Günəşlə Ay eyni anda görünəcək

8 oktyabrda dünyada ən nadir Ay tutulmalarından biri baş verəcək.

ANS-in məlumatına görə, Ay tutulması ilə eyni dəqiqələrdə Günəşin doğması baş verəcək. Alimlərin fikrincə, bu, nadir kosmik hadisədir.

"Selenelion" adı verilən kosmik hadisədəni gözlə görmək mümkün olacaq. Proses baş verən zaman Ay və Günəş bir-birlərindən 180 dərəcə ölçüdə dayanacaq. Ancaq, atmosferdə işığın qırılması nəticəsində hər iki göy cismi üfüqdə ayrı-ayrı görünəcək. Bununla da Günəş və Ayı eyni anda müşahidə etmək mümkün olacaq.

Kosmik hadisə Amerika qitəsində 8 oktyabrda, gündüz saatlarında, Asiya və Avropa ölkələrində isə axşam saatlarında müşahidə olunacaq. Günəş şərqdən yüksələrkən qərbdə Ay tutulması reallaşacaq. Prosesin maksimum 9, minimum 2 dəqiqəlik müddət ərzində müşahidə olunacağı ehtimal olunur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar