Ermənistanda vəzifəli şəxs koronavirusdan ölüb

Ermənistan Dövlət Gəlirlər Komitəsinin istintaq və operativ axtarış üzrə idarəsinin bölmə rəisi Rafael Gülasaryan koronavirusdan ölüb.

“Report” “Novosti Armeniya”ya istinadəla xəbər verir ki, bu barədə Ermənistan Dövlət Gəlirlər Komitəsindən bildirilib.

Qeyd olunub ki, həkimlər 41 yaşında olan Rafael Gülasaryanın həyatını xilas edə bilməyiblər.

Qeyd edək ki, Ermənistanda 38 550 nəfər virusa yoluxub, 738 pasiyent koronavirusun qurbanı olub, 28 997 nəfər infeksiyadan sağalıb.

635x100

Şərhlər

Anar 2020-07-31 20:46:31

Cehenneme olsun

Son yazılar