TÜRKİYƏNİN AVİASİYA TEXNİKALARI NAXÇIVANA GƏLİB - Təntənəli qarşılanma mərasimi olub (VİDEO)

Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərinə cəlb edilən Türkiyə Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusu və aviasiya texnikaları Naxçıvana gəlib.

"Report" xəbər verir ki, Əlahiddə Ümumqoşun Ordunun hərbi aerodromunda təlimlərə cəlb edilmiş heyətin təntənəli qarşılanma mərasimində Türkiyə və Azərbaycan Respublikalarının Dövlət Himnləri səsləndirilib.

Yük təyyarələri ilə gətirilən Türkiyə Silahlı Qüvvələrinin hərbi daşıma, hücum və döyüş vertolyotları Əlahiddə Ümumqoşun Ordunun hərbi aerodromunda döyüş atışlı taktiki-uçuş təlimləri üçün hazır vəziyyətə gətirilir.

635x100

Şərhlər

Cəmşid Dərələyəzli 2020-07-28 21:55:15

Necə ki, Azərbaycanı ingilis, amerikan ve erməni ünsürlərindən qorumaq üçün, 100 il öncələrdən Türk ordusu bu topraklara kadem basıb, onu xilas edib.. . Bu gün də ermənilərin arxasında gizlənib Azərbaycan təhdid edən Rusiyadan qorumaq və xilas olmaq üçün, millet olaraq Tüküyeni Azərbaycanda görmək istəyirik. Çünki bizim indiki halda başqa seçeneyimiz yoxdur. Yeter artıq. Cehennem olacaq onun ATET-də, üzdə gülüb, arxadn bizi vuran qonşularımızda.

Cavanşir 2020-07-28 19:42:48

TÜRK QARDAŞLARIMIZA EŞQ OLSUN.1918-Cİ İLDƏ ETDİYİNİZ QARDAŞLIQ KÖMƏYİNİ UNUTMAMIŞIQ.

Xalq 2020-07-28 18:22:07

Öz vətəninizdir. Xoş gəlmisiniz qardaşlar.

Xalq 2020-07-28 17:03:33

Çox sağ ol Türkiyə bu çətin vəziyyətdə Azərbaycandakı qardaşlarına arxa olduğuna görə. Min yaşa Ərdoğan bəy!

Eli 2020-07-28 17:01:15

Qurban olaraö Türkiyyeye.Allah Türkiyyeni türkleri qorusun .Amin

Son yazılar