"BU, RUSİYANIN AZƏRBAYCANA YENİ HƏMLƏSİDİR" - Deputat və politoloqdan açıqlama

İyulun 23-də Ermənistan-Rusiya Birgə Hava Hücumundan Müdafiə sisteminin plan üzrə təlimləri başlanıb. Ermənistan Müdafiə Nazirliyindən bildirildiyinə görə, təlimlərdə məqsəd kəşfiyyat və zərbə təyinatlı Pilotsuz Uçuş Aparatlarına (PUA) qarşı döyüş metodlarının öyrənilməsidir. Təlimlərdə Ermənistan- Rusiya zenit-raket komplekslərinin, qırıcı aviasiyalarının və artilleriya sistemlərinin komandirləri iştirak edirlər.

Bakıda bəzi ekspertlər bu məsələdən bəhs edərkən diqqəti daha çox belə məqama çəkirlər ki, bu təlim-məşqlər Azərbaycan və Ermənistan sərhədi boyunca ağır silahlardan, habelə dronlardan istifadə ilə toqquşmalardan dərhal sonra keçirilir.

"Rusiya tərəfi bu məsələyə aydınlıq gətirməyəcəksə..."

Politoloq Elxan Şahinoğlu "Azadlıq" radiosuna deyib ki, bu məsələ ilə bağlı Rusiya Müdafiə Nazirliyi açıqlama verməlidir. O, habelə düşünür ki, Ermənistan Müdafiə Nazirliyi bu təxribat xarakterli açıqlamanı Azərbaycanla Rusiyanı yenə qarşı-qarşıya qoymaq üçün də yaya bilər:"Amma Rusiya tərəfi bu məsələyə aydınlıq gətirməyəcəksə, bunu artıq Rusiyanın Azərbaycana yeni həmləsi kimi dəyərləndirmək olar".

Politoloq daha sonra da deyib: "Əgər Rusiya hərbçiləri, Rusiya müdafiə naziri Azərbaycan PUA-larına qarşı mübarizə tədbirlərini Ermənistan tərəfə izah edirsə, bu, birbaşa Rusiyanın Azərbaycana qarşı ən azı xoş olmayan siyasətidir. Ona görə açıqlama gözləyirik ki, bu məsələyə aydınlıq gətirsin".

E.Şahinoğlunun vurğulamasına görə, ilk dəfədir eşidir ki, Rusiya Ermənistan hərbçiləri ilə birgə PUA-ların neytrallaşdırılması ilə bağlı təlimlər keçir:"Bunun başqa adı yoxdur, əgər bu fakt doğrudursa, bu, Rusiya Müdafiə Nazirliyinin Azərbaycana əks həmləsidir. Görünür, Rusiyanı da narahat edən Azərbaycanın hərbi-texniki üstünlüyüdür. Bu üstünlüyü aradan qaldırmaq üçün erməni dostlarına kömək etmək qərarı verib".

"Təlimi də Rusiya keçirir, qərarı da Rusiya verir"

Deputat Vahid Əhmədov da "Turan" agentliyinə deyib ki, təlimi keçirən də, təlim adı ilə təxribatı törədən də Rusiyadır:  "Çünki məlumdur ki, Ermənistan faktiki Rusiyadan idarə edilən oyuncaq dövlətdir, Odur ki, təlimi də Rusiya keçirir, qərarı da Rusiya verir".

V.Əhmədov hesab edir ki, Ermənistanın iyulun 12-14-də Tovuz rayonu ərazisində törətdiyi təxribat da, bu təlim kimi, Rusiyanın təhriki ilə Azərbaycana təzyiq idi. Onun fikrincə, amma artıq dünya dövlətləri də başa düşür ki, Rusiya MDB dövlətlərinə təzyiq edir.

V.Əhmədovun dediyinə görə, bu hadisələrdə Türkiyənin Azərbaycanı ən yüksək səviyyədə müdafiə etməsi göstərdi ki, Azərbaycan təklənmiş dövlət deyil, onu müdafiə edən dövlətlər var: "Odur ki, belə təlimlər artıq Azərbaycan üçün təhlükə deyil"

Deputat deyib ki, dövlət başçısı İlham Əliyev Qarabağı azad etməkdə israrlıdır.

Xatırladaq ki, 2015-ciil dekabrın 23-də Rusiya Federasiyası ilə Ermənistan Respublikası arasında "Qafqaz regionunda hava hücumundan müdafiə üçün Birləşmiş regional kollektiv təhlükəsizlik sisteminin yaradılması haqqında" Saziş imzalanıb. Müqavilənin 2-ci maddəsinəəsasən, tərəflər hava hücumundan müdafiə imkanlarını təkmilləşdirmək məqsədilə Qafqaz regionunda Kollektiv Təhlükəsizlik Hava Hücumundan Müdafiə (HHM ) sistemi yaradırlar.

635x100

Şərhlər

Nəriman 2020-07-26 04:06:39

Rusiya və Ermənistan dərhal təlimlərə başlayıblar.Maraqlidir Türkiyə və Azərbaycan bunu etmirlər. Iki səbəbdən

Moshu 2020-07-25 23:44:43

Çox güman ki, şərh yazan həmkarların böyük əksəriyyəti I Pyotrun vəsiyyətindən məlumatlıdırlar və rus dilinini də bilməmiş deyillər. Həmin vəsiyyətin 14 bənddən ibarət olan mətnini diqqətinizə çatdırıram. 1. Поддерживать русский народ в состоянии непрерывной войны, чтобы солдат был закалён в бою и не знал отдыха: оставлять его в покое только для улучшения финансов государства, для переустройства армии и для того, чтобы выждать удобное для нападения время. Таким образом, пользоваться миром для войны и войной для мира в интересах расширения пределов и возрастающего благоденствия России. 2. Вызывать всевозможными средствами из наиболее просвещённых стран военачальников во время войны и учёных во время мира для того, чтобы русский народ мог воспользоваться выгодами других стран, ничего не теряя из своих собственных. 3. При всяком случае вмешиваться в дела и распри Европы, особенно Германии, которая, как ближайшая, представляет более непосредственный интерес. 4. Разделять Польшу, поддерживая в ней смуты и постоянные раздоры, сильных привлекать на свою сторону золотом, влиять на сеймы, подкупать их для того, чтобы иметь влияние на выборы королей, проводить на этих выборах своих сторонников, оказывать им покровительство, вводить туда русские войска и временно оставлять их там, пока не представится случая оставить их там окончательно. Если же соседние государства станут создавать затруднения, то их успокаивать временным раздроблением страны, пока нельзя будет отобрать назад то, что было им дано. 5. Делать возможно большие захваты у Швеции и провоцировать её на нападения, чтобы был повод для её захвата. Для этого разорвать все связи Дании и Швеции и постоянно стравливать их. 6. Всем российским императорам жениться только на германских принцессах. 7. Англия: добиваться всемерного союза. 8. Продвигаться на север к Балтике и на юг к Чёрному морю. 9. Как можно ближе придвигаться к Константинополю и Индии (обладающий ими будет обладателем мира). С этой целью возбуждать постоянные войны против Турции и Персии, основывать верфи на Чёрном море, постепенно овладевать как этим морем, так и Балтийским, ибо они нужны для осуществления плана — покорить Персию, дойти до Персидского залива, восстановить, если возможно, древнюю левантийскую торговлю через Сирию и достигнуть Индии как мирового складочного пункта. По овладении ею можно обойтись и без английского золота. 10. Австрия: открыто поддерживать союз, но втайне провоцировать против неё недоброжелательство, конечная цель — установить над ней протекторат России. 11. Вместе с Австрией теснить турок. 12. Провозгласить себя защитником православных в Речи Посполитой, Венгрии и Оттоманской империи с целью дальнейшего подчинения этих держав. 13. Когда будут разбиты Швеция, Персия, Польша, Турция и Австрия, армии соединены, а Чёрное и Балтийское моря охраняемы флотом, тогда предлагается в особой секретности предложить сперва Франции (в тексте — «Версальскому двору»), а затем Германии (в тексте — «Венскому двору») разделить сферы влияния в мире. Если кто-то из них примет предложение (а это неминуемо случится) — уничтожить сначала оставшегося противника, а потом уцелевшего. Исход борьбы будет предрешён, так как Россия в то время уже будет обладать всем Востоком и большей частью Европы. 14. Если оба откажутся от предложения, то между ними надо развязать войну и истощить их обоих. После этого Россия должна отправить сухопутные войска в Германию, а флоты из Азовского моря и Архангельска в Средиземное море и Атлантику соответственно. Это изолирует Францию и Германию и ускорит их капитуляцию, а после этого Европа будет де-факто завоёвана. İlanın ağına da lənət, qarasına da. Rusiyadan bizə böyük qardaş olmaz, olası da deyil, onlar üçün bu gün müqəddəs heç nə yoxdur. Allah bizim din qardaşlarımıza insaf versin, vaxt gələcək onların da qara qızılı tükənəcək, bütün resurslar sıfıra enəndə Rusiya, ABŞ, Çin kimi dövlətlərin qarşısında kölə, tula sifətində olacaqlar. Bizim isə əsl nicat yerimiz Türkiyə və Pakistandır. İndiyə kimi bilmirəm, bəlkə də səhv edirəm, Mərkəzi Asiya dövlətləri Tovuz hadisələri ilə bağlı öz etiraz səsini qaldırıbmı?

S/texnoloji və şərhi səhlər 2020-07-25 22:38:44

İşğalçı tərəfkeşlərinə rica və təkidlə işğaldan geri çəkilənə qədər onu təkləmək gərəkdi?

rasim quliyev 2020-07-25 22:33:41

rusiyanin cezalandirmaq lazimdir Nikolaydan qalma herbi silah sursat almaqdansa Israil.qardash Turkiye,Pakistan dan silah alinmali onlarin silahi 21edr aiddir daha nikolaydan qalma silahlari modernizasiya ede ede durublar

M.Əsgərov 2020-07-25 18:39:09

rusiya bizə silah satır və satdığı silahların da sirlərini düşmənimizə təlimlə oyrədir, belədirsə rus silahlarını biz nə üçün almalıyıq?....

Millikişi 2020-07-25 17:11:18

Qarabağ məsələsində istər bilavasitə, istərsə də dolayısıyla əsas işğalçı rusdur! Təbliğatda əsas səhvimiz də məhz işğalçını adı ilə çağırıb ifşa etməməkdir. Torpaqlarımızın rus şovinizmi tərəfindən kəsim-kəsim erməniyə verdiyi keçmişdən bu günə bu şovinizmi ifşa etmək əvəzinə «atan kazaklardır» dedik. Bu gün adını 5-ci kolon qoyub içimizdəki düşmənlərin açıqca adını demirik və onun içinə hər şeyi yığırıq və kolon deyilən düşmən yığnağının məhz rusa aid olduğunu belə açmırıq. Yenə rus xofu. Ən son təcavüz. Erməni cürət edib Tovuza hücum etməzdi, çünki çox ağır verərdi bədəlini. Baxın generalımızı qətlə yetimiş olsaydı onda ordularının «qüdrəti» barədə ermənisayaq misli görünməmiş təbliğat başlanardı. Şəxsən mən bununla rastlaşmadım. Bu o deməkdir ki, erməni erməniliyi ilə «ara mən deyiləm bildiyindir» dedi. Biz isə bunu açıq demirik, diplomatcasına da demirik. Rus xofunu elə oturdublar canımıza. İnanın mənə müdrik dövlət idarəetməsiylə, milli qürur hissini bərqərar edib dölətin yanında olub milli birliklə bu qorxunu dəf etməyə qadir xalqıq. Rus daha nə etməlidir ki, biz xalq olaraq yetər artıq deyib silaha sarılıb ana südü qədər halal torpaqlarımızı rus caynağından qoparıb təmizləyək. Hazırki vəziyyətdə 1-ci növbədə 5-cimi 6-cımı kolonun fərdi olaraq tərkibini adbaad açıqlamlıyıq, daxili satqınları ifşa edib ölkədən qovmalıyıq. Kimsə demişdi «tüfəngimdə 6 patron varsa onlardan 5-ni daxili düşmənlərə sıxaram biri ilə düşməni məhv edərəm». Rusun tarix boyu bizə qarşı törətdiyi terror faktlarını ki, bunlar təsdiq olunan yüzlərcədir, torpaqlarımızın binamus, ən əclaf olan millətlərə farslara və ermənilərə verilməsini, ki, bu da təkzibedilməz tarixi və acı həqiqətdir, hər bir məqamda və yüksək beynəlxalq kürsülərdən dünyaya bəyanımız Qarabağ təbliğatımızın əsasını təşkil etməlidir. Ciddi milli nizam-intizamla dövlətimizin, ordumuzun və Prezidentimizin ətrafında möhkəm birləşib Müqəddəs müharibəyə başlamalıyıq. Heç kəsə, heç bir beynəlxalq təşkilata güvənmədən bu məsələni bitirməliyik. ...

.EJDER 2020-07-25 17:10:24

AYE,,KQBEWNIK,,PUTIN CAR DIRRRR.

Xalq 2020-07-25 14:48:11

t.ədalətin fikirlərini biz də ürəkdən dəstəkləyirik.Türkiyənin bazası qurulmalıdır,bir ordu, bir millət prinsipi ilə. Bütün rus agentləri ordudan qovulmalıdır.

Vətəndaş 2020-07-25 13:04:00

Ruspərəstlər bilməlidir onlar ermənini qoyub heç vaxt bizə dost olası deyil. Kimsə buna inanırsa deməli o ölkəni,xalqı yox ancaq özünü fikirləşir

Mirzə Qafarlı 2020-07-25 12:59:26

Ermənistan monoetnik ölkədir, yəni demək olar ki, orada Rus hərbi qulluqçulardan başqa ruslar qalmayıb.

Eli 2020-07-25 12:08:23

Rus casuslarını ordudan yox bütün ölkeden qovmaq lazımdır

Сeber 2020-07-25 12:00:22

Uzun uzadi mülahizələri qisaldan tərss məssəb sözlər var . misal roma Papasindan müqəddəs olmaq gülüncdür , analoğiya ilə nəzir qutusu kimin hüququdursa mürdəşil molla tarifləri də onda . .. . Paşinyanin planin həyata keçməsi Kremlin ikinçi dəfə dağilmasi bu dəfə məhf olmasidir . Paşinyan 6 ay yerində qalsa Putindən başlamiş Nazarbayevə qədər hami 4 yolada siyasətdən birdəfəlik silinəcəkdir .

nihad 2020-07-25 11:43:52

Rusiyanın agentləri xüsusi orqanlara yaxşı məlumdur,onların hamısı cəzalanmalıdır ki,ruslaın burada dayagı qaldıqca biz təhlükədə və asılı vəziyyətdə yaşayacagıq

Şaiq 2020-07-25 11:34:16

RUSİYADAN NƏYİN İZAHINI GÖZLƏYİRSİNİZ ? DAİMA ERMƏNİSTANA YARDIM EDƏN, ONUNLA ÇOXSAYLI HƏRBİ MÜQAVİLƏLƏRİ OLAN RUSIYADAN NƏYİN AÇIQLAMASINI BƏKLƏYİRSİNİZ. QARABAĞI RUS ORDUSU İŞĞAL EDİB, 1992 Cİ ILDƏ PSKOV DESANT DİVİZİYASININ QARABAĞDA NƏ İŞİ VARDI ? BOŞ - BOŞ DANIŞMAĞIN VAXTI KECİB. TƏCİLİ OLARAQ TÜRKİYƏ CÜMHURİYYƏTİ İLƏ STRATEJİ, HƏRBİ MÜQAVİLƏLƏR BAĞLANMALI, BAZA MƏSƏLƏSİ TEZLİKLƏ HƏLL OLUNMALIDIR.

İki təklif, əski SKAZKA 2020-07-25 11:33:02

RFnın orda 366dan yüz qat güclü bazaları var. Az 26 ildə İşğalçını silahlandıran Kremlə heç bir not verməyib?

Eldəniz 2020-07-25 10:58:15

Rusiya öz muteffiqi olan ermənidən heç vaxt əl çəkən deyil. Erməni sərhədlərinin Rusiya nəzarəti altında olduğunu nəzərə alsaq bu təlimlərin birbaşa bizə qarşı olduğunu başa düşmək elə de çətin deyil...Görmüsüz Lavrov öz missiyasını buraxıb meyeve

t.ədalət 2020-07-25 10:47:01

Təəssüflər olsun ki,regionu qan gölünə çevirən əsas düşmənin --Rusiyanın adı hələ də çəkilmir.Biz Rusiyanın adını çəkməsək də dünya hər şeyi yaxşı görür.20 Yanvar Bakı qırğınını törədən Rusiya(sovet hakimiyyəti də Rusiya idi) iki millət arasında ədavəti dərinləşdirmək üçün Xocalı soyqırımını törətdi.Dağlıq Qarabağ ərazisində Rusiyanın üç həırbi hissəsi var idio.İkisi Xankəndində,biri də Hadrutda.Bu gündə sərhədlərimizdə və işğal edilmiş ərazilərimizdə təxribat törədən Rusiyadır.Biz Rusiyanın istilaçı və qəsbkar olduğunu,əsgər və zabitlərimizi öğldürənin də Rusiya olduğunu dünyaya bəyan etməliyik.Rus casuslarını ordumuzdan uzaqlaşdırmalıyıq!

Vətəndaş 2020-07-25 10:27:53

Bizimkilər də Türkiyə ilə başlasın təlimə. Bu fürsəti əldən vermək olmaz,,,

Son yazılar