"BU, TÜRKİYƏNİN SÖZDƏN İŞƏ KEÇMƏSİDİR..."- “Ankara aktiv iradə ortaya qoyur”

"Mahiyyət etibarı ilə Azərbaycan-Türkiyə birgə hərbi təlimlərinin keçirilməsində yeni bir şey yoxdur. 1992-ci ildə iki ölkə arasında bağlanmış hərbi əməkdaşlıq haqqında müqaviləyə və daha sonra imzalanan sazişlərə görə, müxtəlif adlar altında təlimlər keçirilib. Ötən ildə belə bir tədbir baş tutub".

Bunu "AzPolitika.info"-ya açıqlamasında siyasi icmalçı Qulu Məhərrəmli Türkiyə və Azərbaycan arasında - Azərbaycan ərazilərində 29 iyun-10 avqustda keçiriləcək birgə hərbi təlimləri şərh edərkən bildirib.

Xatırladaq ki, iki gün əvvəldən təlimdə iştirak edəcək Türkiyə hərbi birləşmələri, aviasiyası və zirehli texnikası Naxçıvana gətirilib. Bu hadisə Azərbaycanda böyük ruh yüksəkliyi ilə qarşılanıb. Ermənistanda isəəks reaksiyaya səbəb olub. Müdafiə naziri və Baş qərargah rəsisi Rusiya və ABŞ səfirləri ilə təcili görüş keçirrərk situasiyadan narahatlıqlarını ifadə ediblər.

Q. Məhərrəmli hesab edir ki, bu ilki təlimlərlə bağlı yaranan ajiotaj Azərbaycan və Ermənistan arasında Tovuz istiqamətində baş vermiş təxribatlarla bağlıdır: "Xüsusilə Türkiyə hərbi və siyasi rəhbərliyinin bu hadisələrə kəskin mövqeyi iləəlaqəlidir. İkinci tərəfdən, bu dəfəki hərbi təlimlərin miqyası böyükdür - Naxçıvanda start götürür, Bakıda, Yevlaxda, Gəncədə və başqa bölgələrdə davam edəcək. Azərbaycana kifayət qədər canlı qüvvə və hərbi texnika gətirilib. Bu günə qədər hərbi əməkdaşlıq çərçivəsində bu cür tədbirlər lokal qüvvə ilə keçirilirdisə, indi miqyas çox böyükdür".

Siyasi icmalçı qeyd edir ki, bu təlimləri həssaslaşdıran daha bir məqam bölgədəki hərbi-siyasi vəziyyətdir: "Rusiyanın təhriki və dəstəyi ilə Azərbaycan ərazilərinin işğalı və bu ölkədə hərbi baza saxlaması faktı ilə Türkiyənin artıq barışmır. Eyni zamanda bir neçə gün əvvəl ABŞ Konqressində Azərbaycan torpaqlarının işğalının hüquqi baxımdan təsbit olunması hərbi manevrlər fonda cərəyan edən siyasi hadisələri qabardır. Başqa bir məqam son bir neçə ildə Suriyada, bu yaxınlarda Liviyada, eyni zamanda Rodos adasında Türk donanmasının əzm nümayiş etdirməsi, əzələ nümayişi diqqəti cəlb edir. Hərbi təlimlər belə hərbi-siyasi proseslərin hansı miqyasa qədər yüksəlməsinin göstəricisinə çevrilir".

Qulu Məhərrəmlinin sözlərinə görə, 12 günlük hərbi təlimlər keçəcək, amma bölgə üçün yeni, maraqlı seqment görünür. 

"Bu, NATO ölkəsi kimi Türkiyənin sözdən işə keçməsidir. Yəni Türkiyənin regionda hərbi baxımdan söz sahibi olmasını ifadə etməsidir"-deyə ekspert vurğulayıb.

Sözügüdən hadisələr bölgədə Rusiya-Türkiyə hərbi toqquşçmasına gətirib çıxara bilərmi sualana cavabında siyası icmalçı qeyd edib ki, biz hadisələrin görünən tərəflərinin müşahidəçiləriyik: "Amma alt qatda Türkiyə ilə Azərbaycan arasında hərbi sahədə, regionada gedən proseslərə münasibətdə, maraq toqquşmalarında hansı məsələlər müzakirə olunur, məncə yaxın zamanlarda bunların şahidi olacağıq.

Türkiyə faktoru regionda indiyə qədər passiv şəkildə özünü göstərirdi. Amma Tovuzdakı sərhəd toqquşmasından sonra Türkiyə açıq mövqeyə keçdi. Çünki Tovuz ərazisindən keçən enerji xətlərinin hamsı Türkiyənin iqtisadi maraqları ilə bağlıdır. Əlbəttə, burada Britaniya, Almaniya və ABŞ-ın da maraqları var. Amma Türkiyə həm də o dövlətlərin maraqlarını müdafiə etmək baxımdan aktiv iradə ortaya qoydu. Bu, Cənubi Qafqazda yeni geosiyasi qarşıdurmanın təzahürüdür. 

Ona əhəmiyyətsiz faktor kimi yanaşmaq olmaz. Türkiyə birdən-birə ayağa qalxır və bu qədər böyük güc, hərbi texnika nümayiş etdirir. Bilə-bilə ki, Ermənistanda Rusiyanın hərbi bazası, yüksək döyüş hazırlığı olan ordusu var. Amma Türkiyə Azərbaycanı dəstəkləməkdən, hadislərə operativ mövqe bildirməkdən çəkinmir. Beləliklə, təlimlərin keçirilməsi Azərbaycana dəstək mənasında gerçək faktdır".

AzPolitika.info

635x100

Şərhlər

müəllim 2020-07-29 22:21:50

Allah Türkiyəni qorusun Amin Amin İlahi Amin

OQTAY 2020-07-29 19:20:00

Allah,Boyuk Turkiyemizi var elesin,tezlikle TURAN qurulsun,ALLAH yardimcimiz olsun!!!

Şaiq 2020-07-29 18:52:41

Qulu müəllimə təşəkkür edirəm. Həmişə olduğu kimi çox dəqiq analizdir.

Xalq 2020-07-29 17:38:22

Can Türkiyə!

X 2020-07-29 16:46:55

Turkiye Allahin Azerbaycana bir lutfudur. Allah her iki dovletimizi qorusun .Pakistana sonsuz minnetdariq

Son yazılar