BİR QRUP TANINMIŞ ALİM OPERATİV QƏRARGAHA MÜRACİƏT ETDİ! - COVİD-19-la mübarizə üçün 20 mühüm təklif

Bir qrup tanınmış alim yeni növ koronavirus pandemiyasına qarşı mübarizənin təşkili məqsədilə yaradılmış Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargaha müraciət ünvanlayıb.

"AzPolitika.info" saytı vasitəsilə ictimaiyyətə də açıqlanan müraciətdə Azərbaycan Respublikasında COVİD-19 pandemiyasi ilə mübarizənin səmərəli təşkili üçün bir sıra mühüm təkliflər irəli sürülüb. Həmin müraciəti olduğu kimi dərc edirik:

"Azərbaycanda artıq yarım ilə yaxın müddətdə COVİD-19 pandemiyası ilə dövlət səviyyəsində ciddi mübarizə getsə də proses hələ davam edir və onun sonu haqqında mülahizələr irəli sürmək çətindir. 2020-ci ilin fevral-aprel aylarında - mübarizənin başlanğıcında bir çox müsbət və effektli addımlar atılsa da sərhədlərin vaxtında bağlanmaması, karantin tədbirlərinə anında start verilməməsi, sərt karantin qaydaları zamanı yol verilən yanlışlıqlar, karantin rejiminin yumşaldılmasından əvvəl lazımi təlimatların hazırlanmaması və onlara uyğun tədbirlərin yerinə yetirilməməsi, əhalinin sanitar-tibbi maarifləndirilməsi işlərinin keyfiyyətsizliyi, insanların tibbi-psixi reabilitasiyası və ruhi sağlamlığın mühafizəsi istiqamətində fəaliyyətin başlamaması, istər karantin dövründə, istərsə də karantin rejimi yumşaldıldıqdan sonra əks-epidemik davranışların (sosial məsafə gözlənilməsi, maska taxılması, dezinfeksiya tədbirləri) pozulması 2020-ci ilin may-iyul aylarında kütləvi yoluxmaların sayının kəskin artması ilə nəticələndi.

Səhiyyə sektorunda TƏBİB və Səhiyyə Nazirliyinin parallel fəaliyyətindən əmələ gələn ikihakimiyyətlilik, bu qurumlar arasında iş birliyi, sağlam rəqabət və koordinasiyanın olmaması vəziyyəti daha da kəskinləşdirdi. Xüsusilə özəl laboratoriyalarda diaqnostik testlərin yüksək qiymətlərlə aparılması, infeksiya ocaqlarında əhalinin böyük hissəsinin diaqnostik müayinələrə cəlb edilə bilməməsi, informasiya və tibbi-sanitar maarifləndirmə siyasətinin doğru qurulmaması, respublikanın aparıcı alim və mütəxəssislərinin pandemiya ilə mübarizəyə yetərincə cəlb edilməməsi, onların fikirlərinin, təkliflərinin və iradlarının nəzərə alınmaması, hətta rəsmi televiziya kanallarında çıxışlarının qarşısının alınması, pandemiya ilə bağlı məsələlərin daha çox məmur maraqları üzərindən qurulması problemlərin dərinləşməsinə və insanlarda inamsızlığın yaranmasına səbəb oldu.

Pandemiya ilə mübarizənin ilk dövründə Səhiyyə Nazirliyinin, Azərbaycan Tibb Universitetinin və digər elm ocaqlarının alim və mütəxəssis resurslarının, mövcud infrastrukturların uzun müddət ərzində proseslərdən təcrid olunması, dünya təcrübəsinin gəlişmiş nümunələrinin tətbiq olunmaması və təsdiqlənmiş bəzi faktların nəzərə alınmaması, karantin tədbirləri zamanı əhalinin işsiz və yoxsul hissəsinin sosial müdafiəsinin yarıtmaz təşkili bugünkü ağır epidemioloji vəziyyətin əsasında dayanan yanlışlıqlar sırasındadır. Nəticədə ölkənin iqtisadiyyatına ağır zərbə vuran ikinci karantin dövrü yenidən uzadılmış və hazırda davam etməkdədir. 

Qeyd edilənləri nəzərə alaraq yaxın on günlükdə karantin tədbirlərinin yumşaldılması və sonrakı dövr üçün fəaliyyət proqramına əlavələr edilməsini təklif edirik:

1.Bütün COVİD-19 testləri və müayinələrin, o cümlədən, özəl laboratoriyalarda aparılan testlərin dövlət hesabına aparılmasını və tibbi maskaların pulsuz paylanılmasını vacib hesab edirik.

2.Aptek şəbəkələrinin COVİD-19 xəstələrinin müalicəsi üçün nəzərdə tutulmuş dərman preparatları ilə təchizatı, süni qiymət artımına ciddi nəzarət təmin edilməsini məsləhət görürük.

3.Əhalinin karantin (əks-epidemik) davranışlarına ciddi riayət etməsi üçün təsirli maarifləndirici və inzibati tədbirlərin (o cümlədən ictimai qınağın vacibliyinin təbliği) gücləndirilməsini müvafiq hesab edirik.

4.Bu ilin avqustun 5-dən sonra karantin rejiminin xeyli yumşaldılmasını (“evdə qal!” rejiminin ləğvi, çimərliklərin açılması və rayonlara test-neqativ insanların səfərlərinə icazə verilməsi) və yuxarıda sadalanan mexanizmlər üzrə ciddi rejimli əks-epidemik davranışların tətbiqinin daha da sərtləşdirilməsini məqsədəuyğun hesab edirik.

5.Karantin yumşaldıqdan sonra bütün qapalı məkanlarda, ictimai nəqliyyat vasitələrində, ictimai iasə müəsisələrində, istehsal müəssisələrində, inzibati və özəl binalarda, idman obyektlərində və b. insanların əks-epidemik davranış qaydalarını ehtiva edən təlimatların hazırlanmasını və onların insanlara əlçatanlığının təmin olunmasını tövsiyə edirik. 

Qapalı sahələrin, obyekt və müəssisələrin ölçülərinə, sahəsinə uyğun insanların maksimal sayı, əks-epidemik (karantin) davranışları (giriş və çıxışda bədən temperaturunun ölçülməsi, üzbənd (maska), zərurət olduqda birdəfəlik baxil geyilməsi, sosial məsafə gözlənilməsi, əllərin dezinfeksiyasının təmini və s.) prinsiplərinin işlənilməsini və bu istiqamətdə müvafiq təlimatlar hazırlanması üçün birgə əməkdaşlığı məqsədəuyğun hesab edirik.

6.COVİD-19 xəstələrinin müalicəsı yalnız patogenetik istiqamətdə, ÜST təlimatlarına müvafiq aparılmalıdır. ÜST-nın təlimatlarında və müalicə protokollarında qeyd edilməyən antiviral dərman preparatlarının (arbidol, ergoferon, favipiravir, avifavir və s.), antibiotiklərin əsaslandırılmadan istifadəsinin məqsədəuyğun olmaması haqqında tibb mütəxəssislərinin və əhalinin məlumatlandırması istiqamətində müvafiq işlər aparılmasını zəruri hesab edirik.

7.Mediada əhalinin COVİD-19 ilə qorxudulma yanaşmasını məqsədəuyğun hesab etmirik. Xəstələrin 80%-nın xəstəliyi simptomsuz, yüngül və orta ağrlıqda keçirdiyini nəzərə alaraq, insanlara qorunmağın vacibliyi anladılmalı, lakin qorxudulma istiqamətində təbliğat dayandırılmalıdır. Ölənlərdən çox sağalananlar haqqında təbliğat daha məqsədəuyğundur. Əhalinin tibbi-psixi reabilitasiyası istiqamətində kompleks tədbirlərin (psixo-emosional sarsıntıların, depressiyaların, panik vəziyyətlərin aradan qaldırılması və önlənməsi) aparılması üçün müvafiq addımlar (kütləvi təbliğat, psixoloqların, cəmiyyətə nüfuz imkanı olan ictimai fiqurların, mütəxəssislərin və tibb alimlərinin prosesə cəlb olunması) atılmasını məqsədə müvafiq hesab edirik.

8.Xüsusi rejimli koronavirus xəstəxanalarının COVİD-19 xəstələrinin müalicəsinə yararlığının yenidən müəyyənləşdirilməsi, havalandırma sistemi məqbul olmayan xəstəxanaların, xüsusilə tədris müəssisələrinin (Tibb Universitetinin terapevtik və cərrahi klinikaları, Bakı Sağlamlıq Mərkəzi) asan dezinfeksiya oluna və havalandırıla bilən sadə tikintilərdə yerləşdirilməsi mümkün olan mobil, səyyar xəstəxanalarla əvəz edilməsini vacib hesab edirik.

9.Poliklinikalarda yaradılmış xüsusi qərargahlar vasitəsilə COVİD-19 xəstələrinin monitorinqi, ambulator müalicəsinin təşkili və icrası istiqamətində zəruri tədbirlərin həyata keçirilməsini, həmin qərargahlara rəhbərliyin xüsusi rejimli koronavirus xəstəxanalarında işləmiş həkimlərə həvalə edilməsini zəruri hesab edirik.

10.Həkimlərin, tibb işçilərinin və evdə müalicə olunan xəstələrin distansion diaqnostik-müalicəvi konsultasiyası üçün NK, TƏBİB və ya Səhiyyə Nazirliyi yanında on-line mərkəzin açılmasını və həmin mərkəzdə infeksion xəstəliklər üzrə mütəxəssislərin 24/7 rejimində işləməsinin vacibliyini məqsədə müvafiq hesab edirik.

11.Tibbi hospitalizasiya yalnız COVİD-19-a yoluxanlarda təsdiq olunmuş fəsadlaşma (ağırlaşma) əlamətləri meydana gəldikdə aparılmalıdır. Fəsadlar (ağırlaşmalar) olmadıqda, diaqnostik testlərin nəticələrin müsbət olması, yüksək hərarət və digər hallar xəstənin ev şəraitində izolyasiya edilməklə poliklinika (sahə, ailə) həkiminin nəzarəti altında ambulator müalicəsi ilə kifayətlənməlidir.

12.Azərbaycan Respublikası Prezidentinin COVİD-19 ilə mübarizədə iştirak edən tibb işçilərinin vəzifə (taarif) maaşlarının 3-5 mislinədək müddətli Prezident əlavəsi verilməsi haqqında sərəncamının (18 mart 2020-ci il) və onun əsasında Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli qərarının icra vəziyyətinin yoxlanılmasını təklif edirik. Bir çox hallarda Sərəncamın və müvafiq Qərarın icrası doğru yerinə yetirilmir, müddətli Prezident əlavəsinin ödənilməsində ciddi ləngimələr, Əlavənin tam həcmdən dəfələrlə aşağı həcmdə ödənilməsi barədə çoxsaylı şikayətlər və məlumatlar mövcuddur. 

Bu şəraitdə, aylarla COVİD-19 xəstələri ilə üzbəüz qalan, onların müalicəsi naminə gecə-gündüz ağır zəhmət çəkən həkimlərə, tibb və texniki yardim işçilərinə onların haqq etdiklərini vermədən xaricdən gətirilən mütəxəssislərə dəfələrlə artıq maaşların ödənilməsini yolverilməz hesab edirik. Bu qərarların tibb ictimayyəti və yerli alimlərlə məsləhət aparılmadan məmurlar tərəfindən qəbul edilməsi Azərbaycan həkimlərinin, tibb işçilərinin aşağılanması və onların zəhmətinin doğru dəyərləndirilməməsi kimi qiymətləndirildiyindən qarşısı təcili alınmalıdır.

13.COVİD-19 xəstələrinin müalicəsində iştirak etmiş və edən, peşə vəzifələrini yetirərkən yeni növ koronaviris infeksiyasına yoluxaraq müalicə olunmuş, müalicəsi davam edən və COVİD-19 xəstəliyindən vəfat etmiş həkimlərin, tibb və texniki yardım işçilərinin sosial müdafiəsinin təşkili, hüquqi statusunun (sərti olaraq, Azərbaycan Respublikasının Fədakar tibb işçisi (həkimi), Azərbaycan Respublikasının Qəhrəman tibb işçisi (həkimi) (ölümündən sonra)) müəyyən edilməsi ilə bağlı hökumətin xüsusi proqramının hazırlanmasını və MM-də qəbul edilməsi istiqamətində işlərə başlanılmasını mühüm məsələlərdən biri hesab edirik.

14.SARS-COV-2 infeksiyasının profilaktikasında və COVİD-19 xəstələrinin müalicəsində istirak edən epidemioloqların, həkimlərin, tibb və texniki işcilərin, tibb və biologiya alimlərinin, Azərbaycan Tibb Universitetinin, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun, səhiyyə və sanitar-epidemioloji müəssisələrin, elmi-tədqiqat institutlarının və onların bu infeksiya ilə mübarizədə fəal iştirak edən rəhbər heyətinin, əməkdaşlarının, həmçinin müvafiq səhiyyə və tibb müəssisələrinin dövlət səviyyəsində mukafatlandırılması istiqamətində zəruri addımlar atılmasını məqsədəuyğun hesab edirik.

15.15 sentyabr tarixinədək ictimai yerlərin (ticarət obyektləri, restoranlar, şadlıq və mərasim evləri, təhsil müəssisələri, otellər və istirahət mərkəzləri və s.) fəaliyyəti hazırda bağlı olduğu kimi qapalı qalmalıdır. Banklar, apteklər, marketlər hazırda olduğu qaydalarla əks-epidemik davranışlara ciddi əməl olunmaqla fəaliyyətlərini davam etdirməli, parklar, çimərliklər və idman obyektləri istifadəyə açıq olmalıdır. Əhalinin ölkə daxilində gediş-gəlişinə maneələr aradan qaldırılmalıdır.

16.Yuxarıda qeyd etdiyimiz təkliflərin yerinə yetirilməsi sərt karantin tədbirlərinin, karantin rejiminin, xüsusilə “Evdə qal!” kompaniyasının dayandırılmasına əsaslar yarada bilər. Dünya ölkələri ilə müqayisədə Azərbaycan Respublikasında COVİD-19-a yoluxanlar arasında son 5 ay ərzində ölüm faizinin davamlı surətdə xeyli az olduğunu (1,2-1,3%) nəzərə alaraq karantin rejimi qaydalarının xeyli yumşaldılması şəraitində əks-epidemik davranışların ciddi tətbiqini təklif edirik.

17.COVİD-19 pandemiyası ilə mübarizədə dünya ölkələrinin qabaqcıl təcrübəsinin öyrənilməsi və ölkəmizdə istifadəsini məqbul hesab edirik.

18.Xüsusi rejimli koronavirus xəstəxanalarında COVİD-19 xəstələrinin müalicəsi üçün ölkəmizə dəvət edilmiş həkimlərin yerli həkimlərlə birgə fəaliyyətinin yerli alimlərin və mütəxəssislərin ciddi nəzarəti altında keçirilməsini vacib hesab edirik.

19.COVİD-19-dan ölən xəstələrin patoloji-anatomik müayinəsinin geniş tətbiqi və bu sahadə geniş elmi-tədqiqatların aparılmasını vacib hesab edirik.

20.Həkimlərin, tibb işcilərinin və texniki yardım işcilərinin COVİD-19 ilə yoluxma hadisələrinin səbəblərinin (oteldaxili və xəstəxanadaxili yoluxma, təhlükəsiz texnikası qaydalarına riayət edilməməsi, fərdi bioloji qoruyucu vasitələrlə təminatsızlıq və b.) araşdırılması və aradan qaldırılması istiqamətində əməli fəaliyyət göstərilməsi, SARS-COV-2 infeksiyasına yoluxmuş tibb işçilərinin müalicəsi və xəstəxana şəraitləri ən yüksək səviyyədə təmin edilsin. İnfeksiyaya yoluxmuş həkimlərin, tibb və texniki yardım işçilərin müalicəsi üçün ayrıca xəstəxananın ayrılmasını tövsiyə edirik.

Professor Adil Qeybulla,

Professor Vüqar Məmmədov,

Professor Mübariz Əliyev,

Professor İlham Əhmədov,

Professor Şahbaz Şahbazov,

Dosent Ədalət Rüstəm,

Dosent Tanrıverdi Rzayev,

Tibb üzrə fəlsəfə doktoru Vasif İsmayıl,

Tibb üzrə fəlsəfə doktoru Fəxrəddin Məmmədov

Tibb üzrə fəlsəfə doktoru Mahmud İsmayılov,

Radiologiya uzmanı Aydın Əliyev

İctimai-siyasi fəal Qorxmaz İbrahimli

Bakı şəhəri, 27 iyul 2020-ci il."

635x100

Şərhlər

Agalar Aliyev 2020-08-01 17:36:05

Muraciet edenlerin sirasinda Sahbaz Sahbazov da var. Bu adam uc ilden coxdur Vetende yasamir. Bunu kim salıb bu siyahiya?

Məhəmməd Məhərrəmov 2020-08-01 11:58:01

maryam@1993 Kimsinizsə, bilin, mən bioloq deyiləm, fizikəm. Elmi dərəcənin o cür olması sovet dövrünün formalizminin nəticəsidir. Mənim təkliflərimin əsas mahiyyəti insanlara müəyyən sərbəstliklərin ciddi nəzarət altında verilməsindən ibarətdir. Eko ləqəbli şərhçi, təklifiniz varsa buyurun. Hər halda bu bəla hamımıza təhdid yaradır. Nə isə təklif etmək günah deyil. Oturub şeyx nəsrullahı gözləmək səfehlikdir.

Səxavət Talıbov 2020-07-31 20:08:58

Buraya mən Covid-19-un stasionar müalicəsi zamanı tətbiq olunan dərmanların pulsuz paylanmasının dispanser müalicəsinə cəlb edimişlərə şamil edilməsini əlavə edərdim. Təbibin nəzdində Respublikamızda və xaricdə yaşayan Azərbaycanlı Həkimlərdən ibarət ekspertlər qrupu və elmi tədqiqatdçılar qrupu yaradılmalıdır. Operativ qərargahın qəbul etdiyi qərarlar bu qrupların rəyi əsasında formalaşmalıdır. Covid 19-zla mübarizəyə cəlb edilmiş həkimlər bu sahə üzrə ən azından müəyyən kurslar keçməlidir. (Mənim rast gəldiyim halda Dermotoloqu Covid 19 xəstələrin müalicə edən həkim kimi bu işə formal cəlb etmişdi). Test analizlərinin cavablarını operativ yəni ən çoxu 1-2 günə bildirmək lazımdır.( Mənim halımda faktiki bu analizin nəticəsi 6 gündən sonra bildirildi. Ən asası Təbibin rəhbərliyinə indiki haldakı kimi bu işdə biznes maraqları və heç bir təşkilatçılıq qabiliyyəti olmayan Ramin Bayramlınin yerinə bu işi həqiqi mənada bacaran birisi gətirilməlidir.

Rustam Abdullayev 2020-07-31 10:57:58

Qeyd edilən cox səbəblər səmərə verib,amma əqər beş ay imkanı olmayan özünə meyvə tərəvəz almaqa hansındakı onun imunn sisteminə fayda verir və bu və diqər xəstəliklərdən onu qoruyur,onlar haqında niyə ay MÜƏLİMLƏR danışmadız,siz vaxtında altınıza doldurmusuz indi xirim xirim TIXIRSIZ,bəs qündəlik balasına çörək puluna evindən çıxana niyə bir MƏNƏVİDƏ olsa bir punkta qeyd etmədiz Bunlar yad bir insandı sizlər ücün,bir vətənin evladları deyilmi sizlərlə,aldıöınız TİTUL və Vəzifələr onlara məxsus olan Dövlətdə almamasınızmı.ƏDALƏTLİ olmaöı siz öz təhsil müəsələrdə tətbiq etmirsinizmi ay müəlimlər.oxuyub qanmadınızki AC QALANA SİZİN TƏNTƏNƏLİ MÜHAZİRƏLƏR HEC BİR FAYDA VERƏ BİLMƏZ.Utanmayırsız öz yaşınızdan ay vətəndaşına xəyanət edən lər.Kasıbların sayı 80% təşkil edir 20% yox bunlar bir fayda verin siz qorbaqor olandan sonra sizə rəhmət oxuyan olsun.Allah bizm kimi kasıbın allahıdı sizin acıqınıza qoruyacaq və sizləri zəlil edəcək tezliklə.

maryam@1993 2020-07-31 09:58:44

Ей физика факултасинин биолог декан муавини. Сиз ва сизи кимилəрин варлыгы анчаг халгын мəhви демəкдир.

Eko 2020-07-31 05:20:17

Mehemmed Meherremov , Sen naqil danishirsan , deyesen ordan qelmisen , hec neden xeberin yoxdu !!!

Talıbov Səxavət 2020-07-31 00:12:02

Buraya mən Covid-19-un stasionar müalicəsi zamanı tətbiq olunan dərmanların pulsuz paylanmasının dispanser müalicəsinə cəlb edimişlərin də bütün dərmanlarının pulsuz verilməsini əlavə edərdim. Təbibin nəzdində Respublikamızda və xaricdə yaşayan Azərbaycanlı Həkimlərdən ibarət ekspertlər qrupu və elmi tədqiqatdçılar qrupu yaradılmalıdır. Operativ qərargahın qəbul etdiyi qərarlar bu qrupların rəyi əsasında formalaşmalıdır. Covid 19-zla mübarizəyə cəlb edilmiş həkimlər bu sahə üzrə ən azından müəyyən kurslar keçməlidir. (Mənim rast gəldiyim halda Dermotoloqu Covid 19 xəstələrin müalicə edən həkim kimi bu işə formal cəlb etmişdi). Test analizlərinin cavablarını operativ yəni ən çoxu 1-2 günə bildirmək lazımdır.( Mənim halımda faktiki bu analizin nəticəsi 6 gündən sonra bildirildi. Ən asası Təbibin rəhbərliyinə indiki haldakı kimi bu işdə biznes maraqları və heç bir təşkilatçılıq qabiliyyəti olmayan deyil bu işi həqiqi mənada bacaran adam gətirilməlidir.

Talıbov Səxavət 2020-07-30 23:51:34

Buraya mən Covid-19-un stasionar müalicəsi zamanı tətbiq olunan dərmanların pulsuz paylanmasının dispanser müalicəsinə cəlb edimişlərin də bütün dərmanlarının pulsuz verilməsini əlavə edərdim. Təbibin nəzdində Respublikamızda və xaricdə yaşayan Azərbaycanlı Həkimlərdən ibarət ekspertlər qrupu və elmi tədqiqatdçılar qrupu yaradılmalıdır. Operativ qərargahın qəbul etdiyi qərarlar bu qrupların rəyi əsasında formalaşmalıdır. Covid 19-zla mübarizəyə cəlb edilmiş həkimlər bu sahə üzrə ən azından müəyyən kurslar keçməlidir. (Mənim rast gəldiyim halda Dermotoloqu Covid 19 xəstələrin müalicə edən həkim kimi bu işə formal cəlb etmişdi). Test analizlərinin cavablarını operativ yəni ən çoxu 1-2 günə bildirmək lazımdır.( Mənim halımda faktiki bu analizin nəticəsi 6 gündən sonra bildirildi. Ən asası Təbibin rəhbərliyinə indiki haldakı kimi bu işdə biznes maraqları və heç bir təşkilatçılıq qabiliyyəti olmayan deyil bu işi həqiqi mənada bacaran adam gətirilməlidir.

Cavanşir 2020-07-30 20:43:54

ORERATİV QƏRARGAH ƏVVƏLCƏDƏN SƏHV QƏRARLAR VERİBDİR.2GÜN İNSANLARI EVƏ QAPADARAQ SONRA İNSANLARI AĞZINA QƏDƏR DOLU AVTOBUSLARDA QAPALI ŞƏRAİTDƏ DAŞIYIRLAR.ƏSL YOLUXMA YERİ DOLU AVTOBUSLARDIR.ELƏ BİL KİMLƏRSƏ XALQIN BU AĞIR VƏZİYYƏTİNDƏ DƏ PUL QAZANMAQ CİBLƏRİNİ DOLDURMAĞA ÇALIŞIRLAR.BELƏLƏRİNƏ ALLAH LƏNƏT ELƏSİN.

Cavanşir 2020-07-30 20:43:54

ORERATİV QƏRARGAH ƏVVƏLCƏDƏN SƏHV QƏRARLAR VERİBDİR.2GÜN İNSANLARI EVƏ QAPADARAQ SONRA İNSANLARI AĞZINA QƏDƏR DOLU AVTOBUSLARDA QAPALI ŞƏRAİTDƏ DAŞIYIRLAR.ƏSL YOLUXMA YERİ DOLU AVTOBUSLARDIR.ELƏ BİL KİMLƏRSƏ XALQIN BU AĞIR VƏZİYYƏTİNDƏ DƏ PUL QAZANMAQ CİBLƏRİNİ DOLDURMAĞA ÇALIŞIRLAR.BELƏLƏRİNƏ ALLAH LƏNƏT ELƏSİN.

Şaiq 2020-07-30 17:59:32

İnsanda özünü qoruma instinkti var. Qaynar su içib ağzını yandıran neçə nəfər görübsünüz. Hər kəsə öz canı şirin olduğundan xəstələnməmək üçün hamı özünü qoruyacaq. Bürokratik ÜST məni məndən çox sevə və qoruya bilməz. ÜST - nın karantin təkliflərini rədd edən Belorusiyada epidemioloji vəziyyət bizdən 2 dəfə yaxşıdır. Hanı sizin karantinin faydası...........?????.. İnsanları qorxutmaq, karantində saxlamaqla ÜST ağır cinayət törədib. Cəzasını almalıdırlar.

Şaiq 2020-07-30 17:57:33

İnsanda özünü qoruma instinkti var. Qaynar su içib ağzını yandıran neçə nəfər görübsünüz. Hər kəsə öz canı şirin olduğundan xəstələnməmək üçün hamı özünü qoruyacaq. Bürokratik ÜST məni məndən çox sevə və qoruya bilməz. ÜST - nın karantin təkliflərini rədd edən Belorusiyada epidemioloji vəziyyət bizdən 2 dəfə yaxşıdır. Hanı sizin karantinin faydası...........?????.. İnsanları qorxutmaq, karantində saxlamaqla ÜST ağır cinayət törədib. Cəzasını almalıdırlar.

Fikret 2020-07-30 17:36:06

kizik tizarat obeyktali ahalinin six olmayan yerlarda olan abeyktlarin azilmasmasini taklif edirlar tamamila duzgun deyil bunu

Əhməd 2020-07-30 15:48:16

Belə xəstəlilər zamanı yalnız tibbi-sanitar qaydalara əməl edilməsi ilə nəticə əldə etmək olar. Çölə çıxmağa məhdudiyyət qoymaqla yox. Elə ailə var 2 otaqlı evdə 10 nəfər ailə üzvü ilə yaşayır. Eyni zamanda bu sayda şəxsin mənzildə qalması onların təmiz havada gəzməsindən daha çox təhlükə yaradır. İcazə sistemi insanlara zülm etməkdən başqa bir işə yaramır.

Cavahir Mustafa Cox yaxshi 2020-07-30 15:30:08

, duzgun esaslandirilmish tekliflerdir.

Xezer 2020-07-30 13:55:08

Müayinənin qiyməti 40 manat idi , 130 elədilər. Maska ən çoxu 10 qəpik idi, 30 elədilər... Siz də deyirsiz havayı olsun. Əzrailin bala paylamasına döndü... Balamı almasın, balasını istəmirəm misalı...

Məhəmməd Məhərrəmov 2020-07-30 13:40:51

Koronavirusla mübarizə - sərt rejim, yoxsa sərt nəzarət? Artıq bir neçə aydır ki dünyanı cənginə almış Covid-19 koronavirusu səbəbindən bütün ölkələrdə normal həyat pozulmuşdur. İqtisadi fəaliyyət dayanmış, insanların gündəlik həyat tərzi dəyişmiş, əhali daima səksəkəli vəziyyətdə yaşamağa məhkum olmuşdur. Virus yayılmağa başladıqdan sonra bütün dünya ölkələri onun yayılmasının qarşısının alınmasına yönəlmiş tədbirlər görməyə, əhalini necə davranmalı olduqları yöndə məlumatlandırmağa və maarifləndirməyə başladılar. Lakin, təəssüflər olsun ki, bir çox ölkələrdə, o cümlədən Azərbaycanda insanlar bu məsələyə etinasız yanaşdılar, təhlükənin miqyasını anlaya bilmədilər. Bu virus ona görə təhlükəlidir ki, ona qarşı vaksin yoxdur. Ondan qorunmağın ən düzgün yolu da, dəfələrlə deyildiyi kimi, maska taxmaq, sosial məsafəni qorumaq və gigiyena qaydalarına əməl etməkdir. Hələ ki, başqa yolu yoxdur. Bütün bu tələblərə əməl edilməsi üçün hökümətlər sərt karantin qaydalarını tətbiq etməli oldular. Bir çox ölkələrdə, o cümlədən Azərbaycanda bu öz bəhrəsini verdi – yoluxmaların sayı, deməli xəstələrin sayı aşağı düşdü. Lakin sərt karantin rejimi həm də digər problemlər yaratdı: iqtisadi fəaliyyət, xüsusən də kiçik sahibkarlıq, ticarət və xidmət sahələrində, təhsil müəssisələrində fəaliyyət dayandırıldı. Uzun müddət qapalı şəraitdə qalan insanların mənəvi-psixoloji vəziyyətində gərginliklər yarandı. Belə vəziyyətdə həmin insanların virusdan qorunmasına nail olunsa da, stres və sıxıntının yarada biləcəyi digər fəsadlar qaçınılmaz oldu. Necə deyərlər, zəlzələdən olmayanın vəlvələdən olma təhlükəsi yarandı. Bunu nəzərə alaraq sərt karantin rejiminin tədricən yumşaldılması və əhalinin əvvəlki həyat tərzinə qayıtması istiqamətində addmlar atıldı. Amma yenə də maska taxmaq və sosial məsafəni gözləmək kimi tələblər (bir çox yerlərdə tövsiyələr) qüvvədə qaldı. Biz nə müşahidə etdik? İnsanlar sanki uzun müddət qapalı yerdə qalmış kimi, heç bir qorunma tələblərinə əməl etmədən küçələrə axışdılar. Məsələn, həmin günlər Bakının “Torqovı” küçəsi və Fəvvarələr meydanındakı mənzərəni heç cür şüurlu davranış adlandırmaq olmaz. Eyni vaxtda Bayraq meydanı tərəfdə, Bayıldakı təzə bulvarda tək-tük adam olardı. Yəni, məsələ açıq havaya çıxmaq, gəzmək məsələsi idisə, hamının eyni yerə toplaşmasına nə ad vermək olar? Bunun da mənfi nəticələrini tezliklə gördük. Yoluxmaların sayı sürətlə artmağa başladı. İndi yenidən sərt karantin rejimi tətbiq olunub. Sərt karantin rejiminin məqsədi insanların bir-biri ilə təmaslarını minimuma endirməklə virusun yayılmasının qarşısını almaqdır. Bu zaman insanların bir müddət (hazırkı halda ən azı 2 həftə) evdə qalması tələb olunur. Lakin uzun müddət qapalı, dar məkanda qalmanın sıxıntısı insanları müəyyən addımlar atmağa məcbur edə bilər. Məsələn, 18 mərtəbəli binada 100-lərlə ailə yaşayır. Onların binadan kənara çıxmasına nəzarət olunur, amma bina daxilində mənzildən çıxmağa heç bir nəzarət yoxdur. Belə halda qonşuların bir yerə yığışmasını istisna etmək olmaz və müşahidələr göstərir ki, bu baş verir. Eyni vəziyyət həyət evlərində də müşahidə olunur. Ərazi böyük olduğu üçün polisin bütün məhəllələrə eyni zamanda nəzarət etməsi qeyri-mümkündür. Ara küçələrə isə demək olar ki, nəzarət olunmur. Uşaqlar axşama kimi küçədə oynayırlar, qonşular bir yerə yığışıb yemək məclisləri təşkil edirlər. Onların arasında işə gedib-gələnlərin olduğunu düşünsək, tək bir nəfərin virus daşıyıcısı olduğu halda yoluxmaların necə yayılacağını göz önünə gətirmək olar. Marketlərdə, digər obyektlərdə, hətta xəstəxanaların içərisində maska taxmamaq adi bir hala çevrilib. Son zamanlar virusun yayılmasında insanlarımızın məsuliyyətsizliyinin böyük rol oynadığı bir çox insan tərəfindən dəfələrlə vurğulanıb. Bunun qarşısının alınmasının yolu kimi ictimai qınağın əhəmiyyəti hamı tərəfindən qeyd olunub. Təbii ki, bunlar hamısı düzdür. Ancaq düz sözü düzgün adamlar qəbul edirlər, qaydalara mədəniyyəti olan adamlar əməl edirlər. Qaydalara əməl etməmək, etinasızlıq, məsuliyyətsizlik, “virusa kəlləatmaq” davranışı mədəniyyətsizliyin göstəricisidir. Cəmiyyətimizin bəzi üzvləri onlara edilən haqlı iradlara (məsələn, növbəni gözləmək, sosial məsafəyə riayət etmək, maska taxmaq barədə) düzgün reaksiya vermək mədəniyyətinə malik deyillər. Az hallarda edilən iradların qarşısında insanlar səhvlərini düzəldirlər. Çox vaxt “Sən kimsən”, “Sənə nə var” kimi kobud cavablar verilir və münaqişələr yaranır. Buna görə də ictimai qınaq praktikası cəmiyyətin normal halına çevrilənə kimi, güclü nəzarət sistemi yaradılmalıdır. İrad səlahiyyətli şəxs tərəfindən edildikdə insanlar buna əsasən sözsüz əməl edirlər. Mədəniyyəti olmayana yüz dəfə sosial məsuliyyətdən danışsan da xeyri olmayacaq. Ona görə də onları mədəni davranışa, yəni qaydalara əməl etməyə məcbur etmək lazımdır. («Культуру надо насаждать, даже принудительно». Ziyalı Dmitri Lixaçev). Görünən odur ki, biz hələ uzun müddət arzulamadığımız bir yol yoldaşı ilə bərabər addımlamalı olacağıq. Odur ki, hətta günbəgün yoluxmaların sayı azalsa da belə, sərt rejim tətbiq olunmalıdır və həmin rejim əhalinin tam vaksinasiyası həyata keçirilənədək qüvvədə olmalıdır. Lakin sərt rejimi uzun müddət saxlamaq olmur. Bu, həm iqtisadi cəhətdən, həm də insanların sağlamlığı baxımından sərfəli deyil. Müəyyən müddətdən sonra sərt rejimin yumşaldılmasına gedilir. Təcrübə göstərdi ki, hər bir yumşaldılmadan sonra daha ağır vəziyyət yaranır. Ona görə də, fikrimcə, sərt rejimin əsas hədəfi insanların evlərə qapadılması deyil, hər bir yerdə onların davranışına sərt nəzarətin təmin edilməsi olmalıdır. Bu məqsədlə 1. Ölkədə hərbi vəziyyət rejiminin elementlərini daşıyan xüsusi rejim elan olunsun. Ordunun bəzi hissələri və Daxili Qoşunlar karantin tələblərinə əməl edilməsinə nəzarətə cəlb olunsun. Bu bir savaşdır, gözəgörünməz bir düşmənlə savaş. Biz onu hələ ki, məhv edə bilmirik, heç olmasa vurduğu ziyanı minimuma endirməliyik. Bir haldakı savaşdayıq, savaş dövrünün tələblərinə uyğun hərəkət etməliyik – hərbi vəziyyət və səfərbərlik. 2. Bütün yaşayış məntəqələri (kəndlər, qəsəbələr, şəhərlər) ayrı-ayrılıqda bir-birindən təcrid olunsunlar və aralarında postlar qoyulsun. 3. Hər bir yaşayış məntəqələrində insanların karantin tələblərinə əməl edilməsinə məsuliyyət yerli idarəetmə orqanlarına tapşırılsın. 4. Aztəminatlı və günəmuzd işlərdə çalışan ailələrin siyahısı müvafiq yerli icra orqanları tərəfindən müəyyənləşdirilsin. Yaranmış vəziyyətdən sui-istifadə edərək yanlış adamların həmin siyahıya salınmasına görə daşıdıqları məsuliyyət həmin orqanların nümayəndələrinin diqqətinə çatdırılsın və bu işə ciddi nəzarət təşkil edilsin. 5. Aztəminatlı və günəmuzd işlərdə çalışan ailələrə yardım pul şəklində deyil, minimal ehtiyac səbətinə uyğun həftəlik ərzaq və digər təminatlar şəklində evlərə çatdırılsın. 6. Bakıda təcrid olunma çoxmərtəbəli binalar və fərdi evlərin olduğu məhəllələr şəklində təşkil olunsun. Hər bir binadan könüllülər bina qarşısında sakinlərin bazarlıqlarını və karantin qaydalarına əməl etmələrinə nəzarəti həyata keçirsinlər. İnsanların uzun müddət qapalı mühitdə qalmalarının psixoloji tərəflərini nəzərə alaraq, sakinlərin cədvəl üzrə həmin könüllülərin nəzarəti altında bina həyətində və ətrafında sosial məsafəni gözləməklə gəzintiləri təşkil olunsun, yaxınlıqdakı mağazalardan alış-veriş etmələrinə şərait yaradılsın. 7. Karantin tələblərini heçə sayan şəxslərin cərimələnməklə bərabər cəza kimi pandemiya xəstələrinə xidmət işlərinə cəlb olunacağı elan edilsin. 8. Postlarda xidmət keçən polis və hərbi qulluqçuların diqqətinə çatdırılsın ki, nəyinsə müqabilində insanların postdan keçməsinə şərait yaradılması ciddi (mən bunu “dövlətə xəyanət” kimi qiymətləndirərdim) cinayət məsuliyyəti yaradacaqdır. 9. Bütün əhalinin nəzərinə çatdırılsın ki, yaşadıqları ərazidə naməlum və ya həmin ərazidə yaşamayan şəxslər gördükdə, dərhal həmin şəxslərin saxlanılması və müvafiq orqanlara məlumat verilməsi zəruridir. 10. Bütün əhalinin nəzərinə çatdırılsın ki, hər hansı bir yaşayış məntəqəsində, yaxud çoxmərtəbəli binada karantinin götürülməsi insanların qoyulan tələblərə necə əməl etmələrindən asılı olacaqdır. Hardasa şübhəli məqam ortaya çıxarsa, orada karantin həmin gündən başlayaraq yenidən hesablanacaqdır. Şübhəli məqamların ortaya çıxmadığı ərazilərdə tədricən karantin dairəsi genişləndirilə bilər. Məsələn, bir neçə qonşu kənddə iki-üç həftə ərzində şübhəli bir şey baş verməsə, onlar arasındakı postlar ləğv edilə bilər. Bakıda bu, bir neçə qonşu binaya şamil oluna bilər. Beləliklə, karantin dairəsi tədricən genişləndirilər. 11. Yay mövsümüdür, insanlar dənizə, dağlara, meşələrə getmək istəyəcəklər. Bu istəyi reallaşdırmaq üçün şəxsi maşını olan şəxslərin yalnız öz ailə üzvləri il birgə səyahətinə və getdiyi yerdə yalnız nəzarət olunan müəyyən edilmiş yerlərdə piknik keçirməsinə icazə verilə bilər. Bu, çadır turizmi kimi həyata keçirilə bilər. Bundan başqa, Tağıyev qəsəbəsindən üzü şimala doğru dəniz sahilində ucsuz-bucaqsız plyajlar var. Həmin plyajlarda elementar şərait (paltar dəyişmə yerləri və tualetlər) yaratmaqla yalnız şəxsi maşında və öz ailə üzvləri ilə birgə insanların istirahətinə şərait yaradıla bilər. Hər bir yerdə, yollarda, plyajlarda, dağlarda izolyasiyanın qorunmasına nəzarət edən şəxslər olmalıdır. Hətta bu səyahətləri ödənişli də etmək olar. Səyahətə gedən hər maşın üçün müəyyən məbləğ təyin edilə bilər ki, həm yerlərdə şəraitin yaradılması, həm də nəzarət işinə cəlb olunmuş şəxslərin maliyyələşdirilməsi üçün büdcə yaransın. 12. Rayonlarda fərdi evləri olan, ayrı yaşamaq imkanı olanlara uzun müddətə (ən azı 1 ay) rayonlara getməyə icazə verilə bilər. Belə olan halda Bakıda əhalinin sıxlığı bir az azalar. Soruşula bilər ki, bu total nəzarəti necə və hansı qüvvə hesabına təmin etmək olar? Məncə aşağıdakı şəxslər bu işə cəlb oluna bilərlər: - ehtiyada olan hərbçilər (əsgər, çavuş və zabitlər). Keçmiş SSRİ dövründə ehtiyatda olan hərbçiləri mütəmadi olaraq 1 aylıq toplanışlara cəlb edərdilər. Bu halda da həmin təcrübədən istifadə edilə bilər; - “Bir” tələbə könülllü hərəkatının üzvləri. Müxtəlif tətbirlərin keçirilməsinin təşkilində onların təcrübəsi var. Bu işin də öhdəsindən gələrlər. Digər tərəfdən gənclər evdə oturmaqdan daha çox sıxılırlar. Onları belə bir fəaliyyətə cəlb etməklə daha aktiv həyat tərzi verilmiş olar; - dövlət və təhsil müəssisələrinin əmək fəaliyyətinə cəlb olunmayan gənc əməkdaşları. Bu gün bir çox təşkilatlarda əməkdaşların 30-50 faizi (bəzən daha az) işə çıxır. Bəzi yerlərdə əməkdaşlar növbəlilik prinsipi ilə işə çıxırlar. Bu zaman hamı əməkhaqqını tam alır. Nəzarət sisteminə əlavə büdcə ayrılmaması üçün həmin işə çıxmayan gənc əməkdaşları yaşadıqları ərazidə nəzarət işinə cəlb etmək olar. Bu şəxslər yaşadıqları ərazidə (bina, məhəllə, kənd, qəsəbə) fəaliyyət göstərməlidirlər ki, ictimai (və ya şəxsi) nəqliyyatdan istifadə etmək ehtiyacı yaranmasın, yəni həmin şəxslərin özlərinin virusa yoluxma riski minimuma endirilsin. Bu nəzarətçilərin fəaliyyətinin təmin olunmasına nəzarəti isə polis əməkdaşları və hərbi qulluqçular həyata keçirməlidir. İndi olduğu kimi, patrul dəstələri cavabdehlik daşıdıqları ərazidə dolaşmaqla əhalinin nəzarətçilərin tələblərinə riayət etmələrinə, qayda pozanların məsuliyyətə cəlb olunmasına nəzarət etməlidirlər. Əgər belə güclü nəzarət sistemi tətbiq olunsa, bir çox təsərrüfat obyektlərinin, fərdi əmək fəaliyyəti ilə məşğul olan şəxslərin, günüəmuzd işlərə cəlb olunanların fəaliyyəti bərpa oluna bilər. Bu zaman hər bir obyektin sahibi (market, mağaza, bərbərxana, restoran, kafe və s.) həmin obyektdə maska taxılmasına və sosial məsafənin gözlənilməsinə cavabdehlik daşımalıdır. Bu tələblərin pozulması hallarının baş verdiyi obyektlər daha yüksək şəkildə cərimə olunmalıdırlar (qaydanı pozan şəxslə birlikdə). Bu rejimin tətbiqi zamanı əsas məsələlərdən biri də Bakı və digər iri şəhərlərin əhalisinin kənd təsərrüfatı məhsulları ilə təchiz edilməsidir. Məncə, qapalı və əhalinin sıx dolaşmağa məcbur olduğu bazarlar bağlanmalı, yaxud da ordakı insanların sayına ciddi limit qoyulmalıdır. Yaxşı olar ki, binalar arasında, məhəllələrdə, küçə kənarlarında satışlara şərait yaradılsın. Rayonlardan məhsulunu gətirən şəxs həmin yerlərə yönəldilsin, nəzarət altında alış-verişə icazə verilsin. Bu qeyd olunanlar bir təklifdir. Əlbəttə ki, təklif vermək asandır. Və verilən təkliflər də kiməsə qeyri-real görünə bilər. Amma, bizi təhdid edən təhlükə də adi təhlükə deyil. Deməli, onun öhdəsindən adi tədbirlərlə gəlmək də çətin olar. P.S. Sonda bir neçə kəlmə karantin tədbirləri, evdə qalma barədə. Hər bir ölkədə hansısa bir cinayət törətmiş şəxs həmin ölkənin qanunlarına uyğun cinayət məsuliyyətinə cəlb olunur və törətdiyi əmələ müvafiq olaraq cəza alır. Bu cəza bəzən azadlıqdan məhrumetmə şəklində olur. İnanclı adamlar razılaşarlar ki, bu virus bəlası da bir cəzadır – insanların yolu azdıqlarına görə allahın verdiyi cəza. Lakin allah daha humanist davranaraq bizi öz evimizə qapatmışdır və düşünməyə vaxt vermişdir. Ən azından azadlıqdan təcrid olunmanın nə demək olduğunu, əyri işlərdən uzaq durmanın nə üçün vacib olduğunu anlamaq üçün. P.S.2. Covid-19-un qurbanları nədən gəncləşdi? Bir yazı oxumuşdum Facebook-da. Novosibirskdən bir alimin fikirləri idi. Çox təəssüf ki, paylaşımda qalmayıb. Onun fikirləri belə idi ki, Covid-19 virusu xəstəlik törətməsi üçün hüceyrələrə daxil olmalıdır. Hüceyrə isə membranla əhatə olunub və, necə deyərlər, “hər yoldan ötən ora daxil ola bilməz”. İnsan orqanizmində sintez olunan bir molekul var. Həmin molekul əsasən 60 yaşlardan sonra cintez olunmağa başlayır. Həmin molekul immun sisteminin zəifləməsi ilə ortaya çıxır, bir növ insanın immun sisteminin nə vəziyyətdə olduğunu göstərir. Körpə uşaqlarda həmin molekul demək olar ki, olmur, gənclərdə az-az hallarda rast gəlinir. Virus yalnız həmin molekulla birləşərək hüceyrələrə daxil ola bilir və bundan sonra öz təsirini göstərir. Buna görə də, virusun yayılmağa başladığı ilk vaxtlar xəstələrin əksəriyyəti, vəfat edənlərin isə böyük əksəriyyəti yaşlılar idi. Tək-tək hallarda yaşlı adamlar xəstəliyə qalib gələ bilirdilər (immun sistemləri güclü olduğu üçün) və tək-tək hallarda cavan adamlar xəstəliyin qurbanı olurdular (immun sistemləri zəif olduğu üçün). Karantin rejimləri tətbiq olunduqdan sonra demək olar ki, bütün ölkələrdə cavan adamların arasında virus qurbanlarının sayı artmağa başladı. Bu gün yoluxanların, xəstələrin və vəfat edənlərin orta yaşları xeyli aşağıdır. Bunun da səbəblərindən biri karantin rejiminin gətirdiyi stres və sıxıntıdır. Yaşlı adamlar, adətən, az hərəkətli olurlar və hardasa bu karantin qaydalarına uyğunlaşa bilirlər. Gənclər və orta yaşlılar üçün isə uzin müddət fəaliyyətsiz, hərəkətsiz qalmaq çox çətindir. Bunun nəticəsində həmin kateqoriyadan olan insanlarda immun sisteminin zəifləməsi və virusa yoluxma hallarının çoxalması baş verir. İsti yay günlərində bu sıxıntılar daha da artacaq. Üzü payıza vəziyyət daha da gərgin ola bilər. Məhəmməd Məhərrəmov Bakı Dövlət Universitetinin Fizika fakültəsinin dekan müavini, biologiya elmləri namizədi

Şaiq 2020-07-30 12:46:02

Çox yaxşı təkliflərdir. Karantin rejiminin səmərəsiz olduğunu dəfələrlə yazmışıq. Belorusiyanı misal gətirmişik, xeyri olmadı. BELORUSİYADA covid 19 xəstələrinin 124 nəfərdən biri, bizdə isə 73 xəstədən biri rəhmətə gedib. Xəstələnənlərin təqribən 90% - i simptomsus keçirib. ÜST cavab versin görək karantinin bizə xeyri NƏ oldu ? ÜST və TƏBiB - in öz maddi maraqları olduğundan insanlara karantində zülm ediblər. Təkrarən yazıram, bunun fəsadlarını oktyabr və fevral aylarında görəcəyik.

Şaiq 2020-07-30 12:43:09

Çox yaxşı təkliflərdir. Karantin rejiminin səmərəsiz olduğunu dəfələrlə yazmışıq. Belorusiyanı misal gətirmişik, xeyri olmadı. BELORUSİYADA covid 19 xəstələrinin 124 nəfərdən biri, bizdə isə 73 xəstədən biri rəhmətə gedib. Xəstələnənlərin təqribən 90% - i simptomsus keçirib. ÜST cavab versin görək karantinin bizə xeyri NƏ oldu ? ÜST və TƏBiB - in öz maddi maraqları olduğundan insanlara karantində zülm ediblər. Təkrarən yazıram, bunun fəsadlarını oktyabr və fevral aylarında görəcəyik.

Саша 2020-07-30 12:14:48

Əhalinin maddi durumu haqqında bəs təklif hanı? İnsanlar işsiz qlıb .

.EJDER 2020-07-30 11:08:08

OQTAYA WEREF ORDENI VERILSIN .....

Tofiq 2020-07-30 11:02:54

Sizin təkliflərinizi dəstəkləyirəm. Əksər insanlarda bəzən belə bir fikir yaranır ki, səriçtəsizlikdənmi, və ya nədənsə Operativ Qərargah elə bil ki, karantinin uzadılmasının, az effektli fıaliyyətlərin dəstəkləyicisidir

Cavan 2020-07-30 11:02:16

TAMAMIİLƏ DOĞRU TƏKLİFLƏRDİR.

Bashirov Qarib 2020-07-30 11:00:48

Deməli, pandemiya ilə mubarizə məsələlərinin məmurların maraqları uzərindən aparılması faktını hörmətli alimlərimiz də bilirmiş və muraciətdə də onu qabardıblar.Nə əcəb, bu faktı onlara nəzarət edənlər görmurr? ....Axı, bu faktlar araşdırılmalıdır.

t.ədalət 2020-07-30 09:31:08

Bu təkliflər hakimiyyətlə razılaşdırılmış təkliflərdir.Odur ki,həmin təkliflər sözdən işə tikilib uzun müddət bizimlə yolçuluq edəcək.

Gulsen 2020-07-30 09:17:25

Siz nə danışırsız bu otellər restoranlar klublar istirahət mərkəzləri ağalı alimlərindir birinci elə onları açmaq lazımdır ki ciblərinə pul gəldim n millət taracolue

Talibov Sexavet 2020-07-30 05:42:39

Chox mentiqi ve esaslandirilmish tekliflerdir.

Son yazılar