Deputatlar məzuniyyətdən geri çağırıldı

Milli Məclisin deputatları məzuniyyətdən geri çağırılıblar.

“Report” xəbər verir ki, parlamentin üzvləri iyulun 15-dən avqust ayının 30-dək istirahətə buraxılıb.

Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, tətil dövründə qanunverici orqanın növbədənkənar sessiyası çağırıldıqda parlamentin tətili növbədənkənar sessiyanın keçirildiyi müddətə dayandırılır və deputatlar həmin müddətə məzuniyyətdən geri çağırılırlar.

Parlamentin 59 deputatı Konstitusiyanın 88-ci maddəsinin II hissəsinə əsasən, növbədənkənar sessiyanın çağırılmasını tələb edib. Bu tələbi nəzərə alan Milli Məclisin Sədri Sahibə Qafarova avqustun 4-də qanunverici orqanın növbədənkənar sessiyasının keçirilməsi haqqında sərəncam imzalayıb.

Bununla da qanunvericiliyə uyğun olaraq, deputatlar avqustun 4-dən sessiyanın bitəcəyi tarixə qədər məzuniyyətdən geri çağırılıblar.

635x100

Şərhlər

t.ədalət 2020-08-01 20:52:29

Deputatlara verilən "bayram pulu" onların parlamentdə əhalinin ziyanına olan dəyişikliklərə rahat səs verməsi üçündür.Dəyişmək istədikləri İnzibati Xətalar Məcəlləsi,nə vaxtsa onların özünə də şamil olunacaqdır.

t.ədalət 2020-08-01 20:52:11

Deputatlara verilən "bayram pulu" onların parlamentdə əhalinin ziyanına olan dəyişikliklərə rahat səs verməsi üçündür.Dəyişmək istədikləri İnzibati Xətalar Məcəlləsi,nə vaxtsa onların özünə də şamil olunacaqdır.

Azer 2020-08-01 08:54:44

250 manatla nece dolanmaq olar hele ustelik gelir vetgisi de tutulur.heç olmasa gəlir vergisini azaldin

t.ədalət 2020-08-01 07:11:55

Deputatlara verilən "bayram pulu" onların parlamentdə əhalinin ziyanına olan dəyişikliklərə rahat səs verməsi üçündür.Dəyişmək istədikləri İnzibati Xətalar Məcəlləsi,nə vaxtsa onların özünə də şamil olunacaqdır.

Vaqif 2020-07-31 20:15:19

DEPUTATLAR BAYRAM PULU ALANDA 250 MANAT MİNİMUM ƏMƏK HAQQİ ALANLARL DA FİKİRLƏŞİN 300 MANAT MİNİMUM ƏMƏK HAQQİ OLMALİDİR ƏN AZINDAN

Son yazılar