“SONDA ÇOX YAXŞI BİR NÖQTƏYƏ GƏLİNDİ...” – Ərdoğanla Putin Qarabağ mövzusunda hansı razılığa gəlib?

"İbrahim Kalının açıqlaması iki qardaş ölkənin münasibətlərinin təzahürü kimi dəyərləndirilə bilər. Bu açıqlamanın görünən tərəfləridir. İndiyədək də qardaş ölkənin dəstəyi olub, amma əvvəlki illərdən fərqli olaraq bu dəfə Türkiyə hər cür dəstək verməkdən çəkinmir və bunu əməldə də göstərir. Görünməyən tərəf, amma həm də məsələnin mahiyyətində dayanan Rusiya-Türkiyə münasibətləridir və bu münasibətlərin artıq Suriya, Liviya cəbhəsində deyil, Cənubi Qafqazda, konkret olaraq Qarabağda özünü göstərməsidir".

Bu fikirləri "AzPolitika.info"-ya təhlükəszilik məsələləri üzrə ekspert İlham İsmayıl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalının verdiyi açıqlamanı şərh edərkən bildirib.

Xatırladaq ki, İ.Kalın “burada işğalçı olan Ermənistandır. Hörmətli Prezidentimiz bunu dünən hörmətli Putinə də açıq şəkildə izah etdi”, - deyə Ərdoğanla Putin arasında son telefon danışığını şərh edərkən bildirib. O, daha sonra qeyd edib: “Biz Azərbaycanın yanındayıq. Prezidentimizin münasibəti belədir. Bununla bağlı ən kiçik tərəddüd belə yoxdur. Azərbaycana təhdid haradan gəlirsə gəlsin, Türkiyə Azərbaycanın yanında olmağa davam edəcək. Amma bu, diplomatik kanalların bağlanması mənasına gəlmir. Putinlə telefon danışığı zamanı çox yaxşı bir nöqtəyə gəlindiyini söyləyə bilərəm”.

İlham İsmayıl yada salır ki, iyulun 18-də Rusiyanın müdafiə naziri Sergey Şoyqu Azərbaycan müdafiə nazirinə zəng edərək Qafqaz və Cənubi Qafqaz istiqamətində hərbi təlimlərin keçiriləcəyini bildirib. Bundan sonra - 27 iyulda Rusiya-Ermənistan ikitərəfli hərbi təlimləri başlayıb. Ekspert hesab edir ki, bir neçə gündən sonra Türkiyə Ordusunun Azərbaycanda birgə hərbi təlimlər keçirməsi adekvat cavabdır: "Burda Rusiyanın açıq etirazının olmamasını Kremlin Ermənistan hakimiyyətinə xəbərdarlığı kimi də dəyərləndirmək mümkündür. KTMT üzvü olmasına baxmayaraq, Tovuz hadisələrində Ermənistana açıq yardım edilməməsi, hətta təşkilatın toplantısının təxirə salınması bu xəbərdarlığın tərkib hissəsi idi. Vladimir Putin Paşinyanı cəzalandırmaq istəyir, amma burada Azərbaycana xüsusi şərait yaratmaqla, yəni neytral qalmaqla torpaqların az bir hissəsinin azad olunmasını da istəmir. Ona görə də, hələ ki, Paşinyanı bu cür sıxmaqla Ermənistan daxilindəki qüvvələrin hərəkətə keçməsini gözləyir, amma onu da vurğulamaq lazımdır ki, Paşinyandan narazılığın və ona əks olan siyasi qüvvələrin də təsir gücünün miqyası Rusiyanın istədiyi səviyyədə dəyil. Hələ ki, Türkiyə addım-addım Azərbaycana hərbi qüvvələrini təlimə cəlb edib, daha sonra daimi dislokasiyaya nail olmaq istəyir. Bu, indi olmasa da, perspektivdə baş verməsi mümkündür və Azərbaycan da çəkinmədən bu vacib işdə qərarlı olmalıdır".

"AzPolitika.info"

635x100

Şərhlər

t.ədalət 2020-07-29 09:56:58

...Rus general-polkovniki Tofiq Ağahüseynov Tiflisdə-Rusiyanın HHM-nın Baş qərargah rəisi kimi dünənədək ermənistanın hava məkanını Türkiyə və Azərbaycandan müdafiə edirdi.Deməli,onun mövqeyi Azərbaycanın əleyhinə idi.İndi isə onu Azərbaycanın veteran təşkilatına sədr qoyublar.Bir gün belə Azərbaycan üçün xidmət etməyib.Onun rus casusu olub-olmadığına kim zəmanət verə bilıər?

Ölüb də Bilməzov 2020-07-29 09:25:19

Azərbaycan niyə iki milyon Qarabağ qaçqınlarının mülkü hüquqlarını kəskin qoymur?

Müfəttiş 2020-07-29 09:17:59

TƏKİ

Son yazılar