RAYONLARA GETMƏK QADAĞASI GÖTÜRÜLÜR... - Toy və yas qaydaları hazırlanır, təhsil isə...

Deputat: “Güman olunur ki, yumşalma zamanı SMS icazə də ləğv edilsin, metronun fəaliyyəti də bərpa olunsun, amma...”

Azərbaycan Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov avqustda sərt karantin rejiminin ləğv ediləcəyinin anonsunu verib. Gündəlik yoluxma sayının azalan temp üzrə sabitləşməsi insanlarda sərt karantin rejiminin ləğvinə, ya da karantin rejiminin yumşaldılmasına ümidləri daha da artırır.

“Karantin rejiminin yumşaldılmasına getməliyik”

Məsələ ilə bağlı Modern.az-ın suallarını cavablandıran Milli Məclisin Səhiyyə komitəsinin sədri Musa Quliyev də bildirib ki, artıq sərt karantin rejiminin yumşaldılmasına getməliyik: 
“Amma istənilən halda nə qədər COVİD-19 dünya atmosferində dövran edir və yəqin ki, yaxın vaxtlarda da getməsi gözlənilmir, biz hamımız yeni qaydalarda-məsafənin gözlənilməsi, tibbi maskadan və davamlı olaraq dezinfeksiya vasitələrindən istifadə ilə yaşamağa öyrəşməliyik. Mütəxəssislərin bildirdiyinə görə, bu vasitələr yaxın 1-2 il ərzində bizim həyat tərzimizə çeviriləcək. Digər tərəfdən, səhiyyə maarifi işini həm özümüz öyrənməliyik, həm də yoldaşlarımıza, dostlarımıza öyrətməliyik. Hər hansı xəstə ilə yaxud xəstə yaxını ilə kontakta olduqda müayindən keçmək mütləqdir”.

Rayonlara gediş-gəliş bərpa olunur?

Deputat qeyd edib ki, yumşalma zamanı rayonlara gediş-gəlişin bərpası gözlənilir: 
“Amma vacib olmadıqca insanlar evdə təcridə üstünlük verməli, ünsiyyəti minimuma endirməlidirlər. Güman olunur ki, yumşalma zamanı SMS icazə də ləğv edilsin, metronun fəaliyyəti də bərpa olunsun. Amma təbii ki, bütün bunlara sanitar-epidemiolji vəziyyət təhlil edildikdən sonra qərar veriləcək”.

M.Quliyev deyib ki, insanların kütləvi toplaşdığı tədbirlərlə bağlı qaydalar hazırlanacaq: “İnsanların ən çox toplaşdığı toy, yas mərasimləri, idman tədbirləridir. Müəyyən qaydalar çərçivəsində bunları da həyata keçirmək lazımdır. İstənilən halda yaxın bir il ərzində koronavirusla yaşamağa öyrəşməliyik”.

Yarım illik məsafədən təhsil...

Parlamentarinin sözlərinə görə, təhsil müəssiələrində təhsilin bərpası ilə bağlı avqustun 15-dən sonra qərar veriləcək: “Bu, virusun özünü necə aparmasından asılı olacaq. Bəzi ölkələr koronavirusa qalib gəldiklərini bəyan etsələr də, yenidən sərtləşdirməyə getməyə məcbur oldular. Ona görə də avqustun ikinci yarısından sonra təhsillə bağlı qərar açıqlanacaq. Amma güman edilir ki, məsafədən təhsilə üstünlük veriləcək. Cənab Prezident İlham Əliyevin də vurğuladığı kimi, bizim üçün əsas olan insanların sağlamlığıdır. Ola bilər ki, yarım il ərzində təhsili məsafən həyata keçirək”.

““Vəziyyət pisləşir, yoluxacaqsınız” deməklə maarifləndirmə olmur”

Komitə sədri deyib ki, karantin rejimilə bağlı insanlarda sosial, iqtisadi, psixoloji gərginlik artıb: “Bunlar hamısı realdır və gözardı etmək olmaz. Amma bu, bizim yaratdığımız, təkcə bizim içərisində olduğumuz problem də deyil. Bütün dünya bu virusla mübarizə aparır. İndiki məqamda psixoloji yardım xidməti fəal olmalıdır. Xüsusilə televiziyalar insanları maarifləndirməlidir. Proseslərə çevik yanaşmalar sərgilənməlidir. Bəzən bir ay mütəmadi olaraq, televiziyalarda, saytlarda “vəziyyət pisləşir, yoluxacaqsınız və s.” məlumatlarla insanları qorxudurlar. 1 aydan sonra unudulur.

Bu cür maarifləndirmə olmur. Maarifləndirmə mütəmadi olaraq, insanlara psixoloji basqı edilmədən aparılmalıdır. Ona görə də Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən prosesə nəzarət olunmalıdır. Təkcə virusun yayılması, testlərin götürülməsi, müalicələrin aparılması deyil, həm də sosial-psixoloji aspektlər də Operativ Qərargah tərəfindən daha fəal və çevik idarə olunmalıdır”.

635x100

Şərhlər

Əminə Dr 2020-07-30 15:15:37

Gərargah bu qərarları aqressiv şəkildə verməklə sağlam insanların psixoz xəstəliyinə tutulmasına səbəb olub!!! Virusa tutulsaydılar ondan yaxşı idi.....

Mehpare 2020-07-30 09:05:53

Her wey bir yana,bele getse kasib yaziq virusdan yox,acindan olecek,bir ay yardim etdiler vessalam,bu kasib uwaqlarina ne yedirtsin

Həkim 2020-07-29 16:27:40

Operativ Qərərgahın özü tlimatlandırılmalıdır.3-5 ci sıra adamların bu Qərəgahda təmsil olunması qəbul edilən qərarların adekvat olmadığını,lazımsz və yararsız qərarlar verilməsi ilə yekunlaşıb.İnsanları aylarla məcbur edib evdə saxlamq onların aqressivliyini artırıb,digər xəstəliklərin (əsəb,hipertoniya və sair) cöcvlan etməsinə şərait yaradıb.İnsanların rayonlara gedib təmiz havada qalmasına qadağaların isə heç bir əsası olmamışdır.Əksinə Şəhərdə sıxlıq yaradılmasına və daha artıq xəstəənmə hallarına səbəəb olmuşdur.b

ayrım 2020-07-29 16:05:25

Bu koronovirus bəlasindan balasına cörək qazananlara Rəbbim qənim olsun Amin

Eko 2020-07-29 14:15:22

Oktay Shireliyev hardadiyeeee????!!!! Ayibdiyeee bu boyda hôkumetin , ( naziri) yoxdu Cox ayiblar olsun bize , cox !!!!Adam fikirleshende , tay bilmir ne desin . Ayibdiyeee cox ayib , Hansisa bir deputat cixib nese deyir !!! Onada deyibler dedaaa ,,,,,

Əhəd 2020-07-29 14:09:59

Bu qadağalar virusun yayılmasının qarşısını almır. Adi qripdir. Ondan nə masaka nə də başqa oyunlar qorumur,tutasıdırsa tutacaq.  Qripi də belə reklam etsə idilər,insanlar bundan da artıq təşvişə düşərdilər. Mən də bu xəstəliyə tutuldum,Lukaşenko demiş ayaq üstə keçirdim,özüm da yaşlı adamam. Bu qadağalar gərginlik,əsəb,maddi çətinlik və bu qadağaları yaradanlara nifrət yaradır. Eyni zamanda immuniteti öldürür fəsadları çox acınacaqlı ola bilər.

Vilayət 2020-07-29 13:54:58

Bakı əhalisini, kasıbları hansı ki getməyə kiçik mənzilindən başqa yeri yoxdur, dənizə buraxmaq lazımdır. Varlıların,məmurlarınm basseynaları,otelləri vilları var,hələ istəyəndə dənizə də gedirlər  Zaqar edib sağlamlaşırlar. Ksıba da imkan vermək lazımdır heç olmasa dənizə getsin

Son yazılar