“ÖLKƏ RƏHBƏRLİYİLƏ SABİQ MƏMURLARI ÜZ-ÜZƏ QOYMAQ CƏHDLƏRİ...”– Mehdiyevdən yeni mesajlar

“Son dövrdə mühacirətdə fəaliyyət göstərən bir sıra müxalifyönlü jurnalistin internet kanalları vasitəsilə yayımladıqları veriliş və müzakirələrdə ölkə rəhbərliyinin ünvanına etik hədləri aşan üslubda səsləndirdikləri ittiham və böhtanlar Azərbaycan cəmiyyətinin əksər üzvləri kimi məni də dərindən narahat edir”.

"AzPolitika.info" xəbər verir ki, bu fikirlər AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin "Azərtac" açıqlamasında yer alıb.

R.Mehdiyev qeyd edir ki, xüsusilə də həmin şəxslərin istefaya göndərilmiş, yaxud başqa vəzifəyə təyin olunmuş şəxslərlə bağlı həyata keçirməyə çalışdıqları manipulyasiya cəhdləri təəssüf doğurur:

"Bu cəhdlərin ölkə rəhbərliyi ilə sabiq məmurları üz-üzə qoymaq, anlaşılmazlıq yaratmaq, ixtilaf salmaq, cəmiyyətdə guya iqtidar daxilində dərin ziddiyyətlərin olması haqqında rəy formalaşdırmaq taktikasına söykəndiyi açıq-aşkar görünməkdədir. Azərbaycanın olduqca həssas siyasi mərhələyə qədəm qoyduğu, Ermənistanın təcavüzü və dünya erməniliyinin aqressiv hücumları ilə üzləşdiyi, pandemiyanın fəsadları ilə mübarizə apardığı bir vaxtda ictimai rəyi belə bir formada çaşdırmaq və parçalamaq dövlətçilik maraqları nöqteyi-nəzərindən qətiyyən yolverilməzdir. Belə hərəkətlər ölkəmizin taleyi baxımından da olduqca təhlükəlidir. 

Mən bu cür mübarizə yolunu seçənləri bir daha öz fəaliyyətlərini nəzərdən keçirməyə, cəmiyyətimizin və dövlətimizin həyati mənafelərini nəzərə almağa çağırıram. Onlar nəzərə almalıdırlar ki, xaricdən səsləndirdikləri radikal ifadələr Azərbaycanda müvafiq kəskin reaksiyaya səbəb olacaqdır.

Şəxsən öz adımdan bir daha bəyan etmək istəyirəm ki, siyasi əqidə məsələsi mənim üçün qumar daşı deyil və mən ömrüm boyu xidmət etdiyim yoldan hansı vəzifəni tutmağımdan asılı olmayaraq heç vaxt dönməmişəm, daşıyıcısı olduğum əqidənin doğruluğuna dair tərəddüd hissi keçirməmişəm. Xalqımızın ümummilli lideri Heydər Əliyevin ideallarının ölkəmizin sabitliyi, rifahı və inkişafı üçün ən düzgün siyasi seçim olduğuna daim əmin olmuşam. Bu yolda Heydər Əliyevin və Prezident İlham Əliyevin sadiq silahdaşı olaraq uzun illər fəaliyyət göstərmişəm və bundan sonra da göstərməyə davam edəcəyəm. Mənim dövlət başçısına bağlılığım mənəviyyat və dövlətçilik məsələsidir. Burada şəxsi mənafedən və cılız maraqlardan söhbət belə gedə bilməz.

Öz çıxışlarında tənqid ədəbini asanlıqla tapdalayanlar unutmamalıdırlar ki, Prezident dövlətin rəhbəri, ölkənin suverenliyinin rəmzidir. Danılmaz həqiqətdir ki, İlham Əliyevin prezidentliyi dövründə ölkəmiz böyük tərəqqi yolu qət etmiş, onun beynəlxalq nüfuzu güclənmişdir. Bu, hər bir azərbaycanlıda haqlı qürur hissi doğurur. Xaricdə Azərbaycan dövlətinin xoşagəlməz şəkildə təqdimatı özünü azərbaycanlı hesab edən heç kəsə başucalığı gətirə bilməz. Hazırkı siyasi şəraitdə bizim hər birimizin yalnız bir düşməni var – işğalçı Ermənistan! Bütün enerjimiz və gücümüz bu düşmənlə mübarizəyə yönəlməlidir. Tariximiz də onu göstərir ki, xarici təhlükələri unudub, daxili mübarizəyə aludə olduğumuz bütün dövrlərdə böyük itkilərlə və məğlubiyyətlərlə qarşılaşmışıq. Keçmişin faciələrindən ibrət götürmək və dövlətimizin başçısının ətrafında sıx birləşmək bizim Vətən qarşısındakı borcumuz və mənəvi məsuliyyətimizdir! "

635x100

Şərhlər

Rafail 2020-08-02 22:26:22

Görəsən Azərbaycanda yaşayan elə bir şəxs varmı ki, RAMİZ MEHDİYEV və ALLAHŞÜKÜR PAŞAZƏDƏ haqqında bir xoş söz eşitmiş olsun?

Şəkidən 2020-07-31 19:25:18

Ramiz Mehdiyevin bir oğlu general, nazir müavini, bir oğlu isə "Asan" xidmətin rəhbəridir... Asan xidmətdə işləyənlərin çoxu Ukrayna Universtylərini və Bakı Beynalxalq Universtlərini qurtaranlardır... Misal üçün: - Bakı Beynalxalq Universitetini day-dayı hesabına diplom alan Sərdar Nəsibov Şəkidə Asan xidmətdə natarus təyin olunubdur ? Onun heç savadı yoxdur, orta məktəbi day-dayısı hesabına qurtarıb.. İndidə gəlib Notarius təyin olubdur ? Bir araşdırın görək onun savadı varmı ? Xalq artıq hər şeyi öz gözləri ilə görür.....

Şəkidən 2020-07-30 13:29:22

Ramiz Mehdiyev istrahətə getsə yaxşı olar ?

Irsad 2020-07-30 13:23:10

82 yasinda adamsan cix getde niye kreslodan qopa bilmirsen camaati bezdirdiz

.EJDER 2020-07-29 22:49:35

SABIROQLU DEMIWKEN,,.0...,,AKADEMIK,TRUP

Omer 2020-07-29 21:27:49

Ramiz muellim sizin barede genjs danisanlar ele olke daxilindedi.. Ana Veten I fezail muellim. Ozude men bele dusundumki rehberlikden kimse cavabini vere.. Amma yox. Siz bir omur vetenin sabitliyi ucun can qoydunuz, coxlu vezifeliye muellim oldu uz. Buda won. Ugurlar

t.ədalət 2020-07-29 19:05:44

Ola bilsin ki,Rusiya Ramiz Mehdiyevi yenidən fəallaşdırsın.Türkiyənin Azərbaycana hərbi dəstək verməsi Moskvanın yuxusunu pozmuşdur.Azərbaycan-Türkiyə yaxınlaşmasını poza bilən yeganə adam Rusiyanın daha çox güvəndiyi R.Mehdiyev ola bilər.Çünki R.Mehdiyev anti-türk birisidir....

Cabir Vəzirov 2020-07-29 16:55:39

Əsas məsələ insanlarla hesablaşmaq düşüncəsi olmayan milli qarışıq insanların layiq olmadıqları vəzifələrə təyini,təynatdan sonra onların hərəkətlərinə nəzarət edilməməsi,özbaşınalıqlar nəticəsində ortaya çıxan haqlı şikayətlərin diqqətsiz qalmasıdır.Məsələn deyirlər ki,5-ci kolon! ... kimdir?Onun oğluna general rütbəsini kim verib və məqsəd nə olub?Bir buni dü.ünən varmı? Polad Həşimovun qətlini ....Bilirsiniz,insanlar artıq 30 il qabaqkı deyil.Hər şeyi düşünə və analiz edə bilirlər.Dah gerizəkalı düşüncəərdən əl çəkilməlidr.

Akif 2020-07-29 16:13:52

Ramiz Mehdiyev, nə üçün taladığın əmlaklar və vəsaitlər barədə sizə qarşı sürülmüş ittihamlara cavab vermirsiniz? Susmaqla ittihamları qəbul etmişm olursunuz. Sizin vicdanınız bunu necə qəbul edir və utanmadan özünüzə bərait qazanmaq istəyirsiniz.

Aslan 2020-07-29 13:49:20

Yazılanları müxaliflər demirdi, FƏZAİL deyirdi.

professor Vüqar Məmmədov 2020-07-29 13:00:55

Akademikin sözlərində həqiqət böyükdür. Xarici düşmən qarşısında daxildə hamı birləşməlidir Prezident ətrafında. Dövlətin başçısı və lideri ətrafında. Güc birlikdədir....gördüyümüz də odur ki, hamı bu birliyə doğru addım atdı,ölkə daxilində olan vətəndaşların hamısı....Hətta müxalif partiyalar belə... ölkədaxilində ümummilli birliyə tərəf addım atmayan tək qütb iqtidar özü oldu. Birlikdə güclüyük şüarı tək sözdə yox, əməldə lazımdır. Bu Birliyin olmaması üçün həm MM seçkilərində, həm pandemiya zamanı, həm də döyüşlərdən sonra hakim qüvvələr əlindən gələni bilərəkdənmi, ya bilməyərəjdənmi özü etdi və etməkdə davam edirlər. Xalqı eşitməmək, saymamaq mövgeyi davam edir. Bu yol isə nəticədə ölkəmiz üçün yaxşı nəticələr verməyəcək çünki insanları bu qədər narazı, incik salmaq olmaz. Professor Vüqar Məmmədov

Şaiq 2020-07-29 12:46:54

Söyüş söyməyin, təhqirin tam əleyhinəyəm. Əgər kimsə söyüş söymək istəyirsənsə, təsəvvürünə .gətirsin ki, bu söyüşü ona söyürlər. Əgər xoşuna gəlirsə söyməyinə davam etsin. Biz birlikdə olanda daha güclüyük. Əfsuslar olsun ki, ola bilmirik. Cəmiyyətimiz iki yerə ayrılıb, korrupsionerlər və kasıblara. Mənim, kasıbların əsas iki düşməni var, ermənilər və erməni xislətində olan korrupsioner məmurlar!!!!! Birlikdən danışan korrupsionerlərlə kasıb xalq bir yerdə ola bilməz.

sual 2020-07-29 12:41:05

82 yashli Ramiz Mehdiyev, xalqin sene olan munasibetinden xeberin varmi, niye, naqil danishirsan, Azerbaycanda cemiyyetin genish melumati var senin "fealiyyetin" barede, boyuk servetleri hansi pullarin hesabina ......., son nefesine qeder, kresloda oturmaq, yuksek vezifede qalmaq isteyirsen......?????????? Niye, pensiyaya chixmirsan........?????????

TARIX 2020-07-29 12:15:26

???...

Ziyalı 2 2020-07-29 11:58:55

"Şəxsən öz adımdan bir daha bəyan etmək istəyirəm ki, siyasi əqidə məsələsi mənim üçün qumar daşı deyil və mən ömrüm boyu xidmət etdiyim yoldan hansı vəzifəni tutmağımdan asılı olmayaraq heç vaxt dönməmişəm, daşıyıcısı olduğum əqidənin doğruluğuna dair tərəddüd hissi keçirməmişəm. Bunu da çox güman ki, hər iki iqtidarda qısamüddətli vəzifə tutmuş F.Ağamalıya ünvanlayıb."

Ziyalı 2020-07-29 11:57:34

Azərtaca müsahibə verməyə imkan veriblərsə deməli R.Mehdiyevə münasibət normaldır.

Son yazılar