“RUSİYA İMPERİALİZMİ PUTİNİN SONUNA ÇIXA BİLƏR...”- “Kremlin bu ölkələrə bir neçə hücum variantı var”

“Önümüzdəki aylar təkcə Rusiyanın qonşuları deyil, özü üçün də təhlükəli olacaq”

ABŞ-ın “The Hill” qəzeti “Rusiya imperializmi Putinin sonuna necə çıxa bilər” başlıqlı məqaləsində Rusiya Prezidenti Vladimir Putinin özünün neoimperialist düşüncələrini reallaşdırması istəyinə toxunub. 

“AzPolitika.info” xəbər verir ki, məqalədə həmçinin bu siyasətin əks effekt verməsi və nəticədə Putinin öz hakimiyyətini itirməsi ehtimalının yüksək olduğu deyilir. Həmin məqaləni diqqətinizə çatdırırıq:

"Vladimir Putin iqtisadi böyümə və “rus dünyası”nın dirçəldilməsi sayəsində ölkə içərisndə özünə dəstək təmin edə bilib. Rusiya iqtisadiyyatının kəskin düşüşü şəraitində isə Kremlin imperiya statusunu geri qaytarmaq üçün keçmiş sovet respublikalarından olan yaxın qonşularının hansınasa qarşı hücum təşkil etmək ehtimalı böyükdür

Məsələn, Rusiya 12 il bundan əvvəl ictimaiyyətin diqqətini maliyyə böhranından yayındırmaq üçün Gürcüstana soxulmuşdu.

2014-cü ildə Putin öz hakimiyyətinə qarşı artan etirazları daha asan yatırmaq məqsədilə Ukraynaya hərbi müdaxilə həyata keçirdi. Əgər bir çox mühüm faktorları nəzərə alsaq, onda əminliklə deyə bilərik ki, önümüzdəki aylar təkcə Rusiyanın qonşuları deyil, həmçinin onun özü üçün də xüsusilə təhlükəli olacaq.

Əlbəttə, təcavüzkar xarici siyasət müəyyən mənada ölkə əhalisinin diqqətini Rusiyadakı iqtisadi tənəzzüldən yayındıra bilər və elə indiki qlobal pandemiya da bunun üçün nadir strateji imkanlar verir. Çünki hazırda Qərb ölkələrinin başı səhiyyə böhranı və onun vurduğu iqtisadi ziyanlara qarşıb. Digər yandan isə ABŞ bir dövlət kimi seçki kampaniyasının ən qızmar çağındadır, həmçinin sosial və iqtisadi sarsıntılar keçirir.

Kremlin Rusiya sərhədi boyunca yerləşən Avropa və Mərkəzi Asiya ölkələrinə qarşı bir neçə hücum varinatı var. Hərçənd ki, əhalisinin əksəriyyəti etnik ruslar olan şimali Qazaxıstanı qamarlamaq Moskvanın çoxdankı arzusudur, lakin unutmayaq ki, bu cür avantürist əməliyyatın sonu çox xoşagəlməz dağıdıcı nəticələrə gətirib çıxara bilər. Həm də ki, bu cür hərəkət Rusiyanı digər Mərkəzi Asiya ölkələrindən uzaqlaşdırar. 

Çoxsaylı rusların yaşadığı Estoniya və ya Latviyaya ediləcək hücum isə cəlbedici görünsə də, bu, ABŞ-ı öz NATO müttəfiqlərini müdafiə etmək üçün ciddi hərbi fəaliyyətə sövq edər.

Ən kövrək mövqeyə malik ölkələr NATO üzvü olmayanlardır. Çünki onların müdafiəsi kollektiv təhlükəsizlik alyansı tərəfindən təminat altına alınmayıb. Moskvanın neoimperiya düşncələrinin əsas elementi Ukraynadır. Onun müstəqilliyi və Qərbə inteqrasiyası Kremlin bu ölkəyə olan ədalətsiz tarixi, mədəni iddialarına zərbə vurur.

Rusiya Krım yarımadasını və Donbasın bir hissəsini işğal etsə də, Moskva Kiyevi öz nəzarəti altına ala bilməyib. Ona görə də Putin Ukraynanın suverenliyinə qarşı növbəti hücum təşikl etmək variantları barədə düşünür. Bu variantlar içərisində Donbasdakı işğal ərazisinin genişləndirilməsi də yer alır.

Daha bir real varinat isə humanitar aksiya pərdəsi altında quraqlıqdan əziyyət çəkən Krıma kömək etmək məqsədilə keçirilə biləcək əməliyyatdır. Bu hərbi əməliyyat Ukraynanın Azov dənizindən Odessaya qədər olan cənub sahillərinin zəbt olunmasını nəzərdə tutur. Belə bir əməliyyat nəticəsində Ukrayna Qara dənizə çıxışdan məhrum olar və nəticədə onun iqtisadiyyatı dərin çöküş yaşayar.

Bundan başqa NATO üzvü olan Rumıniya, Qara dənizdəki enerji platforması və ticarət daşımaları təhlükə ilə üzləşər. Rusiya Ukrayna sərhədləri yaxınlığına yüksək döyüş hazırlığına gətirilmiş 150 min nəfərlik ordu və 100-dən çox hərbi gəmi yığıb. Həmin hərbi birləşmələr hücum əməliyyatlarına hazır olmaq üçün bir sıra təlimlər keçirlər. 

Moskva bəyan edir ki, bu təlimlər meydana gələ biləcək hər hansı terror təhlükəsini önləmək məqsədi daşıyır. Lakin bu təlimlərin əsl məqsədi çox qorxulu görünür.

Belarusda artan gərginlik və 9 avqusta təyin olunmuş qalmaqallı prezident seçkilərindən Putin bir bəhanə kimi istifadə edərək, özünü bu ölkəni Aleksandr Lukaşenkonun mütləq hakimiyyətindən qurtaran bir şəxs kimi təqdim edə bilər. Lukaşenko rejiminin yıxılmasından sonra isə Minskdə hakimiyyətə qərbpərəst demokratik hakimiyyətin gələcəyinə ümid bəsləmək əbəsdir. 

Əksinə, Moskva bütün gücü ilə səy göstərəcək ki, Beralus Ukrayna və Gürcüstanın yolu ilə getməsin. Amma Kremlin hesablamalarına baxmayaraq, Putin imperiyasının sərhədlərinin genişləndirilməsi ölkə içərisindəəks effekt verə və neqativ nəticələr doğura bilər.

Paradoks ondadır ki, xarici ölkələrə hücum çəkməklə daxili problemlərdən fikir yayındırmaq insanların narazılığını və qəzəbini tamamilə başqa məcraya yönəldə bilər. Bahalı hərbi avantüra Rusiyanı maliyyə cəhətdən tükəndirib taqətdən salar.

Nəticədə bu, Rusiya əhalisinin böyük əksəriyyətini tam əmin edər ki, ölkədəki problemlərin yeganə həlli yolu Putinin hakimiyyətdən kənarlaşdırılmasıdır". 

635x100

Şərhlər

Eli 2020-07-29 01:11:46

Ola bilsin ki bı öz senetini yaxşı bilir.Dövlet idare etmek cüsudi nir seneydir bu her adsmın işi deyil Dövlet idare etmek tek silahlanma zor ve s.deyil Qısası bunun uzun müddetdd gördüyü işler göz qabağındadır İnkişaf yox ancaq başqalarıa hede qorxu ve “блеф» Ne isr yaşayarıaq görerik Sonuncu imperiyalar da dağılacaq

vuqar 2020-07-28 22:14:16

Put|n h0kumet| ele hereketler |m|tas|ya ed|rk| guya Rus|yan| ve ehal|s|n| ag gune c|xarmaq ucun cal|s|r esl|ndese xal|s ..C|BE.. |sley|r bu 20.|l erz|nde!

OQTAY 2020-07-28 20:28:25

Millikisi,yarali ayi yox,yarali kaban,Rusiyanin ozu,ozunu saxlaya bilmir,Mesele var,keci can qatqisindadir,qeseb piy axtarir.Rusiya daqilir!

Azərbaycan əyalətindən 2020-07-28 18:14:08

V.V. Putin ƏMİ rusdan çox azərbaycanlı və sanki cənab Donaldın 2ci qardaşıdır. Pərəstişkarı da çoxsa Vərdişkar tacdan niyə imtina etsin?

Eli 2020-07-28 17:56:31

Bu adamın derin ağlı yoxdur daha doğrusu var ancaq bu öz milletinin düşmenidir.Tek herni qüdreti artırıbç

Eli 2020-07-28 17:26:54

Bu adam özü kimi köhne KQB-şnikleri yığıb başına sökürler Rusiyanı millet de как всегда vurmağında eyyaşlığındadır .Bunlar bir dövlet olaraq etalet qüvvesi inin hesabına gedecek.Sonra ose SSRİ-ni nece dağıtdılarsa Russiyanı da ele dağıdacaqlar.Niye ?Ona göre ki 1800_ ci ilde dünya ehalisi 1 milliard olanda rys imperiyası 100 million idi dünya servetinin 3- de biri bunların torpağının altındadır .İndi dünya ehalisi 7,7 milliard bunlarsa 147 milliondur Dunyanı idare edenler deyir ki bu edaletsiz bölgüdür Mesele un davasıdır ve bu gec tez baş verecek

musa 2020-07-28 15:44:01

saakaşvili onun adini yaxşi qoyub mayor petrov düşüncasi ondan yuxari qalxmayib

Boris Ocaqov 2020-07-28 14:49:42

Путин один из властелинов бывщих РСС, которые вроде восстановления богатого капитализма раздавая накопленного имущесева и производства укрепили свои монархии?

Özgür 2020-07-28 14:44:05

hədəf Belorusiya və Qazaxıstandır.

Xalq 2020-07-28 14:42:05

Putin məncə Kazaxıstana hücum eləyəcək, Azərbaycana isə Türkiyənin qorxusundan daha hücum etməz inşaallah.

Şaiq 2020-07-28 14:04:41

Rusiyanın kiçik dövlətlərə parçalanması labüddür. Rusiya özündən zəif, onun dediyi ilə oturub duran dövlətlərdə at oynadır. Kiçik bir Çeçen xalqı rus ordusunu rəzil, rüsvay, məğlub etdi, diz çökdürdü. Yəni, rus ordusu göründüyündən daha zəifdir. Bəziləri düşünür ki, Putin atom silahından istifadə edə bilər. Putinin tələbə yoldaşı Yuriy Şveçdən Sitat: Atom bombasının düyməsini basmağa Putinin cürəti çatmaz, botoksları əriyər. Yaxın vaxtlarda onu aradan götürəcəklər.

yalçın 2020-07-28 13:22:33

vampirializm

Eko 2020-07-28 12:59:18

Putin kimi rusiyani daqidan bashci , olmayib hele )))

Millikişi 2020-07-28 11:53:35

Putin yaralı rus ayısıdır. Yaralı ayı isə çox təhlükəli olur. Bu ayı məhv eailməsə çox fəlakətlər törədəcək. Əminəm ki, ABŞ və qərb bunun fərqindədir.

Son yazılar