“ORDUMUZ NAXÇIVANDAN HÜCUM EDİR VƏ MEHRİNİ ALIR...” – “Ermənistana hücum edə bilərik”

“Ermənistanın düşmən dövlət olması - bizə hücum etməsi, ərazimizi işğal etməsi - beynəlxalq hüquqa görə özümüzü müdafiə etmək haqqımızı aktuallaşdırır. Özünümüdafiə haqqının gerçəkləşdirilməsi hücuma məruz qalmış dövlətin ərazisi ilə məhdudlaşdırılmır. Yəni özünü müdafiə edən dövlət müdafiəsini yalnız öz ərazisində qurmağa borclu deyil. Hücuma məruz qalmış dövlət, özünümüdafiə məqsədləri üçün, ona hücum etmiş dövlətin ərazisində də hərbi əməliyyatlar apara bilər”.

“AzPolitika.info” xəbər verir ki, bu fikirləri deputat Erkin Qədirli bildirib. O, qeyd edib ki, sözügedən hüquq BMT Nizamnaməsinin 51-ci maddəsinin tekstindən və kontekstindən də anlaşılır: “Orada xüsusilə vurğulanır ki, "bu Nizamnamədə heç nə hücuma məruz qalmış BMT üzvünün ayrılmaz haqqı olan fərdi və ya kollektiv özünümüdafiəsini əngəlləmir". Burada "heç nə" sözləri çox önəmlidir. Yəni, başqa hallarda digər dövlətə hücum etmək qadağan olunursa, özünümüdafiə məqsədləri üçün bu, icazəli sayılır. Odur ki, biz müdafiəmizi yalnız öz ərazimizdə qurmağa borclu deyilik. Biz Ermənistana hücum edə bilərik. Beynəlxalq hüquq bunu bizə qadağan etmir”.

Deputat vurğulayıb ki, hərdən biz tərəfdən (hökumətdən, müxalifətdən və s.) kimsə Ermənistana hücum haqqında danışarsa, burada beynəlxalq hüquqa zidd heç nə olmayacaq: “Yetər ki, legitim hərbi hədəflərlə legitim olmayan mülki hədəfləri qarışıq salmayaq. Əslində, Prezidentin o gün dediyi kimi, Ermənistan bizimlə təkbətək savaşarsa, gedişat belə ola bilər:

1) Naxçıvandan ordumuz hücum edir və Mehrini alaraq Ermənistanın İrana yolunu bağlayır;

2) Eyni zamanda ordumuz Ermənistanın şimalına hücum edir və onun Gürcüstana yolunu bağlayır;

3) Ermənistan məcbur olur qoşunlarının önəmli hissəsini Qarabağdan çəksin ki, öz ərazisini müdafiə edə bilsin;

4) Bu zaman da ordumuz əsas hücumunu Qarabağda başlayır.

Beynəlxalq hüquqa görə bunu etməyə haqqımız var. Yalnız, bunun üçün gərək gerçəkdən Ermənistanla təkbətək olaq. Ermənistanın ərazisində hərbi əməliyyat aparmağımıza mane olan beynəlxalq hüquq deyil, Rusiyadır”.

“AzPolitika.info”

635x100

Şərhlər

Cəmşid Dərələyəzli 2020-07-27 10:36:07

Qətiyyət və cəsarət olsun, Naxçıvandan hara hücum etməyi Naxçıvan Komandanlığı çox gözəl bilir.. Sadəcə Ali Baş Komandan əmr versin yetər. Qaldı Rus aspekrinə, bu düşünceni kafalardan silmək lazımdır. Rusiya erməni tərəfində hərəkət etməyə o anda cesaret etməyə cəhd ettsə, bizimde yanımızda olanlar tapılacaq.

Eli 2020-07-27 09:10:34

Bu meselelerin hamısı ermeniler terfinden düşünülmüş ve plaşı şekilde Qarabağın meselesini helli üçün edilirdi Biz gerek Tovuz hadiselerinden sonrakı aktivlimizi qoruyaq ve artıaraq ki Qarabağ mrselesinin helline nail olaq yoxsa bu mesele ele de sade mesele deyil onları tek Rusiya yox butun dünyanin aparıcı dövletleri ve satqın öüselman ölkeleri müdafie edir

Eli 2020-07-27 09:04:06

Eşitdiyime göre o vaxt bu şerefsiz ermeniler Qorbaçov be onun etrafına Eliyevi işden çıxartmaq üçün 30 million pul xerclemişdilwr ki bu da o dövr üçün ço böyük mebleğ idi Qorbaçovun arvadına verilen hediyye de öz yerinde

Eli 2020-07-27 08:44:00

Bu mesele Moskvada hell olanda Az NS sedri Hesen Seyidov idi Eliyev ona tapşırır ki SSRİ NS-nin qerarını almamış Moskvanı terk etmesin.Onda NA-nin İşler idaresinin müdiri Smşrtyukov idi ki o da Ermenistandan SSRİ Ali Sovetine deputat seçilmişdi.Seyidov bir hefte sonra Eliyeve deyir ki Söirtyukov qerara qol çekmir.O ise SSRİ NA-nin sedri Tixonovun eli ile ona töhmet erdirib meseleni müsbet hell edir.Demek isteyirem ki ermeniler bu meselelerde hemişe teşkilatlanmış olurlar .Ancaq son 30 ilin tecrubesi gösterir ki biz çox vaxt hadiselerin yedeyin de gedirik teşebbüsü ela ala bilmirik Mence bir az aktiv olmalıyıw başqa çare yoxdur

Eli 2020-07-26 23:36:13

Davamı.Ermenistanın birinci katibi onfam Siyasi bütpya şikayet etmek isteyende on a demişdi ki ehtiyatlı ol bu dövlet ejemiyyetli işdir özünü işr salatssm .Ancaq Naxcıvandz olanda Ümid körpıdunı tukib öeqsedine qismen mail oldu.Mence tarix gösterdi ki o Naxçıvanın tehlükesizliyi meselesini demek olar ki hell eledi.Demek isteyirsm ki ele meseleler var kiminde haqqonı dznmaq olmu .İnşaallah Qarsbağ meselesi de qisa müddete hell oar.Smin

Eli 2020-07-26 23:26:19

Rehmetlik Heyder Eliyev SSRİ NS sedrinin birincimüavini işleyende Elet-Culfa avtomibil yolunun çekilişiniSSRİ güc nazirliklerinin. vesaiti hesabına heyata keçirmeys nail olmuşdu ki yolun 17 km -Mehrinin erazisinden keçirdi ve öAzerbsycznı Naxçıvanla birleşdirirdi Rehmetlik els bil bu günü götürdü hiss edirdiOnu işden çixaramdan sonrs bu işler dayandı .Ancaq ermeniler ne etselerde bu işi dayandıra bilmemişfiler be deyirdiler ki Eliyev Azddnayczmı Türkiyyeye bitleşdirmek isteyir

OQTAY 2020-07-26 21:04:17

Naxcivandan hucum ederek,TURKI-ye ile,Azerbaycani arasini,tamamile acmaq lazimdir!!!

Eldəniz 2020-07-26 21:00:15

Rusiya erməni sərhədlərinin mühafizəsinə birbaşa cavabdehliyi var ..Belə olan halda biz Rusiya imperiyası ilə müharibə aparmalı olacağıq ..Bu çox absurddur..Gelin özünüzü aldatmayaq . B

Seyid 2020-07-26 18:47:19

"Lazım" gəlsənin əvəzinə Yalnız gəldi özüdə təkbətək olaq. 5-10 söhbəti uzatmaq üçün yeni təklifdə bulundu E.Qədirli müəllim, deputat

miri 2020-07-26 17:50:02

Dedilər müxtəlifatdan bir nəfər deputat təyinina mane

Qədirliyə 2020-07-26 17:46:11

Erkin bəy,yuxun çin olsun! Mehrini almışıq?

Vətəndaş 2020-07-26 17:43:19

Bir ağıllı da burdan çıxdı.Rusiya ilə biz niyə ərazi məsələsində razılaşa bilmirik?Səbəb nədir? Bəlkə Hakimiyyətin gizli danışıqları var.ona görə bizim əl qolumuzu bağlayırlar?Bu məsələni açmağa cəhd edən millətin Vəkili varmı??o

Qabil Hüseynli 2020-07-26 16:34:45

Qeyri-real təklifdir.

rasim quliyev 2020-07-26 15:11:32

Hormetli deputat Siz esgerlikde olmusuz?

Şai 2020-07-26 15:03:07

YAZININ BAŞLIĞINI ( QARA HƏRFLƏRİ) OXUDUQDA CUŞA GƏLDİM, QİŞQİRMAĞA BAŞLADIM Kİ, ŞAD XƏBƏRİ HAMIYA ÇATDIRIM. QİRMIZI HƏRFLƏRLƏ YAZILMIŞ YAZI SFETOFORUN QIRMIZI IŞIĞI KIMI MƏNI STOPLATDI. YOLDAŞ DEPUTAT, BU, YAZI XATİRİNƏ YAZILMIŞ YAZIDIR. ...

Türk 2020-07-26 14:58:17

Allah sənə bir ağıl versin. AMİN

t.ədalət 2020-07-26 14:45:15

Naxçıvandan ermənistan ərazisinə hücum birbaşa..... istəyidir.Onlar bu yolla Türkiyəni Rusiya ilə müharibəyə cəlb etdirmək istəyirlər ki,zəifləmiş Türkiyəni digər tərəfdən terrorla çökdürə bilsinlər.Bizim hücumların bir yolu var,o da Dağlıq Qarabağın işğal altında olan əraziləridir.Biz müharibəni torpaqlarımızın azad edilməsi üçün apara bilərik.

Erkin Qədirliyə 2020-07-26 14:38:10

malades, sənə bir məsləhət: özüvü həimə göstər.

Rüstəm 2020-07-26 14:15:35

Müharibə başlayıb onu etməyə cəsarət varsa elə Qarabağa hücum edib torpaqlarımızı almaq olar. 27 ildir müharibə dayanıb, 1 metr torpaq alınmayıb, bu deputat Ermanistanın ərazisini işğaldan danışır.  Öz torpağında əməlyat aparmağa dux çatmır. Ermənistan ərazisi almaqdan danışır. Bunda və bunu kimilərdə bir ağıl varmı? Ağlı olsa deyər ay hökumət müharibə elan edin hamımız gedək vuruşaq, ölək torpağımızı düşməndən alaq. Yoxsa nağıl danışmaq...............

Eli 2020-07-26 14:04:40

Bir de döğma 40 million azerbaycanlı yaşayan İrandır İrsn

Son yazılar