YENİ TƏHSİL NAZİRİ TƏYİN OLUNDU - Emin Əmrullayev kimdir? (Yenilənib)
Baxiş sayı:
Dərc olunub:
27/07/2020 - 13:08
Emin Eldar oğlu Əmrullayev Azərbaycan Respublikasının Təhsil naziri təyin edilib.
Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. Bildirək ki, Emin Əmrullayev peşəkar Təhsil işçisi kimi tanınır.
Təhsil Nazirliyində Təhsilin keyfiyyətinin qiymətləndirilməsi sektorunun müdiri vəzifəsində çalışdığı zaman islahatçı və peşəkar kadr olaraq yadda qalıb.
Sonradan Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri təyin olunub.
2016-cı ilin aprelindən Təhsil Problemləri İnstitutunun (TPİ) direktorunun səlahiyyətləri Emin Əmrullayevə həvalə olunub.
AzPolitika.info
Ölkə
Son yazılar
19:15
NATO müdafiə nazirləri Ukraynaya havadan müdafiə sistemləri göndərmək barədə razılığa gəliblər
Şərhlər
Cənab Təhsil naziri Tovuz rayonu N.Sadıqov adına Alakol kənd tam orta məktəbinə bax dərdimizə əlac elə.hər müəllimə 1 xadimə verirlər.Bu məktəbdə ,ancaq xadimə ştatı var.başqa ştat yoxdur
Bimək istəyirəm nə üçün tərcümeyi-halı gizli saxlanılır ?
Yaziq azerbaycan xalqina ki bele tehsil idare etme rehberleri var
Son 20 ildə öz işinin öhtəsindən normal gələn, səriştəli, korrupsiyaya , bulaşmammış, xalqa əvəzinə cibinə işləməyən nazirin adını kim bilir?
Tebrik edirem, dovletimiz ucun xeyirli ve ugurlu olsun.
UĞURLAR.DÖVLƏTİMİZƏ ,MİLLƏTİMİZƏ LAYİQLİ ÖVLADLAR YETİŞDİRMƏYİ ARZU EDİRƏM.
Əyər bir adamın doğulduğu yer göstərilmirsə bilinirki yerazdır......Çox təhlükəli siyasətdir
Allah dövlətimizə millətimizə xeyri etsin inşaallah. Çox sevindim təbrik edirəm qardasimizi
Yeni nazir haqqinda bir video izledim cox semimi insan tesiri bagisladi.bu oglana umid elemek olar deyesen. tehsilde donus yarada bilecek savadli ve pesekar birine benzeyir
Təbrik edirik
Təhsildə keyfiyyt varmı ki.hələ onu qiymətləndirmək ola?Dərsliklər o gündə,tədris yarıtmaz,universtitet məzunları işsiz.
Uğurlar arzulayırıq!
DEmli,təhsil keyfiyyətinin bu kökə salınmasında günahkar olan üzə çıxarıldı?Əsən! Bundan nə gözləmək olar ki?
Bu gün mən və mənim ailə üzvlərim sevinc işərisindədir. Mənim övladımın taleyində mühüm rol oynamış, gözəl və həssas insanı, Emin Əmrullayevi Prezidentimiz Təhsil naziri təyin edib. İki il bundan əvvəl, 132-134 təhsil kompleksində təhsil alan, əlaçı qızım elan etdi ki, məktəbə getmək istəmir. Səbəb kimi, məktəbin rəhbərliyinin onun arzusunu nəzərə almadan onu iqtisadiyyat deyil, təbiət elmləri qrupuna yazmaları idi. Qızım iqtisadçı olmaq istəyirdi. Mənə məktəbdə dedilər ki, bu cür məsələlərlə nazirlikdə Emin Əmrullayev məşğul olur. Mən, Emin müəllimə yaranmış vəziyyət barədə mesaj göndərdim. Axşam saat 11 olardı, Emin müəllim mənə zəng vurdu. Düz bir saat mənimlə telefonla danışdı. Baş vermiş hadisəni bütün detallarını ətraflı öyrəndi. Təhsildən yayınmanın yolverilməz olduğunu bildirdi. Ertəsi gün məktəbdən bizə zəng vurub dedilər ki, övladınızın təhsil aldığı qrupu Emin müəllim dəyişdirib. Mən dövlət qulluqçusu olanda insanlara qarşı həssas olmuşam. Amma Emin müəllim qədər yox! Mənim qızım məktəbi qızıl medalla bitirdi. Hazırda İqtisad Universitetində dərs əlaçısıdır. Mən və mənim ailə üzvlərim Emin müəllimi nazir təyin etdiyinizə görə Prezidentimiz’ dərin minnətdarlığımızı bildiririk.
Elə bunun təhsildə fəaliyyətə başlayandan təhsil problemlər burulganına düşdu və indi bogularaq can verir.Yəqin FATİHƏSİNİ verməyə gəlib...
Təbrik edirəm. Uğurlar arzulayıram