəri və o kəndlər, nə vaxt o məsələ həll olunacaq? Vətəndaşlar bunu eşitmək istəyir.

Qorxmaz Hüseynov: Cənab Prezident, noyabr ayında biz içməli suyu şəhərin özündə və şəhər şəbəkəsindən qidalanan qəsəbələrdə mövcud şəbəkəyə bağlayacağıq. Amma həmin kəndlərə xətlərin çəkilməsi üçün əlavə vəsait ayrılması üçün biz təklif hazırlayacağıq.

Prezident İlham Əliyev: Bəs, noyabr ayına qədər məsələ necə həll olunacaq?

Qorxmaz Hüseynov: Yalnız maşınlarla, indiki vəziyyətdə suyu biz qismən veririk ki, texniki məqsədlərə istifadə edilsin.

Prezident İlham Əliyev: Zeynal Nağdəliyev, məlumat verin, bu maşınlarla ki, deyir, suyu çatdırırıq, bu, kifayət edir şəhərə? Bu haqda məlumatınız var?

Zeynal Nağdəliyev: Cənab Prezident, ümumiyyətlə, məlumat belədir ki, su qıtlığı var.

Prezident İlham Əliyev: Mən bilirəm su qıtlığı var. Deyirəm, Qorxmaz Hüseynov deyir ki, maşınlarla çatdırırıq, su ilə təmin edirik. Mən soruşuram, doğrudan belədir, yoxsa yox?

Zeynal Nağdəliyev: Su verilir, amma icazə verin, cənab Prezident, araşdırım Sizə məruzə edim.

Bu üçtərəfli dialoqda diqqət çəkən məqamlardan biri Azərbaycan Respublikası Prezidentinin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi - şöbə müdiri Zeynal Nağdəliyevin Neftçaladakı vəziyyətlə bağlı ölkə başçısının verdiyi suala cavabıdır: “Cənab Prezident, ümumiyyətlə, məlumat belədir ki, su qıtlığı var”.

Demək olar yay girəndən Neftçalada ciddi su problemi yarandığını mətbuat, sosial şəbəkələr yazır, mütəxəssislər səsləndirir, nəhayət, elə sözügedən müşavirədə Prezident az qala yarım saat Qorxmaz Hüseynovla bu məsələni müzakirə edir. Z.Nağdəliyev isə guya yeni, heç kimin bilmədiyi bir “sirrin” üstünü açaraq, “ümumiyyətlə, məlumat belədir ki, su qıtlığı var” deyir. Yəni ölkə başçısı da qeyd etdiyi kimi, Prezident də daxil olmaqla, Azərbaycanda Neftçalada su qıtlığının yarandığını bilməyən adam yoxdur. Və vəziyyətlə bağlı bu “dahiyanə” cavabı vermək üçün Prezident Administrasiyasında iri bir vəzifə tutmağa, yüksək mənsəb sahibi olmağa ehtiyac yoxdur.

Söhbət 2005-ci ildən Prezident Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri, Prezident Administrasiyası rəhbərinin müavini, Prezidentin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi kimi vəzifələr daşıyan Z.Nağdəliyevin bütün ölkənin diqqət mərkəzində olan və ən aktual problemlərdən birinə çevrilən Neftçaladakı vəziyyətdən nə dərəcədə xəbərdar olmasından gedir. Nağdəliyev isə yuxarıda qeyd edilən cavabı ilə göstərdi ki, problemin detallarından, əhalinin durumundan demək olar tam xəbərsizdir. Bilmir ki, rayonda nə baş verir, oraya doğrudan da su daşınırmı və əgər daşınırsa da bu, əhalinin tələbatını nə dərəcədə ödəyir və sair. Hansı ki, daşıdığı vəzifə ondan bu problemdən hamıdan daha çox məlumatlı olmasını tələb edir.

Ancaq şöbə müdirinin açıq etiraf etdiyi kimi, vəziyyətdən xəbəri yoxdur. Bu durumu görəndən sonra Prezident Administrasiyasına ünvanladıqları şikayət məktublarının, qaldırdıqları problemlərin lazımınca araşdırılmamasından gileylənən vətəndaşları anlamaq daha asan olur...

Lakin hər halda, Prezidentin köməkçisi və PA-nın şöbə müdiri ölkə başçısına söz verdi ki, məsələni araşdıracaq. Odur ki, qoy Neftçala sakinləri ümidlərini üzməsinlər...

C.Məmmədov

“AzPolitika.info”

635x100

Şərhlər

Oxucu 2020-08-12 09:25:19

Şəki inkişafdan qalan bir rayondur. Bu rayonu bu kökə salınmasında, nöqsanların gizlədilməsində,dövlət vəsaitlərinin mənimsəmələrinin gizlədilməsində əsas rol oynayan PA Ərazi idarə etmə şöbəsinin müdiri Z.Nağdəliyev və Şəkinin kuratoru Rüfətdir...Bunlar vəzifədən getməsələr Şəki inkişaf etməyəcək.....?

Oxucu 2020-08-04 23:08:35

Belə bir məmurun işdə qalması təəccüb doğurur ?

İ.Mustafaoğlu 2020-07-29 23:03:07

Zeynal Nağdəliyevin qəbuluna düşmək üçün 8 - ildir ki, rəsmi qaydada müraciət etməyimə baxmayaraq, qəbuluna düşmək imkanını əldə edə bilmədim ?

Düz söz 2020-07-28 11:19:43

Zeynallar getməsə iş düzələn deyil ???

Prezidentini sevən 2020-07-26 11:54:46

Cəanb Prezident, PA-nın Ərazi-idarə etmə şöbəsi başda z,Nağdəliyev olmaqla təhkim olunmuş kuratorlar qanunun aliliyinə yox, İcra Başçılarına qulluq edirlər. Əgər belə olmaseydi, Şəki də ayın çox günlərini işdə olmayan İcra başçısı 10 il ildir ki işləyir ? Birinci müavin 21-il, İqtisadiyyat üzrə müavin 22-il, onun müavini 30-ilə yaxın, hümanitar sahə üzrə müavin 16-il, Özü ilə Ağstafadan gətirdiyi nizami İsmayılov məhkumluq həyatı yaşayıb,10 ildir ki, şəhər təsərrüfatı üzrə müavindir, Hüquq şöbəsinin müdiri əhmədiyyə Bəşiov ssri dönəmindən işləyir, Ərazi İdarə etmə şöbəsinin müdiri rəfail Mənəfov 1995 ci ildən və s. rəfail Mənəfovun həyat yoldaşı Bağça müdiri vəzifəsində, Əmisi qızı həmçinin Uşaq Bağçasının müdiridir.. Belə bir rayonda inkişafdan danışmaq olarmı ? Şəkdə problemlərin hamısını örtbasdır edən Şəkinin kuratoru və müdiri Zeynaldır....

Cəmşid Dərələyəzli 2020-07-26 10:17:13

Prezident İlham Əliyev: Bilirsiniz bu, nəyi göstərir? Onu göstərir ki, uzun illər ərzində bu sahəyə dövlət nəzarəti olmamışdır, Bəli doğrudan da görünən o ki, olmayıb. Digər tərəfdən də toplantıdan da görünən o ki, yüksək dövlət strukturlarının əksər rəhbərləri o vəzifələrə görə deyillər.. Belə ki ilk danışanların çıxışları və verdikləri cavablar xəcalət doğurur. O cümlədən də cenab Zeynal Nagdəliyevlə, Kamaləddin Heydərovun cavabları. Tam bir rəzalət. Zeynal Nagdəliyev 10 cümləlik çıxışında 5 dəfə Sizin tapşırığınızla kəlməsini işlədir. Bəyəm yüksək vəzifə tutan adamlar öz işlərini icra etmələri üçün Ölkə Başçısı işini-gücünü buraxıb, hər dəqiqə onlara göstəriş verməlidir ki işinizi görün. Ona görə də bütün çetinliklərə reğmen, kadr islahatları davam etdirilməli. Müstəqil bir qrum yaradılmalı peşekar və təşəbbüskar kadrlardan ibarət milli kadr bankı yaradılmalıdır. Qudabazlıq, qohumbazlıq prinsiplerinden uzaq. Yoxsa indikilərlə davam ediləcəksə, uzağı demirəm belə, yaxın zamanda ölkə çox ciddi problemlərlə üz-üzə qalacaqdır, o cümlədən də ekoloji fəlakətlə. Hansı ki, götürülüb baxılsa son 25 ildə bu sahə ilə bağlı aidiyyatı qrumlara milyardlarla vəsait ayrlıb. Təssüf ki, o vəsaitlərin təyinatına uyğun istifadəsinə məsul olan Büdcə Hesablama Palatası da yox kimi.

Amina 2020-07-25 23:44:10

Çox yerində bir strategiya olardı ki, bu dövlətə sərf etməyən məmurların yerinə sadə xalqdan bitərəf, savadlı, sadə ailələrdən çıxan gənclər təyin olunardı.

Elsen 2020-07-25 22:50:26

Neler varmis ilahiiii.goresen kim yatib..biz yoxsa......

Şaiq 2020-07-25 19:52:29

MÜŞAVİRƏDƏ GÖRÜNƏN O İDİ Kİ, CƏNAB PREZİDENT MƏMURLARDAN DAHA ÇOX MƏLUMATA MALİKDİR. MÜŞAVİRƏDƏ MƏMURLARIN HAMISI QORXA - QORXA, DİLLƏRİ TOPUQ ÇALA - ÇALA, MÜTİ ŞƏKİLDƏ, OĞURLUQ ETMIŞ İNSANLAR KİMİ ÖZLƏRİNİ APARIRDILAR. 2 - 3 MİN MANAT MAAŞA GÖRƏ HEÇ KİM ÖZÜNÜ BELƏ GÜLÜNC VƏZİYYƏTƏ SALMAZ. BƏLKƏ DOĞRUDANDA BÜDCƏNİ TALAYIB ÖĞURLUQ EDİBLƏR ???

teleb ! 2020-07-25 19:52:05

mesuliyyete celb edin memur Z. "Nağd" əliyevi ( "Nisyə girməz kisəyə" ləqəbi ile taniyirlar)..........

pensioner 2020-07-25 19:27:07

Bu vəzifəsini tərk etməyib?

Oxucu 2020-07-25 18:55:35

Sovet dövrü arxada qalıb. Bizdə komsomolçular vəzifədədirlər. BuZeynalın yerinə Şahmar Mövsümov kimi xaricdə oxumuş, ağıllı, danışığını bilən, işgüzar və savadlı adam tapılmır? Bu adam və onun kimi, Fuadlar, Şahinlər, Suleymanlar nə qədər eyni vəzifəni tutub oturacaqlar? Niyə bu adamlar yığdıqlarım bəsdir demirlər? Niyə ölkəni inkişafdan saxlayırlar?

QAXLI 2020-07-25 18:38:35

Biz Qaxlılar illərdir zülüm çəkirik.Prizidentə məktub yazırıq çatmır.Sən demə Qax rayon İcra hakimiyyətinin başçısı Musa Şəkiliyevin icazəsi olmadan bir məktub rayondan çıxa bilməz.Əyər çaşıb çıxsa o Nağdəliyevin vasitəsi ilə yerindəcə zərərsizləşirmiş.Axşam işin axirinda İH başçısı Musa Şəkiliyev Poçtun müdüründən hesabat istəyir ki gedəsi məktubları gətir bura.(Poçtun müdürü də elə öz adamlarıdır Əhmədzadələrdən)oxuyur və 99% ni cırib atır.Deirlər ki nə yaxşı Qaxda heç bir problem yoxdur,Avropanın bir hissəsidir.Əslində isə Azərbaycanın ən kasıb rayonlarından biridir.Bax belə idarə edir Əhmədzadələr Qaxı.

ejder 2020-07-25 17:15:09

AYE SIQNAL VERIN,HEMEN TEDBIR GORULAJAQ,NA NA

Sabir 2020-07-25 17:09:29

Zeynal Nagdəliyev Azərbaycan komsomolunun Mərkəzi komitəsinin Təşkilat şöbəsinin müdiri işləyəndən özünə "Nisyə girməz kisəyə" ləqəbi qazanmışdı.O vəzifə elə indi PA-da tutdugu fəzifə funksiyalarına uygun idi.Onun dövründə komsomolda rüşvət çox İNKİŞAF etdi elə indiki kimi.Həm də Zeynal komsomolu bərbad günə qoydu və sonralar onun əmlakının dagıdılmasını, satılmasını Sahib Ələkbərovla bölüşməsini təşkil etdi.Komsomolun əmlakı isə az deyildi.......

Qulu 2020-07-25 16:56:43

Təxminən 1995-96 -cı illərdə Sahibkarlar Partiyası " ölkədə hakimiyyət iddiası ilə çıxış edirdi və onun əsas idarə edənləri Z.Nagdəliyev, Sahib Ələkbərov, Füzuli Ələkbərov, Eldar Əzizov və indi rayonlarsa İHB olanlar idi... Ulu Öndər bunlara imkan vermədi...Zeynal və dostları Rusiyaya getdi ... Orada Diaspora cəmiyyətində yazı pozu işlərini görürdülər...İndi qayıdıb ölkəni sümürürlər.

Qulu 2020-07-25 16:49:48

Z.Nagdəliyev (ləqəbi-nisyə girməz kisəyə) Sahibkarlar Partiyasının sədr müavin kimi SP-nın üzvlərini dövlətin mərkəzi və regional strukturlarında yerləşdirdi və bu gün də onlar bütün idarəetmədə əsas söz sahibidirlər.Həmçinin ölkənin bu günə düşməsində onların "müstəsna"xidmətləri var.Onlar dövləti şəxsi biznesi sayır ...YAP-ın adı çıxıb....

Emin 2020-07-25 16:16:12

Bu adamın adı "Nağd"əliyevdir

Emin 2020-07-25 16:16:11

Bu adamın adı "Nağd"əliyevdir

Hafizə 2020-07-25 14:43:14

Həqiqətəndə sizin yazdığınız həqiqətdir. Uzun müddət PA-na saysız-hesabsız müraciətlər etməyimə və qəbulda olmağıma baxmayaraq müsbət nəticəsi olmamış, etika xatirinədə olsa cavab da verilməmişdir. Bu onu göstərir ki, həmin şöbə dövlətimizə və xalqımıza xidmət etməyib, vətəndaşların hüquqlarını tapdalayan məmurlara xidmət edib. Həmin şöbədə təmizləmə işlərinə start verilməlidir.....

Oxucu. 2020-07-25 13:08:24

Bu gün ən çox sayda şikayətlər rabitə və nəqliyat nazirliyindən gedi bu nazirlik hər il saxta islahatlarla rabitəçiləri ixtisara salır digər tərəfdən kənardan rabitə təhsili olmayan adamları işə götürür hələdə bu nazirə bir kəlmədə söz deyən yoxdur və yaxudda şikayət məktubları həmin bu Z.Nağdaliyevin şöbəsindən yoxa çıxır.

A.Məmmədov 2020-07-25 11:59:59

Mənim işdən qanunsuz çıxarılmağım barədə Prezidentə etdiyim 2031 müraciətin araşdırılmasına imkan verməyib. Bu müraciətlərin hamısı Prezident Administrasiyasında qeydiyyatdan keçib və mən bu məktubların reqitrasiya nömrələrini təqdim edə bilərəm. Zeynal "Mur-Ay" MMC dələduzlarının himəyadarı olub. Bu işə görə ona o vaxtlar Hacıbala Abutalıbov çox köməklik etdi. Onu həbs etmədilər. Əvəzində də o, Hacıbala Abutalıbovun qanunsuz əməlləri barədə yazdığım 2031 məktubun araşdırılmasına imkan vermədi. Necə deyərlər, əl-əli yuyar, əl də üzü.

Ənvərqızı 2020-07-25 10:44:37

Hörmətli cənab Prezident, sosial narazılıqları artıran PA-nın Regional şöbəsi imiş ? Həmin şöbə işləmirmiş, hər şey bizə aydın oldu ki, şikayətimizə ögey ünasibət bəsləyən şöbə ...??? Rayonların problemlərini ört-basdır edən şöbəyə rəhbərlik edən Zeynal Nağdəliyevdir ? Dəfələrlə həmin şöbədə qəbulda olmağıma baxmayaraq, saysız-hesabsız müraciətər etməyimə baxmayaraq heç bir müsbət nəticəsi olmamış, məmurun sufarişi- Qanunun aliliyindən üstün tutulmuşdur.. Həmin şöbədə köklü surətdə kadr islahatları aparılmalıdır ?

Qafar 2020-07-25 10:34:50

Zeynal adətən Prezidentin suallarına pis şagirdlər kimi "gedim oxuyub gələm" cavabını verir.Çünki o özü və kuratorları funksional vəzifələrindən başqa jhər nə ilə desən məşguldular. Xalqın qaygı və problemləri onlara

Adil 2020-07-25 10:33:02

Bunun vezifesini bir piləkan da qaldirmaq lazimdir.Cox savadli,isguzar və qocaq adammiş Ay masallah ay masallah.Bunlarin qocaqliqindan ölkə bu gunə dusub ey.

Amin 2020-07-25 09:27:09

Birdəfənlik bu partokratlardan qurtarmaq lazimdır Bunlar işləməyi qətiyyən bilmirlər Amma rüşvət almaqda mahirdirlər

Fm 2020-07-25 08:58:24

Adam trilarderdi(((

Elif 2020-07-25 00:21:49

Bunu sanki yuxudan oyadıb cavabını bilmədiyi sualı verdilər.

Arxiv 2020-07-24 22:46:25

Nəğd ....alanov "kohnə qvardiya" uzvudur...........

Arxiv 2020-07-24 22:43:13

Nəğd ....alanov "kohnə qvardiya" uzvudur...........

Dövlətimizi sevən 2020-07-24 22:42:48

Cənab Prezident, mən uzun müddət Sizin ünvanınıza etdiyim müraciətlərə baxılmaması indi mənə tam aydın oldu ? Sudan əziyyət kəçən əhalinin su problemlərinin həll olunması ilə Zeynal Nağdəliyev maraqlanmamışdır, müraciətləri isə müraciət edən ünvana göndərməklə Regional şöbənin işçiləri öz vəzifələrini yerinə yetirmiş hesab etmişlər vəssalam... Əhalinin müraciətlərinə biganə qalmaları vətəndaşın dövlətə olan inamına zərbə vurur, sosial narazılıqları artırır.. Deməli sosial narazılıqları artıran şöbə həqiqətəndə PA-nın Regional şöbəsinin kollektifidir, başda Zeynal Nağdəliyev olmaqla bütün rayonların kuratorları dəyişilməlidir.... Əhalinin Su problemlərindən əziyyət kəçməsindən Zeynal Nağdəliyevin xəbəri yoxdur, bu olduqca dözülməz bir vəziyyət kimi qiymətləndirilməlidir ? Həmin rayonun kuratoru hara baxıb , dövlətçiliyimizə xidmət edib, yoxsa İcra Hakimiyyətinin Başçısına ..?

Aslan 2020-07-24 21:36:14

Yerlərdən gələn şikayətləri gizlədən,yerlərə gndərən Prezidentə çatdırmayan Nağdəliyev!

Hafiz 2020-07-24 20:42:46

Z.Nagdəliyev harada işləyibsə ora xaraba qalıb, dagılıb.Bu bir qaramatdır.Maraqlı burasıdır ki, harda işləyibsə onu istedadsız ,savadsız, bacarıqsız biri kimi xarakterizə olunsa da həmişə üzdə qalıb.Z,Nagdəliyev bu vəzifəyə yalnız Sahibkarlar partiyasına oldugu üçen gətirilib.Təfsilatını yazmaq olmur....

t.ədalət 2020-07-24 19:39:48

Qorxmaz Hüseynovun da kitabı bağlandı.....

M.Əsgərov 2020-07-24 18:19:44

deyesen mənim də 1 aydan çoxdur ki etdiyim müraciət Nağdəliyevin əlinə keçib

Xalq 2020-07-24 17:18:35

malades

Azər 2020-07-24 17:08:18

Bu adamı işdə saxlamaq düz deyil.

Xezer 2020-07-24 17:07:09

Bu adamın kabinetindən 1 metr kənarda nə baş verdiyi heç vecinə deyil... Əsas onu icra başçılarının “qəbula” nə vaxt gətirəcəkləri , çaşdım , gələcəkləri maraqlandırır.

vidadi goyce 2020-07-24 16:49:43

metamorfoza

Son yazılar