“Leş Tofiq” azadlığa çıxdı

Bir il öncə Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs olunan “Leş Tofiq” ləqəbli Alıbəy Rzaxanov azadlığa çıxıb.

"AzPolitika"nın Unikal.org-a istinadla verdiyi məlumata görə, A.Rzaxanov həbs müddəti başa çatmamış azadlığa buraxılıb. 

Qeyd edək ki, mütəşəkkil dəstəyə rəhbərlik edən, əvvəllər məhkum olunmuş “Leş Tofiq” ləqəbli Alıbəy Rzaxanov Abşeron rayonunun Güzdək qəsəbəsi ərazisində ət tədarükü məntəqəsi yaradaraq qanuni fəaliyyət göstərən heyvan kəsimi sexi görüntüsü altında pərdələnərək cinayətkar şəbəkə yaradıb. O, qurduğu cinayətkar şəbəkə vasitəsilə rayonlardan mənşəyi məlum olmayan, qidaya yararsız, ölmüş heyvan ətlərinin, əsasən, gecə saatlarında daşınmasını, emal edilməsini, satışa çıxarılmasını təşkil edib.

635x100

Şərhlər

M.m 2020-08-01 08:59:16

Camaat ona görə vəhşiəşir. Manqurtlaşır. Leş yeməkdəndi hamısı. Görün bir kimi azadlığa buraxırlar. Bunu azadlığa çıxaran özü cinayətkardı. Görən bu məsələdən yuxarıların xəbəri vaaar?

Oxucu 2020-07-31 22:45:20

Hə gözünüz aydın. İndi düşəcək qəssabxanaların canına. Bayramdan qalan leşləri yığıb apacaq kolbasa sexlərinə. Bunun işini aparan kimsə leşin pulun yığıb yığışdıra blməz

t.ədalət 2020-07-31 20:16:00

Belə bir cinayətkarı,görəsən,necə buraxıblar?Bu ki təhlükəli bir adamdır,ona yenidən öz əməllərini davam etdirməyə imkan verənlər,yəni leş əti yeməkdən qorxmurlar?

pensioner 2020-07-31 19:28:05

"Krışa"ya eşq olsun!

ayrım 2020-07-31 18:58:59

O qədər ləyaqətli insanlar var ki təsadüfən türməyə düşüb. Bu günə kimi əziyyət cəkir. Amma belə leşləri görəsən nəyin hesabına azadlığa vaxtından tez buraxırlar cənab Baş Prokuror bilər

Zaza dayı 2020-07-31 17:32:23

Leş Tofiq, leş satmağa davam et! Senin kimi bacarığı olan adamı niye tutmuşdular? Millet öyreşib leş yemeye.

fuad 2020-07-31 17:24:25

hazırlaşın eşşək əti yeməyə

Ağayev Ağahüseyn 2020-07-31 17:07:45

Onu buraxanın ALLAH cəzasını versin.Onun yuxarı ranqlı müdafiyyəsi olmasaydı bunu edə bilməzdi.ARXALI KÖPƏK QURD BASAR. Ona ğörə onu buraxdılar ki,hec kimin adını cəkməsin.Bu məsələni həm İcra həmdə hüquq mühafizə orqanları eləcə bələdiyələr bilməmiş deyil.

Son yazılar