PROKURORLUQ ZƏRDABDAKI ƏMƏLİYYATLA BAĞLI MƏLUMAT YAYDI - Rəsmi (Yenilənib )

Ölkəmizdə həyata keçirilən davamlı iqtisadi inkişafın mühüm şərtlərindən biri kimi şəffaflığın və maliyyə intizamının təmin edilməsi, aparılan iqtisadi islahatların korrupsiyaya qarşı mübarizə tədbirləri ilə dəstəklənməsi prokurorluq orqanları tərəfindən daim diqqət mərkəzində saxlanılmaqla korrupsiya hüquqpozmalarına qarşı kəsərli və ardıcıl mübarizə tədbirləri davam etdirilir.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, həyata keçirilməkdə olan belə tədbirlərin davamı kimi, Zərdab rayonu, Yarməmmədbağı bələdiyyəsinin sədri vəzifəsində işləyən Xəlilov Sahib Osman oğlu və Zərdab rayon İcra Hakimiyyəti başçısının Yarməmmədbağı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləmiş Xəlilov Rahib Yediyar oğlunun bələdiyyəyə məxsus 74 hektar torpaq sahəsini tərtib etdikləri 2007-ci il tarixli saxta icarə müqaviləsi əsasında 25 il müddətinə (2007-ci il tarixdən 2032-ci il tarixədək) icarəyə verilməsi müqabilində vətəndaşdan 10 min manat pul vəsaitini rüşvət qismində istəmələri barədə müraciət əsasında Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparlıb.

Daxil olan məlumat əsasında Baş İdarənin əməliyyat qurumları tərəfindən həyata keçirilən operativ əməliyyat-axtarış tədbirləri ilə Sahib Xəlilov və Rahib Xəlilovun qeyd edilən 10 min manat məbləğinin 500 manatını 18.07.2020-ci il tarixdə tanışlarının adına olan “Kapital bank” ASC-yə məxsus plastik karta yüklənməsinə nail olmaqla, habelə, qalan məbləğin 1.500 manatını isə 22.07.2020-ci il tarixdə Zərdab rayonu, Aşağı Seyidlər kəndində almaları təsbit edilmiş, həmin şəxslər 28 iyul 2020-ci il tarixdə vətəndaşdan tələb etdikləri məbləğin 5 min manatını Zərdab rayonu ərazisində yerləşən kafelərdən birində alarkən cinayət başında yaxalanıblar.

Göstərilən faktlar əsasında 28 iyul 2020-ci il tarixdə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsində Cinayət Məcəlləsinin 311.3.3-cü (vəzifəli şəxs tərəfindən xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətə görə külli miqdarda maddi neməti rüşvət qismində istəməklə alma) və 313-cü (vəzifəli şəxs tərəfindən tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmə) maddələri ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə Xəlilov Sahib Osman oğlu və Xəlilov Rahib Yediyar oğlunun Cinayət Məcəlləsinin həmin maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən sonuncular 28 iyul 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulub.

Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

***

Zərdab Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri Əhmədov Sahid Abuseyid oğlu saxlanılıb.

Avropa.info xəbər verir ki, Sahid Əhmədov Bakıdan gedən hüquq mühafizə orqanları əməkdaşları tərəfindən həbs olunub.

S. Əhmədovla yanaşı, bir icra nümayəndəsi və bir bələdiyyə sədrinin də saxlanıldığı qeyd olunur.

Zərdab Rayon İcra Hakimiyyətindən Unikal.org-un sorğusuna cavab olaraq bildirilib ki, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rüşvət aldıqlarına görə, bu şəxslər saxlanılıblar:

İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri Əhmədov Sahid Abuseyid oğlu, İcra Hakimiyyəti Başçısının Yarməmmədbağı kənd inzibati ərazi dairəsi üzrə keçmiş nümayəndəsi Rahim Xəlilov, həmin kəndin hazırkı Bələdiyyə sədri Sahib Xəlilov

Qeyd edək ki, Zərdab rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalovdur.

635x100

Şərhlər

Faktdır 2020-07-29 17:00:43

Bu əməliyyatlar Şəkidə nə vaxt keçiriləcək, rayon təmiz yox olandan sonra ? Belə bir biabırçı rayon ölkəmizdə yoxdur... İcra başçısı 10 il, 1 müavin 21 il, İqtisadiyyat üzrə müavin 22 il, Hümaitar üzrə müavin 16 il, Hüquq şöbəsinin müdiri əhmədiyyə 30 - il, Ağstafadan özü ilə gətirdiyi, türmə həyatı yaşamış Nizami İsmayılov 10 ildir ki , şəhərin təsərrüfat sahəsi üzrə müavin vəzifəsində işləyir, Ərazi idarə etmə şöbəsinin müdiri rəfail Mənəfob 1995 -ci ildən işləyir və həyat yoldaşı və əmisi qızı Uşaq Bağçasının müdiri vəzifəsində işləyirlər.. Belə bir rayonda inkişaf olarmı ?

Zərdablı 2020-07-29 16:18:09

İcr başçısının icazəsi olmadan hansı məmur rüşvət ala bilər ki? Bütün belə işlər birbaşa İcra başçısı ilə bağlı olur.Belə olmasa İH-dən bir dənə də olsa razılıq sərəncamı,məktubu çıxa bilməz.kə

Taleh 2020-07-29 12:16:02

Zərdaba qədər nə edib onu bilmirəm lakin maraqlıdır ki, Zərdabın tarixində bu qədər təmiz İH başçısı olmayıb amma bu gələndən də elə bir tərəfdən həbslər olur.P.S. Sahid Əhmədovun izahatını alıb buraxdılar.Arxalı olmaq belədir.....

Mehdi 2020-07-29 11:17:58

Bu əməliyyatlar bəs Bərdədə,Tərtərdə nə vaxt keciriləcək.Rayon təmiz yox olandan sonra.Bunlari mudafie edenler kimlerdi axi.Bizler yaxsi bilirik kimlerdi,hökumetdekiler bilmemis olmazlar.Haydi qara maskalilar hucummmm.

Zemfira 2020-07-29 10:38:49

Ordan yaxındır, Ucara da getsinlər

Son yazılar