DEPUTAT ÖZÜNÜ OPERATİV QƏRARGAH KİMİ APARANDA... – “Bütün məhdudiyyətləri götürə bilmərik”

“Avqustun 5-dən sonra dövlət olaraq bütün məhdudiyyətləri götürə bilmərik” – saytların birində bu başlığı görəndə, düşündük ki, yəqin bunu ya ölkə başçısı, ya Baş nazir, ya da uzağı Operativ Qərargahın hansısa samballı, səlahiyyətli nümayəndəsi deyib.

Ancaq mətnə və ona əlavə olunmuş videoya baxanda görürük ki, bunu AzTV-nin efirinə qoşulan Şahin Seyidzadə deyib. Bəli, bu ad oxucuların böyük əksəriyyətinə heç nə deməyə bilər, amma reallıq bundan ibarətdir ki, Ş.Seyidzadə millət vəkili mandatını daşıyır və parlamentdə Abşeronla Qobustanı təmsil edir. Soruşa bilərsiniz ki, nə olsun? O olsun ki, bütün ölkə əhalisinin yaşamına, sosial-iqtisadi durumuna və s. birbaşa aidiyyatı olan bir məsələyə dair belə qəti və birmənalı qərar xarakterli açıqlamalar yalnız ölkə rəhbərliyi səviyyəsində verilə bilər, hansısa deputat tərəfindən yox.

Sadəcə, son seçkidə adının qarşısında 47 faiz(!) səs topladığının yazılması və deputat mandatı ilə təmin olunması, yəni millət vəkili statusu onun dövlət, hökumət adından danışmasına, ehkam kəsməsinə haqq qazandıra bilərmi? Heç bilmirik, gerçəkdə Qobustan və Abşeron seçicilərinin neçə faizi ona səs verib, amma adam həmin rayonlar bir tərəfə, dövlətin adından danışmağa qalxır. Həm də, görəsən bu deputat “dövlət olaraq” deyəndə, özünü həmin dövlətin harasında görür? Və ümumiyyətlə, istər hüquqi, istərsə də mənəvi baxımdan onun və ya digər hansısa deputatın dövlətin adından danışması nə dərəcədə doğrudur? Bəlkə Şahin müəllim ölkə rəhbərliyinin, yaxud Operativ Qərargahın səlahiyyətlərini mənimsəyib, xəbərimiz yoxdur?...

Birincisi, bildiyimizə görə, koronavirus pandemiyası ilə bağlı qərarların, rəsmi bildirişlərin, açıqlamaların və s. verilməsi Operativ Qərargahın səlahiyyətlərinə aiddir. Və nəinki ayrılıqda hansısa deputat, ümumilikdə Milli Məclis bu prosesdə birbaşa iştirak etmir, karantin tədbirləri, məhdudiyyətləri və tarixi barədə qərar çıxarmır.

İkincisi, əvvəllər də qeyd etdiyimiz kimi, təəssüf ki, parlamentin yeni gənc üzvlərinin bir qismi gerçək ictimai, siyasi bilikər, cəmiyyətdəki ab-havanı hiss etmək, reallıqları qiymətləndirmək sarıdan kasaddırlar. Buna görə də bəzən öz “çəkilərini”, “boylarını” düz qiymətləndirmirlər və siyasi boylarını, çəkilərini aşan açıqlamalar, bəyanatlar verirlər. Və beləliklə də Milli Məclisin gerçəkdən təzələnməsinə dair ümidləri və onlara göstərilən etimadı doğrultmurlar...

Hamıya məlumdur ki, sərt karantin qadağaları epidemiyanın yayılmasını müəyyən dərəcədə önləsə də, xüsusilə iş yerlərilə bağlı məhdudiyyətlər nəticəsində əhalinin böyük kəsiminin sosial təminatının, gəlirlərinin çox aşağı olması, bəzi hallarda isə ümumiyyətlə olmaması sosial gərginliyi, narazılığı çox ciddi şəkildə tətikləyir. Və belə bir şəraitdə istənilən ağıllı əsaslandırmaya, izaha baxmayaraq, karantinin uzadılmasını, məhdudiyyətlərin saxlanılmasını dətəkləmək və təşviq etmək insanlarda əlavə əsəb və gərginlik yaradır. Özü də bu halda hansısa “çiçəyi burnunda” millət vəkilinin karantin məhdudiyyətlərinin saxlanılmasını heç olmasa “mənim fikrimcə”, “yaxşı olar ki” və s. bu kimi ifadələrlə, yəni öz mövqeyi kimi çatdırmaqdansa, az qala dövlətin adından danışaraq ehkam kəsməklə təqdim etməsi, bu qıcığı daha da artırır.

Ümimiyyətlə, adını deputat, məmur qoyan və təkcə rəsmi maaşı minlərlə manatla ölçülən (Hələ əlavə gəlirlərini, bizneslərini demirik-red.), qarnı-başı tox, qalstuklu əmilərin, dayıların, yaxud yeni cavan “stilyaqalar”ın, ailəsi gündəlik 10-12 manat qazanca baxan və artıq 6 aya yaxındır bundan da məhrum olan əliqabarlı, yarıac-yarıtox “fəhlə babalar”ın həyatına, dolanışığına birbaşa təsir edən qərarlar barədə danışmaqdansa, danışmasalar yaxşıdır.

Qadağaları, cərimələri təbliğ, təşviq etmək, dəstəkləmək asandır. Ancaq bu adamlara başa salan lazımdır ki, millət vəkili anlayışının fəlsəfəsində bu durmur. Elə həmin deputat yaxşı olardı ki, həm də kağız üzərində təmsil etdiyi rayonların əhalisinin bu çətin dövrdə nə ilə dolandığını, necə təmin olunduğunu və neçə ailənin işsiz, yardımsız, çörəksiz qaldığını desin. Desin ki, məsələn neçə Qobustan sakini məhdudiyyətlərə görə paytaxta gəlib, fəhləlik edib ailəsinə 3-5 manat göndərmək imkanından məhrum olub. Əlbəttə ki, əgər buna cəsarəti çatarsa və kefi istərsə! Yoxsa çıxıb dövlətin adından çətin başa düşülən dil və ləhcədə təkcə qadağaları müdafiə etmək və bununla da camaata “canıyananlıq” göstərməklə iş bitmir...

Cəlal Məmmədov

“AzPolitika.info”

635x100

Şərhlər

AMIN 2020-08-12 20:31:41

Çox sağol Cəlal bəy!

ejder 2020-08-01 00:04:43

malades sene,gor biz ne gundeyik..

Şahin Seyidzadə - yə 2020-07-31 19:42:33

.... Şahin Seyidzadəyə "deputat" MANDATI VEREN memurun Azerbaycana xidmət etdiyi şübhəlidir....

MİRQAFAR 2020-07-31 12:26:18

Yaxşı deputat millətin xeyrindən danışar.Məsələn pensiya yaşının aşagı salımasıundan.YOXSA Kİ özünün yerini şirin salmaq üçün millətin zərərinə danişmaq.AYIBDI AYIB.

Sahib 2020-07-31 02:36:23

İndi ki,dırnaq arası saxta təyin olmuş deputalar ancaq belə edər.Çün ki.şo yaxşı bilir ki onu xalq seçməyib.Hətda xalq,millət onu tanımır.Amma necə olursa olsun onu xalqın adınnan deputat yapıblar.Xalq olmasa onu nə höküməti,nədə deputatı olar.O yazıq bilmir ki,saxtada olsa o höküətə xalqıbn sözünü çatdırmalıdır.

Əli 2020-07-31 01:26:35

Qələminə qurban kəsim, Cəlal bəy!!!

eli 2020-07-30 22:45:57

yuxarda sadalanan siralanmiw suallarin tek cavabi var,bu ve buna a benzer dovlet iw adamlarinin bu tipli mesajlari millete catdirmaq isteyirki cuzii yumwalma olacaq,artiqini gozlemeyin ay millet,cunki bucur veziyyet bir coxlarina genine boluna bes edir,olara ne lazimd

Sənan 2020-07-30 21:49:48

Mənə həmişə maraqli olub. Bu tip adamları haradan tapırlar? Sifətindən görünür bunun səviyyəsi

Azər 2020-07-30 21:23:19

Deputat minimum əmək haqqinin 30ğ manata qaldirilmasina və gəlir vergisindən azad olunmasi məsələsini qaldirsin

t.ədalət 2020-07-30 21:15:19

İndi hakimiyyət rəhbərinin adından danışmaq deputatların vərdişinə çevrilib.O şey ki hakimiyyətə,onun başçısına aiddir,dünyanın heç yerində,hətta Rusiyada ona müdaxilə edilmir.Bizdə seçici səsi belə toplamayan deputatlar,sifətindən mürdəşir görkəmi yağan QHT rəhbərləri "yuyulmamış qaşıq kimi" hara gəlir özlərini dürtürlər.Dövlətin adından münasibət bildirməyə belə çəkinmirlər.Anlamırlar ki,dövlət başçısına aid olan səlahiyyətlər onlara verilmir.Nə də ki əsgər mundiri geyinib dərələrdən,təpələrdən informasiya sərgiləmək dövləti xəyanətin bir növüdür.Orduya aid məlumatlar sərgiləyə deputatlar öz yerində otursalar,hörmətli olarlar.

Aborigen 2020-07-30 19:39:36

Vallah, bu deputatın fiziyanomiyası mənə kimisə xatırladır.

seçici 2020-07-30 18:50:51

Deputatlar........Biri millətə sürü deyir, o biri əyilib gəzir,bu da belə,başqaları da onlardan betər..

Aqil 2020-07-30 17:41:16

Onun boyunu və çəkisini baş bəlasına çevriən Məzahir Pənahov və YAP -dan MM siyahisinə nəyin hesabına salanlar bilər.nəyin hesabəna və necə MM-ə daxil olu digər məsələsidir. İkincitərəfdən elə Milli məclis xalq tərəfindən hansı hörmətə layiqdir ki,onun "deputatcıqlarına" da xalq eşidə,qiymət verə?....Kimdir onlara hörmətlə yanaşan.Hamı onlara layiq olduqları .....Bu da onardan biri.Fikir verməyin...

zavallı millət 2020-07-30 17:40:12

Cəlal müəllim, hər zaman olduğu kimi çox cəsarətli və obyektiv yanaşmanıza görə sizə təşəkkür edirəm. Necə deyərlər , toxun acdan nə xəbəri? Bu deputatın xalqın güzəranından xəbəri varmı?

Akif 2020-07-30 17:25:38

Məqalənin müəllifinin rəyi ilə tam razılaşmaq olar və onu Milli Məclisin bütün üzvlərinə aid etmək olar. Azəbaycanda YAP hakimiyyəti dövründə istər prezident, istərsə də Milli Məclisə və Bələdiyyələrə seçkilərin heç biri şəffaf olmayıb.

sicimqulu 2020-07-30 16:45:20

seçilərin seçimi deyə bilmərəm nə qədər doğrudur, amma vəkilin saç ustası seçiminə heç bir iradınız ola bilməz. O ki qaldı Fazil Mustafaya- adam Şah İsmayılı buraxıb bir az da bu "seçilmişlərdən" danışsın .

Tahir M 2020-07-30 16:43:47

Bunun adi hec bir daftardə yohdu. Sadaca ozunu gostarir

Yengibar 2020-07-30 16:36:31

Cəlal Bəy, bu dəfə seçilənlərdən tanıyıram....vallah, billah , paxıllıq olmasın... insan elələrinə görə həyata nifrət eləyir, bunları necə seçirlər, kim seçir?

oxucu 2020-07-30 16:36:02

salam, qardaşım götürmek lazımdı karantin ı...müyyən mehdudiyetler olsun ama dolana bilmirik axı..

Mehdi 2020-07-30 16:30:14

Hələ onun alt dodaqina baxin,neteride ədəbaz -ədəbaz sallayib.Elə bilir butun ölkəni bu saxlayir.Səndə gunah yoxdur ey,səni layiq olmadiqin yerə teyin edənĺerdədir.Məhz təyin edənlərdə.

Qabil 2020-07-30 16:03:42

Ölkə yazılmış normal qanunla yox,... deputat da məmur da belə........................

Vətəndaş 2020-07-30 15:55:06

MİLLƏTİ BU QƏDƏR DOLAMISINIZ? DƏHŞƏTDİR! BU QƏDƏR XALQIN ƏSƏBLƏRİ İLƏ OYNAMAYIN. ..

Son yazılar