“MOSKVA ARTIQ BÖLGƏDƏ HEGEMON DEYİL” – “Türkiyə iddialıdır ki...”

Tofiq Zülfüqarov: “Hərbi bazalar qurmaq ötən ildən qalıb, vacib məsələ siyasi iradədir”

Türkiyə-Azərbaycan silahlı qüvvələrinin birgə hərbi təlimləri regionda yeni hərbi-siyasi vəziyyət yaradır. Müstəqilliyinilk illərindən bəri ilk dəfədir ki, iki ölkə arasında münasibətlər belə yüksək səviyyədədir. Bu, Ankaranın son illər fəal xarici siyasət yürütməsi, sərhədləri boyunca Suriyada, İraqda və Liviyada maraqlarını qorumaq üçün çəkinmdən qərarlar alması ilə bilavasitə bağlıdır.

Gözlənilirdi ki, Türkiyə maraq dairəsində olan Cənubi Qafqazda da fəallaşacaq. Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində baş verən təxribatlara Ankaranın adekvat, kəskin reaksiya verməsi, ardınca Azərbaycanla birgə hərbi təlimlərə start verməsi bu gözləntiləri doğrultdu.

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov regiondakı vəziyyəti “AzPolitika.info”-ya şərh edərkən bildirib ki, Türkiyə-Azərbaycan birgə hərbi təlimlərinin keçirilməsi Rusiyanın regionda hərbi-siyasi nüfuzunun azalmasının nəticəsidir: “Bu proses çoxdan başlayıb. Rusiyanın üzləşdiyi siyasi, iqtisadi problemlər, sanksiyalar, hərbi münaqişələrə cəlb olunmasıonun regionda təsir imkanlarının azalmasına gətirib çıxarır. Bu konteksdə Rusiyanın Ermənistanla da problemləri meydana çıxıb. Beləliklə, Moskva artıq bölgədə hərbi-siyasi güc, hegemon deyil”.

Keçmiş nazir qeyd edib ki, bunun əksinə Türkiyənin mövqeləri güclənib: “Türkiyənin nüfuzu, siyasi, iqtisadi imkanları artır və bu da Ankaranın fəallaşmasını şərtləndirir. Azərbaycanla Türkiyə arasında siyasi, iqtisadi əlaqələrin tarixinə nəzər saldıqda görürük ki, son zamanlar ikitərəfli münasibətlərdə siyasi bəyanatlardan real işə keçilib. Bütün sahələrdə - hərbi, siyasi, iqtisadi, humanitar əlaqələr dərinləşdirilir. Moskva sazişindən irəli gələrək qarantyorluğunda olduğu Naxçıvan bölgəsində, bu günlərdə isə başqa ərazilərimizdə birgə hərbi təlimlər keçirilir. Beləliklə, Türkiyə iddialıdır ki, regionda öz nüfuzunu, siyasi iradəsini möhkəmləndirsin”.

“Türkiyə Azərbaycanda hərbi bazalar qura bilərmi” sualına cavabında T. Zülfüqarov bildirdi ki, texnoloji inkişaf, hərbi sənayenin sürətli inkişafı yeni reallıqlar yaradıb: “Hazırda hərbi bazalar anlayışı ötən əsrdə qalıb, bəlkə də artıq ona ehtiyac yoxdur. Çünki müasir silahların səviyyəsi ona imkan verir ki, konkret coğrafi ərazilərdə quraşdırılmasına ehtiyac qalmır. Əsas məsələ siyasi iradədir. Birgə hərbi təlimlərin keçirilməsi də göstərir ki, hər iki tərəfdə belə bir iradə mövcuddur”.

AzPolitika.info

635x100

Şərhlər

TÜRK 2020-08-03 09:37:34

xarici işlər və təhlükəsizlik orqanları ruspərəstlərdən təmizlənməlidir, xin--in fəaliyyəti diqqət mərkəzində saxlanılmaqda davam etməlidir!

TÜRK 2020-08-03 00:14:20

Məmmədyarovun getməsi ilə rusiyapərəstlərin xin-dən təmizlənməsinə ümid etməks sadəlğvhlük olardı, bu lənətə gəlmiş quruma ictimai nəzarət daha da davamlı şəkildə gücləndirilməlidir.

Eldeniz 2020-08-02 22:12:44

Allah turku qorusun. Rus,-fars bize tarixen dusmen olubdur.Allah turku qorusun. Allah bizi qorusun. Amin

OQTAY 2020-08-02 09:25:24

Dunyada 3-dur,1-ci ABS,2-ci Cin,3-cu AB-yi.TURAN INSALLAH 1-ci yerde qerarlasacaq!!!2023-e kimi duzen beledir..,TURK bazasi deyende,o bazada Turkiyeden,Azerbaycandan,Qazaxdan,Ozbekstandan,Qirqistandan,Tataristandan ve s..,qardas devletlerden BOZ QURDLARI olmalidir o, bazada!!!

OQTAY 2020-08-02 09:19:45

TURK bazasi deyende,o bazada Turkiyeden,Azerbaycandan,Qazaxdan,Ozbekstandan,Qirqistandan,Tataristandan ve s..,qardas devletlerden BOZ QURDLARI olmalidir o, bazada!!!

t.ədalət 2020-08-01 20:49:07

Moskva Azərbaycanda hegomoindur.Gərəksiz ali məktəblərini Azərbaycana soxur,rus dili Azərbaycan dilini sıxışdırır--daha nə olmalıdır ki?İşğal altında olan Dağlıq Qarabağ və ətraf rayonların taleyi də Putinin əlindədir.Qafqazda rus mifini ermənilər sındırmasa,heç kim heç nə edə bilməyəcək.

Şaiq 2020-08-01 14:41:44

Tofiq müəllim, təşəkkür edirəm. Dediklərinizlə razıyam, bir istisna ilə, baza məsələsi! Tamamilə doğru buyurursunuz ki, müasir silahları konkret ərazidə quraşdırmağa ehtiyac yoxdur. Ancaq, Türkiyə ordusunun 20 nəfərlik bir dayaq nöqtəsində (Qusarda) Şanlı Türk Bayrağının dalğalanması Rusiyasının məkrlı planlarını STOP - laya bilər. Tovuz hadisələri təkrarlanmaz. Baza qurulmasa Rusiya bizdən əl çəkməyəcək.

OQTAY 2020-08-01 13:01:13

Tofiq bey,21,22,23 ve s..,esrler olsun,TURK bazasi olmalidir,mutleq.Siz ozune ev tik,qonu-qonsun olmasin,dedi ki,qonsu kecen esirde qaldi,indi Ayfon telefon var...?Baza neinki,Azerbaycanda,Qazaxstan,Ozbekstan,Qirqizstan,Turkmenistan,Tataristan ve s..,

Xalq 2020-08-01 12:04:35

Allahdan arzum var ki, Türkiyə super dövlətə çevrilsin!

Cənab Siyasətçiyə Bəhi 2020-08-01 10:12:41

Dünya üçdür. Baş Güc ABŞ! İkinci hərbi güc RF! 3-cü toxunulmaz Şərq-Çin, Hindi, Hippon və ətrafları SARI İRQ!

Eko 2020-08-01 09:41:34

Allah bizi dûshmanlardan qorusun !!!! Tûrk xalqina eshq olsun !!!!!!!!!!!!!!!!!!!!!!!!!

Son yazılar