Ağstafada avtomobil körpüdən aşıb, xəsarət alan var

Ağstafa rayonunda yol-nəqliyyat hadisəsi olub.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Poylu kənd yolunda qeydə alınıb.

Hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq körpüdən aşıb. Qəza nəticəsində nəqliyyat vasitəsinin sürücüsü, Ağstafa rayon sakini, 1973-cü il təvəllüdlü Elçin Qəmbərov xəsarət alıb.

Yaralı xəstəxanaya aparılıb, vəziyyətinin kafi olduğu bildirilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar