KORONAVİRUSA YOLUXANLARIN SAYI YENİDƏN 400-ü KEÇDİ - 9 nəfər vəfat etdi

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 417 yeni yoluxma faktı qeydə alınıb, 602 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Report"a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 30 050 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 22 684 nəfər müalicə olunaraq sağalıb, 417 nəfər vəfat edib,6 949 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 296, ötən müddət ərzində isə ümumilikdə 683 548 test aparılıb.

635x100

Şərhlər

M.Əsgərov 2020-07-26 19:24:25

əsassız fikir bildirməyin, ətrafınızdakı yoluxan və ölənlər sizə heç nə demir?,

seçici 2020-07-26 19:03:12

karantin gələn SEÇKİYƏ qədər getdi. Səsi türmədə verəcəyik. Kim əleyhinə versə qalacaq türmədə, lehinə vertənləri açıb buraxacaqlar.

Səbuhi 2020-07-26 17:25:49

Əksər insanlar 24 saat ərzində kondisioner altında yaşayır. Ona görə də xəstəlik artır.

t.ədalət 2020-07-26 17:10:42

Sərtləşdirmə güclənəndə yoluxma da artır.Karantini uzatmaq üçün yavaş-yavaş yoluxma da artacaq.Hamının bildiyi aksiomadır.

Son yazılar