İtaliya - Azərbaycan matçını türk hakimlər idarə edəcək

"Avro-2016"nın seçmə mərhələsində keçiriləcək İtaliya - Azərbaycan matçının hakimləri müəyyənləşib.

İdmanxeber.com-un məlumatına görə, bu oyunu türkiyəli hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Hüseyin Göçek olacaq. Bundan başqa Mustafa Eyisoy və Orkun Aktaş da matçın hakimlər briqadasına daxildir. Serkan Ok isə dördüncü hakim olacaq.

Qeyd edək ki, İtaliya - Azərbaycan matçı oktyabrın 10-da saat 23:45-də keçiriləcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar