ƏLİYEVİN GƏNCLƏR KOMANDASI - Hökumətin 10 üzvünün yaşı 50-nin altındadır

İyulun 27-də Prezident İlham Əliyevin Emin Əmrullayevi Azərbaycanın Təhsil naziri təyin etməsi qərarı müəyyən qədər gözlənilməz hadisə olsa da, son illərin ümumi tendensiyasına uyğun idi. Çünki E.Əmrullayev hazırkı hökumətdə növbəti gənc kadr olmaqla bərabər, həm də yaşca ən kiçik nazir oldu. Ümumiyyətlə, Azərbaycanda indiyə qədər 38 yaşında təhsil naziri heç zaman olmayıb.

Bununla yanaşı, yeni nazirin bu quruma kənardan gətirilməməsi və təhsil sisteminə bələd birisinin olması, indiyə kimi təhsil sahəsinin spesifikliyini nəzərə alaraq, burada təcrübənin mühüm rol oynadığını deyənlərin də bəyəndiyi bir seçim oldu.

Xatırladaq ki, hələ 2013-cü ildə Mikayıl Cabbarov Təhsil naziri təyin olunarkən bir çoxları bu təyinata pessimist yanaşaraq, Cabbarovun bu sahənin adamı olmadığını qabardırdılar. Bu da təbii və başa düşülən idi.

Çünki Azərbaycandakı klassik nazir, məmur obrazı ilə M.Cabbarovun, yaxud hansısa digər cavan, Qərb təhsilli, müasir kadr obrazı uyğunluq təşkil etmirdi. 

Ona görə də, cəmiyyətin öyrəşdiyi tipik nazir kriteriyalarının daşıyıcısı olan Misir Mərdanovun kreslosunda bu kriteriyalardan kifayət qədər uzaq M.Cabbarovun əyləşməsi qeyri-adi təsir bağışlayırdı.

Ancaq zaman keçdikcə, gənc, müasir və proqressiv dünyagörüşlü kadrların yüksək vəzifələrə təyinatı müsbət effekt verməyə başladı.

“Asan xidmət” bu sarıdan olduqca önəmli layihə idi və özünü doğrultdu. Bu kadr siyasəti göstərdi ki, əsas məsələ konkret sahəni dərindən bilməkdən daha çox menecerlik, idarəçilik bacarığı və dürüstlükdür. Region ölkələrindən Gürcüstan hələ Mixail Saakaşvilinin hakimiyyəti dövründə bu tip idarəetmənin effektivliyini sübut etmişdi. Bir qədər yubanmış olsa da, Azərbaycanda eyni kadr siyasətinin aparılması təqdir olunmaya bilməzdi.

Təbii ki, idarəetmənin gəncləşdirilməsini, müasirləşdirilməsini, deməli həm də korrupsiya və rüşvətdən uzaq tutulmasını əngəlləyən əsas səbəblər bəllidir. Lakin son illərdə ölkə rəhbərliyinin hökumətin və Prezident Administrasiyasının rəhbərliyində radikal kadr dəyişikliklərinə dair qərarları bu siyasətin yolunu xeyli dərəcədə açmış oldu. Və məhz bunun da sayəsində bu gün Azərbaycan hökumətinin əksəriyyətinin cavan və müasir Qərb təhsilli şəxslərdən ibarət olması artıq təmin edilib.

Ümumilikdə hazırda Nazirlər Kabinetinin 10 üzvünün yaşı 50-dən azdır. Bu sıraya Sahil Babayev (40 yaş), Ceyhun Bayramov (47 yaş), Mikayıl Cabbarov (44 yaş), İnam Kərimov (43 yaş), Ramin Quluzadə (43 yaş), Fuad Muradov (41 yaş) və digər komitə və agentlik rəhbərləri aiddir.

Bundan başqa, Prezident Administrasiyası rəhbəri postu ötən il 44 yaşlı Samir Nuriyevə tapşırılıb. Həmçinin, daha bir neçə yüksək dövlət postları cavan kadrlara həvalə olunub.

Bununla da bir növ ləng, “kökəlmiş və şişmiş” klasik idarəçilik sisteminin əsasları sarsıdılmış oldu ki, bu da həmin sistemin dayaqları olan “köhnə qvardiya”nın əsas fiqurlarının bəzən gizli, eyhamlı, bəzən isə az qala açıq təhdid bəyanat və açıqlamaları ilə müşayiət olundu.

Lakin belə görünür ki, bu dəfə ortaya qəti siyasi iradə qoyulduğundan həmin açıq və gizli təhdidlər onların sahiblərinin gözlədiyi effekti vermir...

Ümumiyyətlə kadr siyasətindəki dəyişikliklər, əsasən 2018-ci ildə elan edilən gəncləşmə siyasətinin nəticəsi sayıla bilər. Həmçinin, elan olunan sosial-iqtisadi və siyasi islahatların da əsas tərkib hissələrindən biri ilk növbədə gəncliyə hesablanmış kadr siyasəti hesab olunur. Ancaq o da mübahisəsizdir ki, kadr dəyişiklikləri, gəncləşmə, müasirləşmə kursu təkcə sırf hökumətdə deyil, məhkəmə-hüquq sistemi başda olmaqla, digər problemli sahələrdə də aparılmalıdır. Və bununla da sistem dəyişikliyinin vacibliyini irəli sürənlərin və bunsuz heç nəyə nail olunmayacağını deyənlərin arqumentləri aradan qaldırıla bilər...

Əlbəttə ki, hökumətdəki gəncləşmənin ilk təzahürü kimi Mikayıl Cabbarovun Təhsil naziri təyin edilməsini göstərmək olar. Kifayət qədər ağır sahə olan və uzun illər rüşvət, korrupsiya bataqlığına çevrilmiş təhsildə qısa müddətdə uğur qazanmaq olduqca çətin idi və indinin özündə də çətindir. Lakin Cabbarov bu nazirlikdə əvvəllər mövcud olan mərkəzləşdirilmiş rüşvət piramidasını yerindən oynada bildi. Və ən əsası, rəhbər vəzifələrə Qərb təhsilli, savadlı menecerləri cəlb etməyə nail oldu. 

Əksər ali və orta ixtisas təhsili müəssisələrində rüşvətin kökü demək olar kəsildi. Rayon təhsil şöbələrinə icra hakimiyyəti orqanlarının təsiri xeyli azaldıldı və s. Ardınca, demək olar ki, eynilə Vergilər naziri və İqtisadiyyat naziri postlarında da ölkə rəhbərliyinin etimadını doğrultdu və vergi sistemindəki əvvəlki vəhşi, yırtıcı sistemi aradan qaldıra bildi.

İnam Kərimov da gəncləşmə siyasətinə uğur qazandıran kadrlardan sayıla bilər. “ASAN xidmət”də ciddi uğurlar əldə edən və əhalinin bu sistemə rəğbətinin yaranmasında xidməti olan İ.Kərimovun Kənd Təsərrüfatı naziri təyin edilməsi təəccüblə qarşılansa da, ən azından bu təyinat sözügedən nazirliyin fəaliyyətinin şəffaflaşdırılmasında önəmli rol oynadı. Və ümid edək ki, bu nazirliyin də fəaliyyətinin səmərəli dövrü hələ qarşıdadır.

Digər cavan nazir və komitə sədrlərinin də fəaliyyətini əsas etibarilə qənaətbəxş hesab etmək olar.

Yeni Təhsil nazirinə gəldikdə isə, Emin Əmrullayev daha çox Mikayıl Cabbarov, İnam Kərimov və digər uğurlu kadrlar qrupuna aid şəxslərdən hesab olunur. Təhsil ekspertlərinin böyük əksəriyyəti bu təyinatın uğurlu seçim olduğunu bildirirlər.

Ümumilikdə isə təbii ki, bütün çatışmazlıq və risklərə baxmayaraq, idarəçiliyin gəncləşdirilməsi və müasirləşdirilməsinin alternativi yoxdur. Və bunu “köhnə qvardiya”nın başçıları və əsas nümayəndələri də yaxşı bilirlər. Onların bu prosesə müqavimət göstərməsi, bəzən bunu açıq şəkildə biruzə vermələri isə başadüşüləndir.

Çünki hökumətin, idarəçiliyin gəncləşdirilməsi Azərbaycanın Şimala deyil, Qərbə yönəlməsini təmin edən əsas amillərdən biridir. Bu isə haralara xidmət etdikləri yaxşı bəlli olanların işinə qətiyyən yaramır.

Vaqif Nəsibov

AzPolitika.info 

635x100

Şərhlər

Afaq 2020-08-02 19:26:52

Cüceni payızda sayarlar !

Shushali 2020-08-02 17:26:21

Bunlarin hec biri musteqil fikir sahibi ve vetenperver deyil. Mehdiyev camati daha chox regioncu idi/

Shushali 2020-08-02 17:24:59

Bu gencler daha chox kosmopolit, verilen gosterishleri deyilen kimi yerine yetiren, choxuda ishlediyi sahede t

Eli-yə 2020-08-02 16:32:54

Qaraya qara,ağa ağ deyirlər.Sənin indki "gənc" söylədiklərinin hansı doğrulda bilib? Rabitənmi qaydaya saındı,təhsilin səviyyəsi yüksəldi,iqtisadiyyatda irəliləyiş oldu7 kənd təsərrüfatı xoşbəxt günəçıxdı,yoxsa xarici işlərində bir yenilik var?....

sadiq 2020-08-02 01:51:59

gedib xaricdə bir-iki il hərlənib geri qayıdıb azərbaycanda nazir olmaq heç bir məntiqə uyğun deyil. bu adamların heç birinin rəhbərlik etdiyi sahə ilə bağlı zəngin iş təcrübəsi yoxdur. stalin o zamanlar demişdi ki adi aşbazlar da dövləti idarə edə bilər. deyəsən biz də indi bu meyarla hərəkət edirik.

Ramiz 2020-08-01 20:15:04

Bu ölkədə regionçuluq,qohumbazlıq və rüşvətlə təynbat ləğvl olmasa xeyri yoxdur....

Rasim 2020-07-31 21:06:14

Hormetli yazar, en genc tehsil naziri Mikayil Cabbarov olub, bu vezifeye teyin olunanda onun 37 yashi olub..

Gerçək mühakimədə nazil olur 2020-07-31 21:02:30

Faydalı işə, vəzifəyə təcrübə gərək. Gənc kadr enerjisini sədaqətə verməklə şərəfə daha yaxın olur!

S.Ənvərqızı 2020-07-31 19:12:48

Məmurların gəncləşdirilməsinin heç bir önəmi yoxdur. Dövləti vəzifələrə təyin olunanlarda yaşın heç bir önəmi yoxdur. Əsas odur ki, vəzifələrə təyin olunanalar dövlətin maraqlarını, şəxsi maraqlardan üstün tutmalıdır, şikayət doğuran işlərə yol verməməlidir. Hər bir məmurun daşıdığı sahədə vətəndaşlar yuxarı orqanlara kömək məqsədi üçün şikayət edirsə,deməli məmur yerində deyil ? Rabitə Naziri Ramin Quluzadə və 1 müavini Əli Abdullayev gənc olmalarına baxmayaraq vətəndaşın şikayətinə reaksiya vermirlər, hara istəsaq yaz, xeyri yoxdur ? Uzun müddətdir ki, ailəmin məmur özbaşnalıqları nəticəsində hüquqlarının kobud qaydada tapdalanması ilə əlaqədar PA , NK və MM saysız hesabsız müraciətlər etməyimə baxmayaraq , müraciətlərim yerində araşdırılmadan Rabitə Nazirliyinə göndərilir, göndərilən məktublara nəzarət sistemi olmadığından Nazirin 1 müavini Əli Abdullayev və müavin Elmir Vəlizadə tərəfindən qanunsuz cavab verilir..? Onların qanunsuz əməllərinə görə onlar haqqında qanuni tədbir görən yoxdur ? Ölkəmizdədə vətəndaşı dövlətdən narazı salan və sosial narazılıqları artıranlar da belə məmurlardır. Cavan oldu, qoca oldu dəxli yoxdur ? Məmurun qəlbi dövlətimizin inkişafı üçün, xalqımızın rifahı üçün döyünməlidir.. Məmurların özbaşnalığının qarşısının alınması üçün PA -nın Ərazi idarə etmə şöbəsi və məktublar şöbəsi nəzarət etməli, qanunun aliliyinə riayət etməyən məmurlar haqqında ciddi tədbirərin görülməsi üçün addımlar atmalıdırlar.

kamil 2020-07-31 19:06:01

Soruşula bilər nə üçün Təhsil şöbəsi RİH lərin təsirindən çəxmalıdır . Belə çıxır ki , icra başçıları quldurlardır ?

Şaiq 2020-07-31 17:03:07

Vəzifəyə təyin olunan hər bir kəs, savadlı, mədəni olmalı, Ďövlətin marağını şəxsi marağından üstün tutmalı, rüşvətxor olmamalıdır. Yaşın heç bir önəmi yoxdur. Nazirlərdə bu kriteriyalar varmı ?..

yeni İmic 2020-07-31 17:00:09

sistem dəyişməlidir.

Salman 2020-07-31 16:18:48

Köhnə hamam köhnə tas. Qoca talançılar gedir onların yerinə onların qohum əqrəbası yerliləri və tərbiyə etdikləri gəlir.

Xezer 2020-07-31 16:07:18

Nə düzəlib ki?..Təhsil, kənd təssərrüfatı ya iqtisadiyyat... Özümüz özümüzü aldatmayaq.

Vətəndaş 2020-07-31 15:53:39

Belə təyinatlardan xalqın müsbət mənalı gözləntisi yoxdur.Çünki bu Ramil,Sahil,Kərimov.,xarici işlər və sair təyinatlar tsdiq edir.

Etibar 2020-07-31 15:50:28

Bəs hökuməti bu "gənclərin"kimliyi,haralı,kimin oğlu və ya qızı olması maraqlansırırmı?İkinci tərəfdən bu "gənclərin" təhsili,ixtisası,təyin olunduqlarısahə üzrə iş stajı,indiy qədərki qəaliyyətləri,nəyə qadir olduqları maraqlandırırmı? Axı bunlar ciddi arqumentlərdir.bt

Eli 2020-07-31 15:38:18

Bizde bezi insanlar öyrenibler ki her şeyi qara rengde görsunler yazılanlarda heqiqet hedden artıq çoxdur .Mence kadr meselesinde sehvler az olsz dshs yaxşı olar ki bundan xalq da dövlet de udar.Her halda işler bele getse Avropa tehsilliler be ümımiyyetle layiw olanların kimliyinde asılı olmayaraq vezifeye qoyulması çöc gözel olar .Xalq millet üçün maraqsizdır ki bu kimfir kimin qohumu yaxınıdıt edas odur ki bu calqım qeydıne qalır ya yox.Layiq olmaqın da meyarı emeldir son neticedir meselen İnsö Kerimov .Bu insanı hamsı bezifeye qoydalar öemce o işleye biler

Vətəndaş 2020-07-31 14:55:49

Sıfırlar önəmli deyil əsasən solda dayanan vahid önəmlidir.

miri 2020-07-31 14:54:56

Yeniazərbaycanctanin problemi "yeni komanda"-"köhnə qvardiya", qərb təhsili -serq təhsilli, cavan -qoca... kimi bu sistemə təsiri olmayan masalilard

Son yazılar