"Azərbaycan və Fələstin daim bir-birini dəstəkləyib" - Səfir

Azərbaycan və Fələstin arasındakı əlaqələr son illər sürətlə inkişaf edir.

Bunu SalamNews-a açıqlamasında Fələstinin Azərbaycandakı səfiri Nəsir Abdul Kərim bildirib.

Azərbaycan-Fələstin münasibətlərindən danışan səfir iki ölkə arasında yaxın əlaqələrin olduğunu söyləyib və buna bariz nümunə kimi son illər ikitərəfli əlaqələrin sürətli inkişafını göstərib.

"Fələstin və Azərbaycan arasında qarşılıqlı səfərlər baş tutub və bu səfərlər hazırda da davam etməkdədir. Biz Fələstinin bir çox hökumət nümayəndələrinin bölgəyə səfərlərini gözləyirdik. Lakin İsrail hökumətinin Fələstində törətdiyi qırğınlar səbəbilə bu səfərlər reallaşmadı. Fələstin və Azərbaycan daim bir-birini dəstəkləyib.", - fələstinli səfir belə deyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar