Azərbaycanda daha 412 nəfər koronavirusa yoluxub - 7 nəfər vəfat edib
Baxiş sayı:
Dərc olunub:
28/07/2020 - 15:53
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 412 yeni yoluxma faktı qeydə alınıb, 631 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Bildirilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 30 858 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 23 873 nəfər müalicə olunaraq sağalıb, 430 nəfər vəfat edib, aktiv xəstə sayı 6 555 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 429, ötən müddət ərzində isə ümumilikdə 698 815 test aparılıb.
Ölkə
Son yazılar
10:00
"Şimali Kipr, Türkiyə və Azərbaycan tibb sahəsində imkanlarını birləşdirməlidir" - Ersin Tatar
Şərhlər
Statistika üzərində manipulyasiyalar davam edir.Yenə insanlara zülm etməyi davam etdirmək düşünürər.Bir deyən yoxdur ki,sərt qarantin edib nə etdiniz? Dezinfeksiya yox. xəstəxanalarda baxım pis,dərman verilmir,Yalnız cərimə-cərimə.ü