Minaya düşən tovuzlunun həyatını hərbçilərin verdiyi qan xilas etdi - Yenilənib

Türkel TV xəbər verir ki, yaralı xəstəxanaya gətirilərkən böyük miqdarda qan itirdiyinə görə dərhal qanvermə aksiyası təşkil olunub.

Hərbçilərin və xəstənin yaxınlarının qan verməsindən sonra Bayram Süleymanovun həyatına olan təhlükə sovuşub.

Həkim Kəmaləddin Abbasov bildirib ki, Bayram Süleymanovun sağ ayağı travmatik amputasiyası olunub: "Baldırdan aşağı, üçdə birindən. Eyni zamanda bədəninin bir neçə yerindən müxtəlif ölçülü qəlpə yaraları almışdı. Xəstə ağır travmatik şokdadır. Xeyli qan itirmişdi. Yardım göstərilib”.

* * * 11:47

Tovuzda mal-qarasını axtaran Əsrik-Cırdaxan kənd sakini, 59 yaşlı Bayram Süleymanov minaya düşüb.

Axşam saatlarında iribuynuzlu heyvanlarının həyətə gəlmədiyini görən kənd sakini Ermənistanla sərhəd əraziyə keçib və nəticədə minalanmış ərazidə güclü partlayış baş verib.

Hadisə zamanı sağ ayağını itirən Bayram Süleymanovu hərbçilər Tovuz Mərkəzi Rayon Xəstəxanasına çatdırıblar. (milli.az)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar